Balaca adamın yekə buketi .....                        Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək .....                        KTMT qatardır, qabağında Rusiyadır - Elmar Məmmədyarovdan Ermənistanla bağlı ŞOK AÇIQLAMA .....                        "Nizami"nin divarlarını yazanlar məlum oldu .....                        Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                       
11-05-2024, 14:14
Ceyhun Bayramovla Ararat Mirzoyan razılığa gəldilər


Ceyhun Bayramovla Ararat Mirzoyan razılığa gəldilər

10-11 may 2024-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər.
Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.
Səfər çərçivəsində, nazirlər Qazaxıstanın Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə ayrı-ayrılıqda ikitərəfli, o cümlədən üçtərəfli formatda görüşüblər.
Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib.
11-05-2024, 13:54
Zakir Həsənov Prezidentin xəbərdarlığı ilə bağlı göstərişlər verdi


Zakir Həsənov Prezidentin xəbərdarlığı ilə bağlı göstərişlər verdi

Mayın 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə toplantı keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə mərhum dövlət başçısı Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə naziri mayın 10-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşada birinci yaşayış kompleksinin açılışı zamanı şəhərə köçmüş ilk sakinlərlə görüşündəki çıxışından irəli gələn tapşırıqları toplantı iştirakçılarına çatdırıb.
Ali Baş Komandanın çıxışının Azərbaycan Ordusunda bütün şəxsi heyətə çatdırılmasının əhəmiyyətini qeyd edən nazir bununla bağlı aidiyyəti üzrə müvafiq göstərişlər verib.
11-05-2024, 13:26
Sabahın havası


Sabahın havası

Mayın 12-də Azərbaycanda gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Proqnoza görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecəyə doğru intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-17°, gündüz 20-25° olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60% olacaq.
Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-17°, gündüz 25-30°, dağlarda gecə 3-8°, gündüz 10-15° olacaq.
11-05-2024, 12:46
Daha bir tələbə qəfil vəfat etdi


Daha bir tələbə qəfil vəfat etdi

Azərbaycanda daha bir tələbə vəfat edib.
Bakı Slavyan Universitetinin Şərqi Avropa Dilləri fakültəsinin II tədris ili tələbəsi Bayramova Sevinc Sirac qızı vaxtsız dünyasını dəyişib.
Məlumatı Bakı Slavyan Universiteti yaysa da, ölüm səbəbi açıqlanmayıb.
Allah rəhmət eləsin!
11-05-2024, 12:42
Ermənistanda etirazlar davam edir: bu gün 50 nəfər saxlanılıb


Ermənistanda etirazlar davam edir: bu gün 50 nəfər saxlanılıb

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyaları davam edir.
İrəvanda bu gün keçirilən itaətsizlik aksiyasının 50 iştirakçısı saxlanılaraq Polis bölmələrinə aparılıb.
Bu barədə Milli Cəbhə Telegram kanalı məlumat yayıb.
Saxlanılanlara hüquqi yardım göstərilməsi üçün müxalifət deputatları polis idarələrinə gediblər.
Ermənistandakı etiraz aksiyalarına Erməni Apostol Kilsəsinin arxiyepiskopi Baqrat Srbazan rəhbərlik edir. Onun arxasında bütün ermənilərin katalikosu II Qaregin və eks-prezident Robert Köçəryanın dayandığı bildirilir.
Aksiya keçirənlər Azərbaycanla sərhədlərin demarkasiyasına etiraz edirlər.
11-05-2024, 12:15
Prezident və birinci xanım Şuşadakı “Xarıbülbül” Festivalının açılışında


Prezident və birinci xanım Şuşadakı “Xarıbülbül” Festivalının açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak edirlər.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış edib.
11-05-2024, 12:00
Göldə boğulan tələbələr dəfn olundu


Göldə boğulan tələbələr dəfn olundu

Ötən gün Naxçıvanda göldə boğularaq ölən tələbələr dəfn olunub.
2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyevin nəşləri dəfn olunmaq üçün doğulduqları Astara rayonunun Pensər kəndinə gətirilib.
Onlar Pensər kənd qəbiristanlığında torpağa tapşırılıb.
Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar.
Hər iki gəncin Naxçıvan Dövlət Universitetinin tələbələri olduğu bildirilir.
Fakt üzrə Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.
11-05-2024, 11:58
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul etdi


İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Şuşada ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Görüşdə Şuşada keçirilən VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının əhəmiyyəti qeyd olundu.
Söhbət zamanı bundan əvvəl keçirilən görüşlər məmnunluqla xatırlandı.
ICESCO-nun Baş direktoru Şuşaya budəfəki səfərində burada çox böyük inkişaf proseslərinin və dəyişikliklərin şahidi olduğunu bildirdi, işğal zamanı ermənilər tərəfindən tamamilə dağıdılmış məscidlərin yerində yeni məscidlərin inşa edilməsinin İslam dininin dəyərlərinin qorunması baxımından əhəmiyyətini vurğuladı.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə böyük bərpa və yenidənqurma işlərinin getdiyi məmnunluqla qeyd olundu.
ICESCO ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu və perspektivlər barədə fikir mübadiləsi aparıldı.
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.
11-05-2024, 11:37
Heydər Əliyev Fondu ICESCO ilə memorandum imzaladı


Heydər Əliyev Fondu ICESCO ilə memorandum imzaladı

Mayın 11-də Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə tutur.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malikin görüşündə ikitərəfli əməkdaşlıq, ICESCO ilə Fond arasında ötən müddət ərzində mövcud əlaqələr müzakirə edilib.
Fondun prezidenti Mehriban Əliyevanın ICESCO-nun xoşməramlı səfiri kimi sivilizasiyaların yaxınlaşması, mədəniyyətlərarası dialoq üzrə fəaliyyəti və xidmətləri vurğulanıb.
Görüşdə Fond tərəfindən təhsil və mədəniyyətin inkişafına, Azərbaycanla yanaşı, digər ölkələrdə humanitar sahədəki layihələri, xalqlar və dinlərarası yaxınlaşmaya yönələn fəaliyyət qeyd olunub. İmzalanan memorandumun əməkdaşlığın gələcək uğuruna zəmin yaradacağı bildirilib.
2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada Heydər Əliyev Fondunun işğaldan sonra tarixi dini və mədəni abidələrin qorunması, bərpası istiqamətində qısa müddətdə apardığı işlərin mədəni-tarixi irsin yaşadılması baxımından əhəmiyyəti qeyd olunub. Bu sahədə də ICESCO ilə əməkdaşlıq müzakirə edilib.
Sonra ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malik Şuşada tarixi-dini abidələri ziyarət edib, işğal zamanı burada törədilmiş erməni vandalizminə dair faktlarla tanış olub.
Xatırladaq ki, Azərbaycan 50-dən çox müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan ICESCO-nun 1991-ci ildən üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2006-cı il noyabrın 24-də ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə daha da genişlənib. Təşkilat Azərbaycanda keçirilən bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak edir. Eyni zamanda, birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə ISESCO arasında səmərəli əməkdaşlıq qurulub.
11-05-2024, 10:26
Özünüzü minaya qurban verməyin! - Azərbaycanda müraciət yayıldı


Özünüzü minaya qurban verməyin! - Azərbaycanda müraciət yayıldı

Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşlara mina təhlükəsi ilə bağlı müraciət edib. Müraciətdə deyilir:
"Unutmayın, sizi evdə gözləyən əzizləriniz var!
Özünüzü minaya qurban verməyin!
Vətəndaşlar arasında mina təhlükəsizliyinə dair maarifləndirmə işinin daha da artırılması məqsədi ilə hazırlanan videoçarxın geniş tamaşaçı auditoriyasına çatdırılmasına tövhə verməyi hər kəsdən xahiş edirik.
DİN və ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!