Azərbaycanda ZƏLZƏLƏ .....                        Almaniyada qatar relsdən çıxdı - Ölənlər var .....                        63 yaşlı kişi qətlə yetirildi .....                        Qardaş ölkə alovlar içində - FOTO .....                        Bilgəhdə dənizdə batan var .....                        Meşə yanğınları Fransanı da ağuşuna aldı .....                        Sahibə Qafarova Cenevrəyə getdi .....                        Əməkdar məşqçi vəfat etdi .....                        Kamboca və Tailand arasında atışma yenidən başladı .....                       
22-06-2023, 13:24
Zelenskinin AES-də terror aktıyla bağlı dedikləri növbəti yalandır - Peskov


Zelenskinin AES-də terror aktıyla bağlı dedikləri növbəti yalandır - Peskov

"Kreml Ukrayna Silahlı Qüvvələrinin Çonqarski körpüsünü atəşə tutmasına münasibət bildirmir". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya və AEBA Zaporojye AES-də əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Qərb Kiyevə maksimum təzyiq göstərir ki, son əsgərinə qədər döyüşməyə davam etsin. Zelenskinin Rusiya Federasiyasının guya Zaporojye Atom Elektrik Stansiyasında terror aktı hazırlaması ilə bağlı dediyi sözlər növbəti yalandır. Kreml Moldova hakimiyyətinin Qələbə Gününü ləğv etmək fikrinə son dərəcə mənfi yanaşır, bu qərarlar veteranların ürəyini ağrıdır. Putinlə Qətərin baş naziri arasında keçiriləcək danışıqlarda digər məsələlərlə yanaşı, enerji sektorundakı vəziyyət də müzakirə olunacaq", - o qeyd edib.
22-06-2023, 13:18
Türk hərbiçi şəhid oldu


Türk hərbiçi şəhid oldu

Türkiyə ordusunun hərbçisi Alpay Aras şəhid olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi tviter səhifəsində məlumat verilib. Qeyd olunub ki, A.Aras bu gün şəhid olub. Türkiyənin milli müdafiə naziri Yaşar Güler öz adından və nazirliyin kollektivi adından şəhidin kədərli ailəsinə və türk millətinə başsağlığı verib.
22-06-2023, 13:06
Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirdi


Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirdi

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirib. Putin müdafiə naziri Sergey Şoyqudan Ukraynadakı döyüş bölgəsindəki vəziyyət barədə məlumat verməsini istəyib. Şoyqu bildirib ki, Ukrayna qoşunları fəaliyyətini azaldıb və yenidən qruplaşır. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri 16 gün ərzində hücum əməliyyatı keçirməyə çalışsa da, hazırda onların tempi azalıb. Rusiya müdafiə naziri Ukrayna Silahlı Qüvvələrinin hələ də hücum əməliyyatı aparmaq gücünün olduğunu söyləyib.
22-06-2023, 12:43
Rusiya Zaporojye AES-də terror aktı ssenarisini nəzərdən keçirir - Zelenski


Rusiya Zaporojye AES-də terror aktı ssenarisini nəzərdən keçirir - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Zaporojye AES-də terror aktı törədəcəyi barədə kəşfiyyat məlumatlarına malik olduqlarını bəyan edib. Bu barədə "Ukrinform" məlumat yayıb. "Kəşfiyyata məlumat daxil olub ki, Rusiya Zaporojye AES-də terror aktı - radiasiyanın yayılması ilə terror aktı ssenarisini nəzərdən keçirir. Onlar bunun üçün hər şeyi hazırlayıblar", - deyə Zelenski rəsmi teleqram kanalında yazıb.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
22-06-2023, 11:52
Sabahın hava proqnozu

Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Axşam yağıntılar tədricən kəsiləcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-29° isti olacaq, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
21-06-2023, 21:21
Fransada güclü partlayış - 16 nəfər xəsarət aldı, 7 nəfər ağır vəziyyətdədir


Fransada güclü partlayış - 16 nəfər xəsarət aldı, 7 nəfər ağır vəziyyətdədir

Fransanın paytaxtı Paris şəhərində güclü partlayış olub. Bu barədə "Le monde" qəzeti məlumat yayıb. Yerli polis bildirib ki, partlayışdan sonra binalardan birinin fasadı uçub, yanğın başlayıb. BMF kanalı qeyd edib ki, ilkin məlumatlara görə, 16 nəfər xəsarət alıb, 7 nəfərin vəziyyəti ağırdır. Partlayış "Paris Amerika Akademiyası" dizayn məktəbində baş verib.
21-06-2023, 20:55
Ceyhun Bayramov kralla görüşdü


Ceyhun Bayramov kralla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzla görüşüb. Bu barədə XİN məlumat yayıb. Görüş nazirin Birləşmiş Krallığa səfəri çərçivəsində baş tutub.
Xatırladaq ki, Ceyhun Bayramov Birləşmiş Krallıqda keçirilən Ukraynanın Bərpası Konfransında iştirak edir.
21-06-2023, 20:35
Türk nazir Blinkenlə Azərbaycan-Ermənistan münasibətlərindən danışdı


Türk nazir Blinkenlə Azərbaycan-Ermənistan münasibətlərindən danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidanın amerikalı həmkarı Entoni Blinkenlə görüşündə müzakirə olunan mövzular açıqlanıb. Bu barədə TRT kanalı məlumat yayıb. Görüşdə Ukraynadakı vəziyyət, Türkiyənin təşəbbüsü ilə həyata keçirilən İstanbul Taxıl Sazişi, NATO-nun genişlənməsi, Cənubi Qafqazda baş verən proseslər kontekstində Azərbaycan-Ermənistanın normallaşması və ikitərəfli münasibətlər müzakirə olunub.
21-06-2023, 20:30
Reznikov ilk dəfə israilli həmkarıyla danışdı


Reznikov ilk dəfə israilli həmkarıyla danışdı

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov israilli həmkarı Yoav Qalantla ilk dəfə telefon danışığı aparıb. Bu barədə Reznikov “Twitter” səhifəsində yazıb. Reznikov bildirib ki, tərəflər çox məhsuldar danışıq aparıblar. "Biz mövcud vəziyyəti və ölkəni havadan gələn təhdidlərdən qorumaq layihəsinin perspektivlərini müzakirə etdik. İranın pilotsuz uçuş aparatı hər iki ölkə üçün təhlükəsizlik təhdididir. Biz buna qarşı çıxmaqda İsrailin köməyinə ümid edirik", - İsrailin müdafiə naziri yazıb.
21-06-2023, 20:16
Azərbaycan-Birləşmiş Krallıq nümayəndələri bir sıra məsələləri müzakirə etdi


Azərbaycan-Birləşmiş Krallıq nümayəndələri bir sıra məsələləri müzakirə etdi

20 iyunda Birləşmiş Krallığa işgüzar səfər çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Krallığın Avropa regionu üzrə dövlət naziri Leo Dokertinin iştirakı ilə iki ölkə arasında Strateji Dialoqun iclası keçirilib. Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, iclasda Azərbaycan-Birləşmiş Krallıq arasında strateji dialoq məsələlərini özündə ehtiva edən siyasi məsləhətləşmələrin bir çox aspektlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, regional və beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələləri müzakirə edilib. Azərbaycan və Birləşmiş Krallıq arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın olduğu, Azərbaycanın mühüm ticarət tərəfdaşı kimi xüsusi əhəmiyyəti vurğulanıb. Birləşmiş Krallıq şirkətlərinin Azərbaycan iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyini, iqtisadi əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanların mövcudluğu bildirilib. Nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, o cümlədən sülh prosesi ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar, Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı mövqeyi, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı məlumat verib. Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının pozulmasının bölgədə sülh quruculuğuna əngəl olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. İclasda Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. Birləşmiş Krallığın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə verdiyi töhfə, bu ərazilərin yenidən qurulması və bərpası işlərində onların yaxından iştirak niyyətləri təqdir olunub. Həmçinin tərəflər, çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən Avropa İttifaqı ilə əlaqələr, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər. Strateji Dialoqun davamı olaraq, 21 iyun tarixində nazir Ceyhun Bayramovun Birləşmiş Krallığın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Ceyms Kleverli ilə ikitərəfli görüşü keçirilib. Tərəflər, Azərbaycan-Birləşmiş Krallıq arasında Strateji Dialoqun gündəliyində duran məsələləri, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə regional təhlükəsizlik və post-münaqişə vəziyyəti ilə bağlı müzakirələr aparıblar. Nazir Ceyhun Bayramov həmkarına Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində danışıqların aparılması və Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına dair ölkəmizin baxışları haqqında məlumat verib. Görüş zamanı tərəflər iki ölkə arasında mövcud dialoq, qarşılıqlı səfərlər və təmasların, o cümlədən siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildiriblər. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!