Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 14-10-2015, 15:20
Müstəqil Azərbaycanın ən yeni hərb tarixində baş vermiş döyüşlər zamanı Milli Ordumuzun göstərdiyi şücaət və qəhrəmanlıqlar


Keçmişimizdən bizə yadigar qalan və hərb tariximizin şərəfli səhifələrini yaşadan Kitabi-Dədə Qorqud, Koroğlu, Qaçaq Nəbi kimi qəhrəmanlıq dastanlarımız mövcuddur. Bu dastanlarda xalqımızın Vətənə, torpağa nə qədər bağlı olduqları, Vətəni yadellilərin işğalından qorumaq üçün hansı mərhumiyyətlərlə üzləşdikləri və bu çətinlikləri necə mərdliklə dəf etdikləri haqqında faktlar göstərilir. Biz öz qəhrəmanlıqları haqqında belə gözəl dastanlar yazılan millətin övladlarıyıq və belə yüksək fikirlərə layiq olan millət ancaq qəhrəman millətdir. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev demişdir: “Xalqımız çoxəsirlik tarixində milli mənliyini, torpağını, Vətənini qoruyub saxlamağa qadir olduğunu dəfələrlə sübut edib. Vətənini müdafiə etməyə çalışan hər bir vətəndaş, hər bir gənc bizim üçün əziz, qiymətli və dəyərlidir”.
Biz şanlı tariximiz və əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr etmişik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Cavad xan, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hüseyn xan və Cəmşid xan Naxçıvanski kimi sərkərdələrimiz, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Mübariz İbrahimov kimi igid və cəsur qəhrəmanlarımızın şəxsi nümunəsi sübut edir ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq hər zaman öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirir. Belə oğullarımız Azərbaycanın adını yaşadır, onların bir hissəsi hal-hazırda bizimlə bu tədbirdə iştirak edir. Məhz bu nəsil 1992-1994-cü illərdə Vətən torpaqlarımız uğrunda gedən döyüşlərdə düşmənə qarşı qəhrəmancasına mübarizə aparmışdır.
Müstəqil Azərbaycanın ən yeni hərb tarixində baş vermiş döyüşlər zamanı Milli Ordumuzun göstərdiyi şücaət və qəhrəmanlıqlar
Müstəqil Azərbaycanın ən yeni hərb tarixində baş vermiş döyüşlər zamanı Milli Ordumuzun göstərdiyi şücaət və qəhrəmanlıqlar

Bu gün cəmiyyətdə Qarabağ müharibəsi zamanı aparılan döyüş əməliyyatları və onların nəticələri, hərbi hissələrin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar haqqında müsbət fikirlər səsləndirilir. Bu fikirlər müharibə vəziyyətində olan respublikamızın vətəndaşlarının və xüsusilə hərbi çağırışa hazırlaşan yetişməkdə olan gənc nəsldə vətənpərvərlik hisslərinin yüksəlməsinə xidmət edir. Düşünürəm ki, bu səpkidə mövzular Kütləvi informasiya vasitələri və mətbuat səhifələrində daha tez-tez işıqlandırılmalıdır.
Müstəqil Azərbaycanın ən yeni hərb tarixində baş vermiş döyüşlər zamanı Milli Ordumuzun göstərdiyi şücaət və qəhrəmanlıqlar

Azərbaycan xalqının qəhrəman oğulları son yüzilliklərdə Qarabağ torpağı uğrunda dəfələrlə böyük imperiyalarla müharibələr edib və heç vaxt düşmənə baş əyməyib.
Daşaltıdamı qan axıdmadıq, Xocalıdamı dirənmədik, Şuşadamı vuruşmadıq, Ağdərədəmi savaşmadıq, Laçındamı düşməni boğmadıq, Ağdamdamı düşməni taqətdən salmadıq, Tərtərdəmi, Horadizdəmi onları dizi üstə qoymadıq. Kəlbəcərdə hərbçilərimiz 1-15 nisbətində döyüşərək analoqu olmayan kütləvi qəhrəmanlıq nümayiş etdirmişdilər. Briqadanın hərbiçiləri 60 min əhalinin soyqırımdan xilas edilməsi üçün şüurlu şəkildə ölümə gedərək 400 nəfər şəhid vermişdilər. Hər bir doyüşdə qəhramanlıq, fədakarlıq, şücayət, igidlik, vardır. Azərbaycan ordusunun formalaşmağa başladığı ilk illərdə yaradılan hərbi hissələr yuxarıda adları qeyd olunan bölgələrdə qəhrəmancasına döyüşərək düşmənə bacardıqları qədər müqavimət göstərmişdilər.
Bizim qəhrəmanlıq səhifələrimizi təbliğ etmək məqsədi ilə hər bir kəs öz peşəsi sahəsində imkanlarından bacarıqla istifadə edərək Milli Ordumuzun müasir dövrdə baş verən döyüş əməliyyatlarında göstərdiyi şücaət və qəhrəmanlıqları işıqlandırmalı, sənədli və bədii filmlər, rəsmlər çəkilməli, povestlər yazılmalı, qəhramanlıq simaları yaradılmalı və əbədiləşdirilməlidir.
Müstəqil Azərbaycanın ən yeni hərb tarixində baş vermiş döyüşlər zamanı Milli Ordumuzun göstərdiyi şücaət və qəhrəmanlıqlar

Son illərdə Qarabağ müharibəsi mövzusunda Az TV kanalının hərbi-vətənpərvərlik mövzusunda verilişləri, ANS televiziyası tərəfindən çəkilən “Fəryad”, “Xoca”, “Dolu”, “Qanlı Yanvar” bədii filmləri , İTV, Space, Lider, ATV kanallarının verilişləri təqdirə layiqdir. Bu yol ilə vətənpərvərlik mövzusunda təbliğatın aparılması çox müsbət haldır. Bu verilişlərin çəkilməsində xidməti olan insanlara biz dərin təşəkkürümüzü bildirirəm. Bütün bu filmlər ərazi bütüövlüyümüz və müstəqilliyimiz uğrunda davam edən silahlı mübarizədə Azərbaycan Ordusunun ruhunu gücləndirir, əhalidə Ordumuza, Azərbaycan əsgərinə inam hisslərini möhkəmləndirir.
Mən, Əfqanistan və Qarabağ döyüşlərinin iştirak etmiş azərbaycanlı zabitlərin dilindən deyə bilərəm ki, Azərbaycan hərbiçiləri müharibədə sona qədər mübarizə aparmış və düşmənə layiqli cavab vermişlər. O zaman Azərbaycan Respublikası idarə olunmaz vəziyyətdə olduğundan və yeni yaradılan Ordumuzun vahid komandanlıq səviyyəsinə çatmadığına görə biz böyük itkilərlə üzləşmişik .
Müstəqil Azərbaycanın ən yeni hərb tarixində baş vermiş döyüşlər zamanı Milli Ordumuzun göstərdiyi şücaət və qəhrəmanlıqlar

Ali Baş komandanımız cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq, Müdafiə naziri general- polkovnik Zakir Həsənovun rəhbərliyi ilə son dövrlərdə Azərbaycan Ordusunun cəbhə bölgəsindəki uğurlu təlimləri və düşmənin təxribatlarına layiqli cavab verməsi və bunun məntiqi nəticəsi olaraq düşmənin vahiməyə düşməsi xalqımızda hərbi-vətənpərvərlik ruhunun yüksəlməsinə güclü təkan vermişdir. Xalqımız və onun Silahlı Qüvvələri Ali Baş Komandandan hücüm əmrini gözləyir. Bu gün uzaqda deyil.
Müstəqil Azərbaycanın ən yeni hərb tarixində baş vermiş döyüşlər zamanı Milli Ordumuzun göstərdiyi şücaət və qəhrəmanlıqlar

Nitqimin sonunda zalda əyləşən bütün ictimaiyyət nümayəndələrini Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə aparılan “Müstəqil Azərbaycanın ən yeni hərb tarixində baş vermiş döyüşlər zamanı Milli Ordumuzun göstərdiyi şücaət və qəhrəmanlıqların təbliği” adlı layihəyə qoşulmağa və dəstəkləməyə dəvət edirəm.


Türkan Novruzova


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!