Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                        Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB .....                        Bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK .....                        Tokayev Tramp adına sülh mükafatı təklif edib .....                        Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB .....                       
Tarix : 4-04-2017, 18:23
 “Dördgünlük müharibə: başlanma səbəbləri və nəticələri” mövzusunda  dəyirmi masa keçirilib

2017-ci il aprelin 4-də saat 1100-da Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan ordusunun 2016-cı ilin aprelində cəbhədə düşmən üzərində qazandığı qələbəyə həsr olunmuş “Dördgünlük müharibə: başlanma səbəbləri və nəticələri” mövzusunda dəyirmi masa keçirilmişdir.

Dəyirmi masada Aprel döyüşlərinə həsr olunmuş Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyası tərəfindən hazırlanmış sənədli film və mövzu ilə bağlı sərgi nümayiş olunmuşdur.

Dəyirmi masa ətrafında “Aprel döyüşləri Azərbaycan ordusunun yeni parlaq qələbəsidir”, “Aprel döyüşləri ərəfəsində məkirli erməni planları”, “Aprel döyüşləri xarici mətbuat səhifələrində”, “Aprel döyüşlərinin başlıca nəticələri” adlı mövzular ətrafında məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.

Dəyirmi masada Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, həmçinin H.Əliyev adına ali hərbi məktəblərin, hərbi hissələrin, Hərbi Akademiyanın, veteran təşkilatlarının, Qarabağ müharibəsi veteranlarının və digər idarə - müəssisələrin nümayəndələri iştirak etmişdir.

Müzakirələr zamanı muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin, Aprel döyüşlərinin şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin həyat yoldaşı Fizzə xanım Mirzəyevanın, muzeyin ekspozisiya hissəsinin rəisi Şəlala Hüseyovanın, muzeyin baş elmi işçisi tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılovun, Aprel şəhidi polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə xanım Axundovanın və oğlu Tahir Axundovun, Aprel döyüşlərinin iştirakçısı mayor Mirzə Osmanovun, kapitan Elmir Abbasovun və digər tədbir iştirakçıların çıxışları dinlənilmişdir.

Tədbirdə Milli Qəhrəman Murad Mirzəyevin həyat yoldaşı Fizzə xanım Mirzəyeva zabitin hərbi geyim formasını muzeyə təqdim etdi.

Dəyirmi masanın bədii hissəsində Silahlı Qüvvələrin “Mahnı və rəqs ansanblı”nın çıxışları olmuşdur.
 “Dördgünlük müharibə: başlanma səbəbləri və nəticələri” mövzusunda  dəyirmi masa keçirilib
 “Dördgünlük müharibə: başlanma səbəbləri və nəticələri” mövzusunda  dəyirmi masa keçirilib
 “Dördgünlük müharibə: başlanma səbəbləri və nəticələri” mövzusunda  dəyirmi masa keçirilib
 “Dördgünlük müharibə: başlanma səbəbləri və nəticələri” mövzusunda  dəyirmi masa keçirilib
 “Dördgünlük müharibə: başlanma səbəbləri və nəticələri” mövzusunda  dəyirmi masa keçirilib
 “Dördgünlük müharibə: başlanma səbəbləri və nəticələri” mövzusunda  dəyirmi masa keçirilib


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!