2016-cı il yanvarın 15-də Azərbaycan Respublikası Veteranlar Təşkilatında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi və Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatı dəstəyi ilə “MÜHASİRƏ” adlı tarixi- xroniki qısametrajlı sənədli filmin təqdimat mərasiminə həsr olunmuş tədbir keçirilib.Ötən əsrin sonlarından başlayaraq Azərbaycana qarşı yenidən ərazi iddiası ilə çıxış edən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox vətəndaşımız qətlə yetirilmiş, 50 mindən artıq insan yaralanmışdır. Məhz bu işğal nəticəsində Azərbaycanın 900–dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış, dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmişdir. Dağıntılar nəticəsində Azərbaycan iqtisadiyyatına ümumilikdə 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir.
Hələ 1991-ci ilin sonlarından başlayaraq ermənilər Azərbaycana qarşı təcavüzkar siysət həyata keçirərək Qarabağda və sərhədyanı bölgələrdə ərazi- kənd, qəsəbə, şəhər, yüksəkliklərinin zəbt edilməsinə başlamışdılar.
Onu da qeyd edək ki, bu dövrdə torpaqlarımızın müdafiəsinə qalxmaq üçün özünümüdafiə dəstələrindən ibarət könüllü vətənpərvər qruplar fəaliyyət göstərirdi. Müdafiə Nazirliyi yaranan gündən fəaliyyət göstərən N saylı hərbi hissələrimizin tabeliyində vuruşmuş həmvətənlərimizin şəxsində Azərbaycan əsgər və zabitlərinin göstərdiyi kütləvi igidliklər müharibənin sonrakı taleyində çox böyük rol oynadı. Siz indi tamaşa edəcəyiniz “Mühasirə” adlı sənədli filmdə bir daha bunun şahidi olacaqsınız.
Qeyd etmək istəyirəm ki, bu film Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu tərəfindən “Müstəqil Azərbaycanın ən yeni hərb tarixində baş vermiş döyüşlər zamanı Milli Ordumuzun göstərdiyi şücaət və qəhrəmanlıqların gənclər arasında təbliği” adlı layihə çərçivəsində hazırlanıb. Lahiyə Gənclər fondu tərəfindən təsdiq olunarkən planda milli ordumuzun qəhrəmanlıqlarından bəhs edən sənədli filmin çəkilməsini də istədim. Çünki müasir gənclik şou və əyləncəli proqramlara baxmağa maraq göstərir. Mən də istədim ki, hərbi- vətənpərvərlik mövzusunda elə bir film çəkilsin ki, bu film gənclərin orduya marağını artırsın və onlarda vətənpərvərlik hisslərinin yüksəlməsinə yardım etsin.
[/center]
Bu gün sizlərin ixtiyarına verilən bu film Azərbaycan Milli ordusunun çağdaş tarixinin bir sıra mühüm məqamlarına işıq salmaq baxımından mühüm əhəmiyyətə malikdir. Düşünürəm ki, bu film ordumuz haqqında sarı publika arasında formalaşmış bəzi qeyri- obyektiv fikirlərə son qoyacaq, gənclərimiz içərisində vətənpərvərlik ruhunun daha da yüksəldilməsi baxımından atılan ciddi bir addım olacaqdır.
Azərbaycan torpaqlarının bir qısminin işğal altında olduğu, bir milyondan artıq soydaşımızın öz doğma yurd-yuvasından didərgin düşdüyü bir vaxtda Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və şücaət nümayiş etdirən hərbi hissələrin şəxsi heyyətinin rəşadətli döyüş yolundan bəhs edən bu film gənclərimiz üçün bir dərs vəsaitidir. Şanlı hərb taiximizin təbliğinə xidmət edən bu kimi filmlər gənclərimizin vətənpərvərlik ruhunun yüksəldilməsində müstəsna əhəmiyyət kəsb edir.
Əminəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti daim xalqımızın və dövlətimizin etimadını şərəf və ləyaqətlə doğruldacaq, tezliklə işğal altında olan tarixi torpaqlarımızın düşmən tapdağından azad edilməsinə nail olacaq.
Tədbirdə bir sıra tanınmış şəxslərin, Prezident Administrasiyasının, 701 Hərbi Hissədən, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Prezidenti, Şəhid Ailələrinə Yardım Hüquqlarının Müdafiəsi İctimai Birliyinin, Vətən Fəadilərinin Hüquqlarının Müdafiə İctimai Birliyinin, Hərbi Ekspert, Hərbi And qəzetinin, Bütov Azərbaycan qəzetinin redaktoru, Respublika Əlilləri və Şəhid ailələri Vətənpərvərlər Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabitlər kafedrasının sədri, Vətən Müharibəsi Veteranlar Birliyinin, Gənc Tamaşaçılar teartının aktyorları, tanınmış rejissorlar, ictimaiyyət nümayəndələri , kütləvi informasiya vasitələrinin nümayəndələri və sayt rəhbərləri iştirak etmişdir.
Tədbirdə Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, e.o. polkovnik Əzizağa Qəni-zadənin, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu tərəfindən “Müstəqil Azərbaycanın ən yeni hərb tarixində baş vermiş döyüşlər zamanı Milli Ordumuzun göstərdiyi şücaət və qəhrəmanlıqların gənclər arasında təbliği” mövzu üzrə layihənin icrası çərçivəsində qəhrəmanlıqdan bəhs edən “Mühasirə” adlı qısametrajlı sənədli filmin layihə rəhbəri Türkan Novruzovanın, filmin aparıcısı tədqiqatçı- elmi işçi Nuranə Nəcəfovanın, Prezident Administrasiyasından Rasim Mirzəyevin, N saylı hərbi hissənin keçmiş tabor komandiri Qurban Qurbanovun, müharibə veteranlarının çıxışları dinlənilmiş, “Mühasirə” adlı qısametrajlı sənədli filmin premyerası olmuşdur.
Nuranə Nəcəfova