Suriya ordusu daha bir şəhəri nəzarətə aldı .....                        "VAZ" beton maneyə çırpıldı - Xəsarət alanlar var .....                        İranda ölənlərin sayı 3 mini ötüb - KİV .....                        Səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi .....                        Kadırovun oğlu qəzaya düşdü - Vəziyyəti ağırdır .....                        ABŞ niyə İranı vurmadı? - TRAMPDAN AÇIQLAMA .....                        "Neftçi"də bir transfer, iki ayrılıq .....                        40 min nəfər məni İrana çağırır - Pəhləvi .....                        Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil edildi .....                       
Tarix : 3-11-2015, 09:18
Səməd bəy Mehmandarovun anadan olmasının 160 illik yubileyi keçirildi.



Butov.az xəbər verir ki, Azərbaycan Hərb Tarixi Muzeyi və Azərbaycan İstiqlal Muzeyi ilə birgə görkəmli hərbi xadim, tam artilleriya generalı Səməd bəy Mehmandarovun anadan olmasının 160 illik yubileyi keçirilmişdir.

Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olmuşdur. İlk təhsilini Bakı gimnaziyasında alaraq, ingilis, fransız və fars dillərinə yiyələnmişdir. O, 1875-ci ildə Sankt- Peterburqdakı II Konstantinovka yunkerlər məktəbinə qəbul olur. Hərbi sahəyə olan güclü marağı və fitri istedadı sayəsində 1875-ci ilin dekabrında poruçik, 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general- mayor rütbəsi alan Səməd bəy rus- yapon müharibəsi cəbhələrində - Port-Artur qalasının müdafiəsində Şərq cəbhəsinin baş artilleriya komandanı kimi qəhrəmanlıqlar göstərmiş və uğurlarının mükafatı olaraq çarın əmri ilə üzərində “İgidliyə görə” sözləri həkk edilmiş qızıl qılıncla mükafatlandırılmış, 1908-ci ildə isə tam artilleriya generalı rütbəsinə yüksəldilmişdir.

1918-ci il dekabrın 25-də Səməd bəy hərbi nazir təyin edildi. O, ordu quruculuğunu sürətləndirmək məqsədilə yeni hərbi planlar və strateji təkliflər hazirlayır. Bu görkəmli generalın yorulmaq bilmədən gecə- gündüz səyləri nəticəsində qısa zaman ərzində orduda 24 min süngü, 6 min piyada, suvari topçu və sair qoşun növlərindən ibarət olan və ən müasir silahlarla təchiz edilmiş canlı qüvvə yaradılmış, Xəzər dənizində kiçik bir donanma təşkil olunmuşdu.

Tədbirdə əvvəlcə xalqımızın ümumilli lideri Heydər Əliyevin, görkəmli hərbi xadim Səməd bəy Mehmandarovun, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib,dövlət himni səsləndirilib.

Azərbaycan Hərb Tarixi və İstiqlal muzeylərinin birgə keçirdiyi mərasimdə çıxış edən Müdafiə Nazirliyinin zabiti,polkovnik Abdulla Qurbani bildirib ki, son nir ildə Prezident İlham Əliyev üç görkəmli sərkərdənin – general Əliağa Şıxlinskinin150, diviziya komandiri Cəmşid Naxçıvanskinin 120 və general Səməd bəy Mehmandarovun 160 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Səməd bəy Mehmandarovun 160 illik yubiley tədbirlərinin keçirilməsinə Gəncə şəhərində start verilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə təşkilat komitəsi yaradılıb və təsdiq olunan tədbirlər planına əsasən, respublika səviyyəsində silsilə mərasimlər keçirilir. Yubiley tədbirləri ilin sonunadək davam edəcək.

Tədbirdə Müdafiə Nazirliyinin, Ali Hərbi və Hərbi Dəniz Məktəblərinin, Hərbi hissələrin, Hərbi Akademiyanın həmçinin şəhər muzeylərinin və digər idarə - müəssisələrin nümayəndələri iştirak etmişdir.

Tədbirdə tam artilleriya generalı Səməd bəy Mehmandarovun həyatı və hərbi fəaliyyətinə həsr olunmuş ANS televiziyasının çəkdiyi “Sərdar” adlı sənədli film nümayiş etdirilmiş və Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin, Müdafiə Nazirliyi Mənəvi- Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini polkovnik Abdulla Qurbaninin, ekspozisiya rəisi Şəlalə xanım Hüseynovanın, Azərbaycan İstiqlal Muzeyinin Elmi – kütləvi işlər şöbəsinin elmi işçisi Gülay xanım Ramazanovanın və tədbirdə iştirak edən digər qonaqların çıxışları dinlənilmişdir.

Tədbirin sonunda bədii hissədə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin nəzdində fəaliyyət göstərən “Mahnı və rəqs ansanblı”nın kollektivinin konserti olmuşdur.


Səməd bəy Mehmandarovun anadan olmasının 160 illik yubileyi keçirildi.
Səməd bəy Mehmandarovun anadan olmasının 160 illik yubileyi keçirildi.
Səməd bəy Mehmandarovun anadan olmasının 160 illik yubileyi keçirildi.
Səməd bəy Mehmandarovun anadan olmasının 160 illik yubileyi keçirildi.
Səməd bəy Mehmandarovun anadan olmasının 160 illik yubileyi keçirildi.
Səməd bəy Mehmandarovun anadan olmasının 160 illik yubileyi keçirildi.


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!