Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                       
Tarix : 7-04-2016, 14:51
Şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbir

Azərbaycan Hərb Tarixi Muzeyində 1993-cü ildə döyüşlər zamanı Silahlı Qüvvələrin Kəlbəcər rayonunun 60 minlik mülki əhalinin soyqrımdan xilas edilməsi və bu döyüşlərdə həlak olmuş 400 hərbçinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Muzeyin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə qeyd etdi ki, aprelin 2-dən başlayaraq Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Ermənistanın təxribatçı qrupları təmas xəttində yerləşən mövqelərimizə hücum çəkmiş, yaşayış məntəqələrini atəşə tutmuşdur. Bu təxribata cavab olaraq Silahlı Qüvvələrimiz tərəfindən düşmənə layiqli cavab verilmiş, onlara sarsıdıcı zərbə endirilmiş və yerinə oturdulmuşdur. Silahlı Qüvvələrimiz təxribatın qarşısını almaqla yanaşı bir sıra əlverişli hərbi mövqeləri də tutmuşdur.Düşmən üzərində böyük hərbi qələbənin başlanğıcını münasibətlə Ordumuzu, Azərbaycan xalqını təbrik etdiyini, uğurlarımızın axarlı olmasını arzuladı. Bundan başqa muzey rəisi Kəlbəcərdə gedən döyüşlərdə Milli Ordumuzun göstərdiyi şücaət və qəhrəmanlıqdan da bəhs etdi.
Şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbir

Düşmən martın 26-da heç bir müdafiə qüvvəsi olmayan Kəlbəcər rayonunu işğal etmək üçün Ağdərə rayonundan 3, Laçın rayonundan 1, Ermənistan-Azərbaycan dövlət sərhədindən isə 2 istiqamətdən ümumi sayı 6 alaydan ibarət olan qüvvə ilə hücuma keçdi. Həmin ağır dəqiqələrdə Kəlbəcər əhalisinin köməyinə qonşu Laçın rayonunun dəhlizi uğrunda döyüşən briqada özünü çatdırdı. Əgər düşmənin 6 alayı 6 müxtəlif istiqamətlərdən deyil yalnız Laçın rayonundan hücuma keçsəydi, döyüş təcrübəsi olan motoatıcı briqadamızın əsas qüvvələri ilə rastlaşıb çoxlu itkilər verər və heç vaxt Kəlbəcər rayonunun işğalına müvəffəq ola bilməzdi.
Şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbir

Gərgin döyüşlərdə milli ordumuzun əsgər və zabitləri, hətta təlim keçməyən vətənpərvərlər əzmkarlıqla vuruşaraq son damla qanlarını belə əsigəməyərək özlərindən 15 qat üstün olan düşmən qüvvələri qarşısında mətanətlə dayanırdılar.

Tədbirdə Milli Məclisin deputatlarının, Müdafiə Nazirliyinin, H.Əliyev adına ali hərbi məktəblərin, hərbi hissələrin, Hərbi Akademiyanın, veteran təşkilatlarının, Qarabağ müharibəsi veteranlarının və digər idarə- müəssisələri, AMEA-nın müxbir üzvü Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Millət Vəkili Gövhər Baxşəliyeva, İnsan Hüquqları Komitəsinin üzvü eyni zamanda Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Millət Vəkili Flora Qasımova, Kəlbəcər rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin rəisi Faiq Mehdiyev, Döyüş Hazırlığı İdarəsinin, Müdafiə Nazirliyi Hüquq İdarəsinin, Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Zabitlər Konfederasıyasının, Rəssamlıq Akademiyası və İncəsənət Gimnaziyasının və digər idarə və müəsisələrdən nümayəndələri iştirak etmişdir.
Şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbir
Şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbir

Tədbirdə Silahlı Qüvvələrin Hərbi hissələrinin Qarabağ müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara həsr olunmuş “MÜHASİRƏ” adlı tarixi- xroniki qısametrajlı sənədli film nümayiş olunmuş, muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin, muzeyin tərcüməçi- bələdçisi, layihənin rəhbəri Türkan Novruzovanın, muzeyin tədqiqatçı- elmi işçisi Nuranə Nəcəfovanın, Millət Vəkillərinin və digər tədbir iştirakçıların çıxışları dinlənilmişdir. Onu da qeyd edim ki, tədbirdə İncəsənət Gimnaziyası şagirdlərinin vətənpərvərlik mövzusunda çəkdikləri rəsm əsərləri sərgilənmiş, gənc rəssamlar fəxri fərman və təşəkkürnamə ilə təltif olunmuşdur.
Şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbir
Şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbir

Nuranə Nəcəfova


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!