Vaşinqtondan Əliyev-Paşinyan görüşünə reaksiya .....                        ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü .....                        Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər .....                        “Qarabağ” Cica ilə yollarını ayırdı .....                        İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı .....                        Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış .....                        Sahibə Qafarova Tuzlaya getdi .....                        Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi .....                        Ukraynadan 30 uşaq Azərbaycana gətirildi .....                       
Tarix : 30-03-2016, 15:04
Tarixin qanlı səhifəsi


Azərbaycan Hərb Tarixi Muzeyində “31 mart azərbaycanlıların soyqırımı tarixin qanlı səhifəsidir” adlı anım tədbiri keçirilib.
1918-ci ilin mart ayının sonu Azərbaycan xalqının qanlı və faciəli günləri kimi tarixə düşmüşdür. Erməni daşnak partiyasının liderləri 1918-ci ilin ilk aylarından etibarən Bakıdan başlayaraq Tiflisə qədər məskunlaşan azərbaycanlıları Kür çayına, Qubadan Astarayadək yaşayanları isə Xəzər dənizinə tökməyi planlaşdırmışdırlar. Həmin plana uyğun olaraq 1918-ci ilin mart-may aylarında Bakı, Şamaxı, Quba, Göyçay, Naxçıvan, İrəvanda ermənilər yerli əhaliyə qarşı kütləvi qırğın tədbirlərinə əl atdılar. Silahlı erməni daşnakları mart ayının 31-dən başlayaraq 3 gün ərzində Bakı şəhərində dəhşətli qırğınlar törətdilər. Şəhərin müsəlman əhalisi kütləvi şəkildə qətlə yetirilmiş, onların ev və əmlakları qarət olunmuşdur.
[center]Tarixin qanlı səhifəsi

Ermənilər törətdikləri bu qanlı hadisələrin izini itirmək və miqyasını kiçiltmək məqsədilə onu “Bolşevik-müsavat firqə mübarizəsi” kimi qələmə verməyə çalışırdılar. Əslində isə bu hadisələr firqə davası deyil, bir millətə, xalqa qarşı yönəlmiş qanlı soyqırım aktı idi.
[center]Tarixin qanlı səhifəsi

Tədbirdə Müdafiə Nazirliyi, H.Əliyev adına ali hərbi məktəblər, hərbi hissələr, Hərbi Akademiya, veteran təşkilatları, şəhər muzeyləri və digər idarə- müəssisələrin nümayəndələri iştirak ediblər.
Tədbirdə 31 mart soyqırımına həsr olunmuş sənədli filmin nümayiş olmuş, e.o.polkovnik Əzizağa Qəni-zadənin və tədbirin layihə rəhbəri muzeyin tədqiqatçi-elmi işçisi Sevər Həsənovanın, polkovnik- Nazim Əhmədovun və digər tədbir iştirakçıların çıxışları dinlənilmişdir.

Tarixin qanlı səhifəsi

Nuranə NƏCƏFOVA


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!