Azərbaycanda ZƏLZƏLƏ .....                        Almaniyada qatar relsdən çıxdı - Ölənlər var .....                        63 yaşlı kişi qətlə yetirildi .....                        Qardaş ölkə alovlar içində - FOTO .....                        Bilgəhdə dənizdə batan var .....                        Meşə yanğınları Fransanı da ağuşuna aldı .....                        Sahibə Qafarova Cenevrəyə getdi .....                        Əməkdar məşqçi vəfat etdi .....                        Kamboca və Tailand arasında atışma yenidən başladı .....                       
21-06-2023, 19:32
Azərbaycan və Türkiyə “Alpan-2023” təliminə start verdi


Azərbaycan və Türkiyə “Alpan-2023” təliminə start verdi

Təsdiq olunmuş plana əsasən Azərbaycan Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə "Alpan-2023" birgə təlimi keçirilir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkəmizdə keçirilən təlimin ssenarisinə əsasən aviasiya vasitələri bazalanma aerodromlarından uçuşlar həyata keçirərək şərti düşmənin hava hücumundan müdafiə, komanda idarəetmə məntəqəsi və cəmləşmə obyektlərinin uzaq və yaxın məsafədən məhvetmə tapşırıqlarını və digər epizodları icra ediblər. Təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətinin təmin edilməsi və döyüş qabiliyyətinin artırılmasıdır.

21-06-2023, 19:32
XİN Başçısı britaniyalı həmkarı ilə görüşdü


XİN Başçısı britaniyalı həmkarı ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşüb. Bu barədə Azərbaycan XİN-in "Twitter" hesabında məlumat verilib. "Tərəflər Azərbaycan və Britaniya arasında dostluq münasibətlərini vurğulayıblar və onun genişləndirilməsi üçün birgə addımları müzakirə ediblər. Regionda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş əməkdaşlığın daha da gücləndirilməsi vurğulanıb", - Azərbaycan XİN bildirib.

21-06-2023, 18:41
Rusiya XİN Türkiyənin Şuşada konsulluq açmasına münasibət bildirdi


Rusiya XİN Türkiyənin Şuşada konsulluq açmasına münasibət bildirdi

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Türkiyənin Şuşada konsulluq açması ilə bağlı planlarına münasibət bildirib. Bu barədə o, gündəlik brifinq zamanı danışıb. Zaxarova deyib ki, Şuşada Türkiyə konsulluğunun açılması Bakı ilə Ankaranın ikitərəfli əlaqələrinin mövzusudur. "Konsulluğun açılması məsələləri, harada olur olsun, xüsusən Şuşada, Bakı ilə Ankaranın ikitərəfli əlaqələrinin mövzusu olaraq qalır. Bu, iki suveren dövlətin səlahiyyətində olan məsələdir", - deyə Rusiya XİN sözçüsü bildirib.
21-06-2023, 17:27
Putin və Zelenski əks-hücumla bağlı açıqlama verdi


Putin və Zelenski əks-hücumla bağlı açıqlama verdi

Ukrayna silahlı qüvvələrinin əks-hücum bölgələrində müəyyən sakitlik müşahidə edilir. Bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya” telekanalının efirində deyib. O iddia edib ki, bu sakitlik Ukrayna ordusunun şəxsi heyəti və texnika itkiləri ilə bağlıdır. “Hazırda biz sakitlik müşahidə edirik, çünki düşmən ciddi itkilər verir. Lakin Ukrayna Silahlı Qüvvələrinin hücum potensialı hələ tükənməyib", - Putin bildirib. Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Rusiya ordusu 200 min kvadratkilometr ərazini minaladığı üçün Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı çətinləşib. O, "insanların həyatı təhlükə altında olduğunu", buna görə döyüş meydanında "lazım bildikləri kimi" irəliləyəcəklərini qeyd edib.
21-06-2023, 17:12
Şəhid anası 59 balla rekord nəticəyə imza atdı


Şəhid anası 59 balla rekord nəticəyə imza atdı

Müəllimlərin sertifikatlaşdırılma prosesinin test imtahan mərhələsinin ikinci günü başa çatıb. Şəhid, Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovun anası Südabə Qaziyeva sertifikatlaşdırma imtahanında rekord nəticəyə imza atıb. Belə ki, Zaqatala rayonunun Aşağı Tala kəndindəki 3 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləyən Südabə Qazıyeva 67 dəqiqədə 59 bal toplayıb.
21-06-2023, 16:50
Əsir saxlanılan hərbiçimizə 20 il müddətində həbs cəzası verildi


Əsir saxlanılan hərbiçimizə 20 il müddətində həbs cəzası verildi

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun həbsinə qərar verilib. Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Ona qondarma qətl ittihamı üzrə 20 il müddətinə həbs cəzası verilib.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Bir müddət əvvəl keçirilən qondarma məhkəmə prosesində Aqşin Bəbirovun 11,5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib.
21-06-2023, 15:17
Prezident bu ölkəylə bağlı sazişi təsdiqlədi


Prezident bu ölkəylə bağlı sazişi təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” Saziş təsdiq edilib. Prezident İlham Əliyev Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb. Qeyd edək ki, Saziş 2023-cü il aprelin 11-də Bakı şəhərində imzalanıb.
21-06-2023, 14:49
Azərbaycan ilə Ermənistan razılığa gəlib - Paşinyanın müavini


Azərbaycan ilə Ermənistan razılığa gəlib - Paşinyanın müavini

Azərbaycan ilə Ermənistan kommunikasiyaların açılması barədə razılığa gəliblər. Bu haqda Ermənistan baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, kommunikasiyalarla bağlı təkliflərə Azərbaycan da razılıq verib: “Mən hesab edirəm ki, bəli, Azərbaycan da razıdır. Çünki biz bu məsələni başqa formatda müzakirə etməyəcəyimizi dəfələrlə bildirmişik. Əgər hələ də müzakirələr və görüşlər gedirsə, bu qavrayış bizim üçtərəfli işçi qrupu platformamızın ən azı bütün iştirakçıları tərəfindən qəbul edilir”,- deyə Qriqoryan əlavə edib. Hər iki tərəfin yol blokadalarının aradan qaldırılması ilə bağlı razılıqlarının olmasına dair suala cavab verən baş nazirin müavini Horadiz-Arazdəyən dəmir yolunun bərpası barədə yekun konsensusun olduğunu söyləyib. “Düşünürəm ki, birinci mərhələ kimi dəmir yolunun Horadiz-Arazdəyən hissəsinin bərpası ilə bağlı yekun konsensus var. Bütün tərəflər razılaşdıqlarını, bunun region və bütün ölkələr üçün müsbət həll olduğunu, hazırda bunu əsas mümkün razılaşma kimi qəbul etdiklərini bildirdilər”,- o vurğulayıb.
21-06-2023, 14:22
Ərdoğan Kılıçdaroğlunun açıqlamasına münasibət bildirdi


Ərdoğan Kılıçdaroğlunun açıqlamasına münasibət bildirdi

"Əvvəl 6 masa deyirdi, indi 16 masa deyir”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunun açıqlamasına münasibət bildirərkən söyləyib. Türkiyə lideri deyib ki, onlar üçün 16 masa da kifayət deyil: "Daha da artırmaq lazımdır. Masada partnyorların təkrarlanması nəticə vermir. Bu insanlara iradə lazımdır. İş istəyir, xidmət istəyir. Yalanla heç bir yerə çata bilməyəcəksiniz. Qlobal güc mərkəzlərindən yaxşı nəticə əldə etmək üçün LGBT bəlasını qanuniləşdirməyə çalışdınız. Sən də, yanındakılar da LGBT tərəfdarısınız. Amma nə AK Partiyanın, nə MHP-nin, nə də digər üzvlərimizin belə bir problemi yoxdur".
Qeyd edək ki, Kılıçdaroğlu altı yox, lazım olsa 16-lı masa quracağını açıqlayıb.
21-06-2023, 14:10
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı


“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı

“Neftçi” klubu baş məşqçisi Laurentsiu Regekampfla yollarını ayırıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, Müşahidə Şurasının qərarı ilə rumıniyalı mütəxəssislə, eyni zamanda, onun köməkçiləri Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib. 2022-ci ilin iyunundan “Neftçi”ni çalışdıran Laurentsiu Regekampf geridə qalan mövsüm “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub. “Neftçi” onun rəhbərliyi altında 45 oyunda keçirib. Bunun 24-də qələbə qazanan bakılılar 8 dəfə heç-heçə edib, 13 görüşdə isə məğlub olub. Qeyd edək ki, “Neftçi”nin yeni baş məşqçisinin türkiyəli Sergen Yalçının olması gözlənilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!