Lerikdəki zəlzələdən sonra dağıntı olub? - FHN-dən AÇIQLAMA .....                        Rusiyanın təqdim etdiyi memoranduma Zelenskidən reaksiya .....                        ABŞ Qəzza ilə bağlı qətnaməyə veto qoydu .....                        Selçuk Bayraktardan Azərbaycan paylaşımı .....                        Azərbaycanda zəlzələ - Cənubda bu rayonlar silkələndi .....                        Selçuk Bayraktardan Azərbaycan paylaşımı .....                        Azərbaycan millisi məğlub oldu .....                        İlham Əliyev Pezeşkianla danışdı .....                        Putin Roma Papası ilə danışıqlar apardı .....                       
Tarix : 15-05-2025, 17:21
Laçında insanlar səbirsizliklə bu anı gözləyirlər


Laçında insanlar səbirsizliklə bu anı gözləyirlər

Azərbaycanın doqquzuncu beynəlxalq hava limanı hesab edilən Laçın aeroportunun bu il istifadəyə veriləcəyi gözlənilir. Bu barədə xəbəri yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev açıqlayıb.
Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanının may ayında istifadəyə veriləcəyi barədə xəbərlər yayılıb. Artıq hava limanında bir neçə sınaq uçuşları edilib.
Hava limanı Laçından 62 kilometr aralıdadır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, perron sahəsi 50 min kvadratmetr olacaq. Terminalın sahəsi isə 5 min kvadratmetrdir. Aeroport tikintisinin ilkin mərhələsi kimi ərazisinin hamarlaşdırılması işləri görülür. 6,9 milyon m³ ərazidən torpaq çıxarılacaq (o cümlədən partlayışla) və 3,8 milyon m³ əraziyə torpaq doldurulacaq. Burada saatda 200 sərnişinə beynəlxalq standartlara uyğun xidmət göstərmək mümkün olacaq.
Laçın sakinləri də hava limanının açılışını səbirsizliklə gözləyir. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da hava limanının açılışında iştirak edəcəyi bildirilir.
Laçında yaşayan ziyalı Qəzənfər Hüseynov deyir ki, qardaş ölkə prezidentinin gəlişi ilə bağlı xəbərlər Laçında da eşidilib, insanlar da səbirsizliklə bu anı gözləyirlər:
“Rəcəb Tayyib Ərdoğanın Laçın haqqında səsləndirdiyi şeirə və digər şeylərə görə bütün Azərbaycan xalqı kimi Laçınlıların da qəlbində özünə məxsus yer qazanıb İnsanlar bu xəbəri sevinclə qarşıladı. Türkiyə qardaş ölkədir, türk milləti uğurumuza sevinən, kədərimizə ağlayan bir millətdir”.
Q.Hüseynov qeyd edib ki, Laçında müasir tipli elektrik idarəedici sistem qurulub:
“Yaxın günlərdə bu sistemin açılışının edilməsi gözlənilir. Bununla yanaşı bayaq avtomobil yolunun da açılışı olacaq. Bunlardan əlavə mərkəzi küçədə abadlıq işləri davam etdirilir, hansı ki, bura Bakının “Tarqovu” küçəsi kimi olacaq. Dünən Prezidentin səlahiyyətli nümayəndəsinin verdiyi məlumata görə, şəhərin mərkəzində 18 alman tipli yaşayış evi tikiləcək. Həmin küçədə muzey, şairlər evi, rəsm qalereyası da hazırlanacaq. Ümumiyyətlə şəhərlər bağlı sosial layihələr çoxdur”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!