İlham Əliyevdən Davos paylaşımı .....                        Hacıqabulda 14 ton qida yandı .....                        Türkiyədə dəhşətli yanğın: ölənlərin sayı 76-ya çatdı .....                        Akşenerin partiyasından istefa vermişdi: Ərdoğanın partiyasına qoşuldu .....                        Ümit Özdağ barədə həbs qərarı verildi .....                        İlyas İsmayılov komaya düşdü .....                        Vəzifəsinin ilk günündə məhkəməyə verildi .....                        Nazir məktəb direktorlarını topladı: tapşırıqlar verdi .....                        Prezident Davosda daha bir görüş keçirdi .....                       
Tarix : 14-10-2015, 14:49
Milli Ordumuzun təməl daşı 701- 24 il


Azərbaycan Respublikası Veteranlar Şurasında Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi tərəfindən milli ordumuzun təməl daşını təşkil edən ilk hərbi hissə olmuş 701 saylı hərbi hissənin yaradılmasının 24 illiyi münasibəti ilə əlaqədar olaraq həmin hərbi hissənin döyüş yoluna həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Qarabağda erməni quldur dəstələrinə qarşı həyata keçirilən hərbi əməliyyatlar çərçivəsində 1993-cü ilin mart- aprel aylarında Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər rayonunun əli silah tutmayan 60 min dinc əhalinin soyqırımdan xilas etmiş müharibə veteranları iştirak etmişdir.
Tədbir Fəxri Xiyabanda Ulu Öndər H.Əliyevin məzarı önünə əklilin qoyulması ilə başlanıb, Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını ziyarətlə və məşəlin önünə əklilin qoyulması ilə davam etdirilmişdir.
Milli Ordumuzun təməl daşı 701- 24 il

Tədbirin rəsmi hissəsinin davamı Azərbaycan Respublikası Veteranlar Şurasında başlanmış, 701 saylı hərbi hissənin yaranma tarixinə və döyüş yoluna həsr olunmuş məruzə və müharibə veteranlarının çıxışları dinlənilmişdir. Tədbirdə qısametrajlı sənədli film də nümayiş etdirilmişdir
Milli Ordumuzun təməl daşı 701- 24 il

Qeyd edək ki, 701 saylı briqada 09 oktyabr 1991-ci ildə təşkil olunan 18110 saylı hərbi hissənin əsasında yaradılmışdır. “701” ordumuzun ilk təməl daşıdır. İlk briqadanın təməl daşı 18110 saylı hərbi hissə kimi tariximizə düşən 1-ci desant- hücum taboru tərəfindən qoyulmuşdur. Sonradan 18110 saylı hərbi hissənin komplektləşdirilməsi ilə Müdafiə nazirinin 10 mart 1992-ci il tarixli 01 saylı əmri ilə gerçəkləşdirildi, yəni hərbi hissəmizin “18110” şərti nömrəsi bizi riqqətə gətirən və öz rəqəmləri ilə böyük məna kəsb edən “701” oldu. Belə ki, 701 rəqəmi şərqin ilk demokratik Respublikasının 701 gün yaşaması şərəfinə təyin edilmişdir.
1992-ci ilin noyabrından 1993-cü ilin aprelinədək və 1994-cü ilin fevral-mart əməliyyatlarında 701 saylı briqadanın şəxsi heyəti Laçın və Kəlbəcər rayonlarında gedən gərgin döyüşlərdə iştirak etmiş, bu döyüşlərdə mənəvi-psixoloji, fiziki dözümlülük, rəşadət, şücaət və qəhramanlıq nümayış etdirmişdirlər.
Tədbirin bədii hissəsi Həzi Aslanov adına Mərkəzi Zabitlər evinin nəzdində fəaliyyət göstərən “Mahnı və rəqs ansanblının” konserti ilə davam etdirilmişdir.
Tədbirdə Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, e.o. polkovnik Əzizağa Qəni-zadənin, Veteran şuralarının, Qarabağ müharibəsi veteranlarının və 701 saylı hərbi hissənin veteranlarının çıxışları dinlənilmişdir.
Nuranə Nəcəfova


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!