Vüqar Qurbanov yaralıların son durumunu AÇIQLADI .....                        Mehriban Əliyevadan bayram təbriki .....                        Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür .....                        Vəzifəli şəxs Bakı aeroportunda külli miqdarda qızılla tutuldu .....                        Təyyarə qəzasında yaralanan daha 3 nəfər Azərbaycana gətirildi .....                        Rusiya qoşunları Ermənistan-İran sərhədindən çıxarıldı .....                        İlham Əliyevdən 31 Dekabr paylaşımı .....                        “Milan”ın yeni baş məşqçisi bəlli oldu .....                        Daha bir təyyarə qəzası - Bu dəfə Avropada .....                       
Tarix : 30-12-2024, 00:31
Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib


Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamına müvafiq olaraq dekabrın 25-də Bakı şəhəri, Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbi ilə Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbi arasında virtual körpü yaradıldı. Bu körpü dəyirmi masa şəklində təşkil olundu.



İlk öncə Azərbaycan Dövlət Himni səsləndirildi. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin tarix müəllimi Təranə Cəbiyeva XX əsrin əvvəllərində Naxçıvanda baş verən hadisələr haqqında məlumat verərək qeyd etdi ki, "Çar Rusiyası və Qacarlar dövləti arasında 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay sülh müqavilələri bağlandı. Bu müqavilələr həm Çar Rusiyası, həm də xain ermənilər tərəfindən Azərbaycanın tarixi torpaqlarının işğalına yol açdı. Azərbaycan iki yerə parçalandı, əzəli torpaqlarımızda ermənilərin yerləşdirilməsi və dövlət yaratmaları üçün şərait yarandı. Türkmənçay müqaviləsindən sonra təkcə 1830-cu ildə Naxçıvana 12.555 nəfər erməni köçürüldü.” Sonra Təranə Cəbiyeva naxçıvanlı diplomat Behbud ağa Şahtaxtinskinin Moskvada, Rusiya-Türkiyə danışıqlarında iştirak etdiyini, Naxçıvanın Azərbaycanın ayrılmaz bir hissəsi olaraq, muxtariyyət statusunun verilməsinə də təsir göstərdiyini söylədi.


IX b sinif şagirdləri Y.Cabbar və A.Abdullayeva Naxçıvan Muxtar Respublikasının 100 illik tarixini vərəqlədilər. Tarix boyu Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan torpağına xain qonşularımızın göz dikməsindən, çar Rusiyasının və Sovet imperiyasının köməyi ilə Naxçıvana qarşı düşmənlərimizin qərəzli iddialarından və 1990-cı illərdə Naxçıvanın Ermənistan tərəfindən blokadaya alındığı günlərdə Ulu Öndər Heydər Əliyevin qətiyyətlə Naxçıvanı mürəkkəb, çətin və siyasi şəraitdə xilasından danışdılar.

Qeyd olundu ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun tərkibində xidmət edən Naxçıvanın cəsur oğulları Qarabağ torpağını erməni faşistlərindən azad edilməsində qəhrəmanlıq göstərmişdilər. Şagirdlərdən M.Paşayeva, N.Abdullayeva 100 illik yubileyini qeyd etdiyimiz Naxçıvana həsr olunan şeirləri coşqu ilə söylədilər. X b sinif şagirdi S.Məmmədzadə isə "Qarabağ” mahnısını oxudu.

Görüşün növbəti hissəsində Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbin tarix müəllimi Cəmşid Məmmədovun şagirdləri Naxçıvanın tarixindən söhbət açdı. Şagirdlərdən G.Xəlilova, D.İsayeva, F.İsmayılova, N.Bənənyarlı, F.Kazımova, Ü.Qafarov, N.Süleymanlı çıxış edərək, paytaxtı Naxçıvan olan Atabəylər dövləti və XI-XIII əsrlərin memarlığı, Naxçıvan xanlığı, ermənilərin törətdiyi soyqrımlar, müstəqilliyimiz, Sədərək döyüşləri haqqında geniş məlumat verdilər. Naxçıvanın 100 illik yubileyinə A.Məmmədli "Naxçıvan” şeirini, A.Məmmədli isə "Barı Naxçıvan” mahnısını ərməğan etdi.
Dəyirmi masanın sonunda Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzova çıxış edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "Məktəblərdə Naxçıvan ayı” lahiyəsini yüksək dəyərləndirdi. Günay Novruzova 226 nömrəli tam orta məktəbin rəhbərliyinə təşəkkür edərək, Dəyirmi masada iştirak edən şagirdlərə dərslərində uğurlar arzuladı.

Təranə Cəbiyeva Bakı şəhəri, Suraxanı rayonu
226 nömrəli tam orta məktəbin tarix müəllimi


Paylaş



Bölmə: Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!