Azərbaycanda ZƏLZƏLƏ .....                        Almaniyada qatar relsdən çıxdı - Ölənlər var .....                        63 yaşlı kişi qətlə yetirildi .....                        Qardaş ölkə alovlar içində - FOTO .....                        Bilgəhdə dənizdə batan var .....                        Meşə yanğınları Fransanı da ağuşuna aldı .....                        Sahibə Qafarova Cenevrəyə getdi .....                        Əməkdar məşqçi vəfat etdi .....                        Kamboca və Tailand arasında atışma yenidən başladı .....                       
20-06-2023, 14:30
Ermənistan tərəfi kommunikasiyaların açılmasına çətinliklər törədir - Nazir


Ermənistan tərəfi kommunikasiyaların açılmasına çətinliklər törədir - Nazir

Aparılan səylərə baxmayaraq, Ermənistan tərəfi kommunikasiyaların açılmasına çətinliklər törədir. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Xəzər Bağlantı Konfransında” çıxışına deyib. Nazir Ceyhun Bayramov ümumilikdə 2022-ci il ərzində Azərbaycan üzərindən tranzitin 75% artdığını bildirərək bütün kommunikasiyaların açılmasının regionumuzda davamlı sülh və sabitliyə daha da töhfə verəcəyinə, ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə artıracağına əminliyini ifadə edib. Bu mənada ön plana çıxan təşəbbüs olan və Orta Dəhliz daxilində əlaqəni daha da artırmaq potensialına malik Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edib.
20-06-2023, 14:23
“BakıKart” yeni tətbiqi istifadəyə verdi


“BakıKart” yeni tətbiqi istifadəyə verdi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq, xidmət keyfiyyətini artırmaq məqsədilə sərnişindaşıma sahəsində innovativ həllərin tətbiqini davam etdirir. Belə ki, “BakıKart” plastik kartlarını idarə etmək və səfər planlamasını aparmaq üçün yeni tətbiq istifadəyə verilib. Bu tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaya, “BakıKart” plastik kartların balansını artıra və gediş haqqını ödəyə bilərlər. Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün yalnız mobil nömrə və şifrə kifayətdir. İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər. Tətbiq istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir. Həmçinin istifadəçilərə vaxta qənaət etmək imkanı qazandırır və ictimai nəqliyyatdan istifadə prosesini sadələşdirir. “BakıKart” mobil tətbiqi və www.bakikart.az saytı vasitəsilə təmin edilən platforma üzrə hesablar vahiddir. Bu o deməkdir ki,www.bakikart.az saytı vasitəsilə qeydiyyatdan keçmiş istifadəçilər üçün mobil tətbiqdə yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İstifadəçilər yalnız qeydiyyatdan keçdikləri mobil nömrə və şifri daxil etməklə mobil tətbiqdən yararlana bilərlər. “BakıKart” mobil tətbiqinin beta versiyasını həm “App Store”, həm də “Google Play Store”da yükləmək mümkündür. Tətbiq hazırda beta versiyada olduğu üçün istifadəçilər xətalarla və ya qeyri-dəqiq məlumatlarla qarşılaşa bilərlər. Bununla əlaqədar olaraq beta istifadəçilərdən qarşılaşdıqları xətalar barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur. Texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət etmək mümkündür.
20-06-2023, 13:37
Həkimlərin kommersiya məqsədli resept yazması qadağan edildi


Həkimlərin kommersiya məqsədli resept yazması qadağan edildi

Həkimlərin kommersiya məqsədli dərmanları reseptə yazması qadağan olunacaq. Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib. "Elektron reseptlə bir çox nöqsanlar aradan qalxacaq. Qeydiyyatsız dərman vasitəsinə resept yazılmayacaq. Hətta həkim istəsə belə kommersiya məqsədli dərmanları reseptə yaza bilməyəcək", - deyə nazir müavini qeyd edib.
20-06-2023, 13:23
Dərmanların qiymətinin aşağı düşməsi məqsədəuyğun deyil - Nazir müavini


Dərmanların qiymətinin aşağı düşməsi məqsədəuyğun deyil - Nazir müavini

Dərman vasitələrinin qiymətlərinin aşağı həddinin müəyyən edilməsi məqsədəuyğun hesab edilmir. Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib. “Qiymətlərinin aşağı həddinin müəyyən edilməsinin bazar qaydalarına uyğun olmadığı düşünülür. Ona görə də hazırda qiymətlərin aşağı həddinin müəyyən edilməsi uyğun deyil”, - nazir müavini deyib.
20-06-2023, 13:16
Azərbaycanda dərmanların qiyməti müqayisədə bahadır - Nazir müavini


Azərbaycanda dərmanların qiyməti müqayisədə bahadır - Nazir müavini

Azərbaycanda dərman vasitələrinin qiymətləri müəyyən ölkələrlə müqayisədə bahadır. Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib. “Burada müəyyən ölkələrin də siyahısını təqdim etsək görərik ki, bunun səbəbi nədir. Biz dərman vasitələrinin qiymətini çox zaman Türkiyə ilə müqayisə edirik. Amma nəzərə alaq ki, Türkiyə özü dərman istehsalçıdır. Bu da qiymətə təsir edir. Bəli, qiymətin baha olmasını qəbul edirik. Bu istiqamətdə qiymət siyasətini müəyyənləşdirmək haqqında Tarif Şurası ilə çox ciddi danışıqlar aparılır. Detalları açıqlamaq istəmirəm, bu barədə qanun layihəsi təqdim olunacaq”, - deyə nazir müavini qeyd edib.
20-06-2023, 12:56
Türkiyədə minimum əmək haqqı qalxdı


Türkiyədə minimum əmək haqqı qalxdı

Türkiyə hökumətinin minimum Əmək haqqının müəyyən edilməsi komissiyasının iclası başa çatıb. İclasdan sonra Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıqhan mətbuata açıqlama verib. O bildirib ki, 2023-cü ilin ikinci yarısında ümumi minimum əmək haqqı 13 min 214 lirə, xalis minimum əmək haqqı (tutulmalardan sonra) isə 11 min 402 lirə olaraq müəyyən edilib. "Ötən ilin ikinci yarısı ilə müqayisədə minimum əmək haqqını 107 faiz artırmışıq. Minimum əmək haqqı 2002-ci illə müqayisədə nominal olaraq 61 dəfə artıb", - nazir deyib. Qeyd edək ki, bundan əvvəl Türkiyədə ümumi minimum əmək haqqı 10 min 8 lirə, xalis 8 min 506 lirə olub.
20-06-2023, 12:41
Paşinyan: “..başa düşdüm ki, biz daha Şuşanı tam qaytara bilməyəcəyik”


Paşinyan: “..başa düşdüm ki, biz daha Şuşanı tam qaytara bilməyəcəyik”

"Üçtərəfli bəyanatın imzalanması üzrə danışıqlar noyabrın 6-da başlayıb". Bunu ölkənin baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında deyib. "Mən mətndə Şuşa və Ermənistan ərazisindən keçən dəhlizlə bağlı heç bir müddəa olmaması şərti ilə bu mövzuda danışıqlara başlamağa razı oldum. O cümlədən Ağdam təslim etməyi təklif etdim. Başa düşdüm ki, biz həlledici məqama çatmışıq, Şuşanı qoruya bilsək, bu, dönüş nöqtəsidir. Müdafiə edə bilməsək, yenə dönüş nöqtəsidir", - o əlavə edib. "Ayın 8-də Şuşanın bir hissəsinin bizim nəzarətimizdə olması barədə mənə məlumat verilsə də, başa düşdüm ki, biz daha Şuşanı tam qaytara bilməyəcəyik. Arayik Arutyunyan Xankəndinin müdafiəsinin zəif olması barədə məlumat verdi və ehtimal var idi ki, azərbaycanlılar Şuşadan sonra Şuşakənd istiqamətindən Xankəndiyə keçəcək, oradan Əsgərana doğru irəliləyəcəklər və oradan da ordu hissələrini arxadan vuracaqlar", - Paşinyan açıqlayıb.
20-06-2023, 12:30
Reseptlər elektron formada tətbiq olunacaq


Reseptlər elektron formada tətbiq olunacaq

“Dərman vasitələri haqqında” Qanuna edilməsi nəzərdə tutulan dəyişiklərin istiqamətləri müəyyənləşib. Bu barədə qanun layihəsini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib. “1.0.35-ci maddəyə əsasən dərman vasitələrinin dövriyyəsinə nəzarəti təmin etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən aparılan elektron təqib və izləmə (track and trace) sisteminin tətbiq edilməsini və bununla bağlı yeni hüquqi tənzimləməni nəzərdə tutur. Bu sistem istehsal və idxal olunan markalanmalı malların dövriyyəsinə, topdan və pərakəndə satışına nəzarəti həyata keçirən və bununla bağlı məlumatları qeydə alan informasiya ehtiyatı olacaqdır. Növbəti istiqamət üzrə dəyişiklik dərman vasitələrinə reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiqini nəzərdə tutur ki, bu da “Dərman vasitələrinə reseptlərin yazılması” adlı yeni 12-1-ci maddədə təsbit edilir. Bütövlükdə reseptin yeni və geniş anlayışının verilməsi, elektron reseptin tətbiqi, dərman vasitələrinin reseptə yazılması qaydası layihədə qeyd edilən bir digər yenilikdir. Elektron reseptin tətbiqi reseptdə dövlət qeydiyyatına alınmamış dərman vasitələrinin yazılması hallarının qarşısının alınması, reseptə bioloji fəallığa malik qida əlavələrinin yazılması hallarının qarşısının alınması və resept üzərində dövlət nəzarətinin gücləndirilməsi məqsədi müəyyən edilib. Reseptə yalnız dərman vasitəsinin təsiredici maddəsinin yazılması nəzərdə tutulur. 9.6-cı maddəyə görə dövlət qeydiyyatında olmayan dərman vasitələrinin reseptə yazılması zərurəti yarandıqda, həmin resept Səhiyyə Nazirliyi tərəfindən yoxlanılıb təsdiq edildikdən sonra pasient və topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan arasında müqaviləyə əsasən yalnız reseptdə yazılan miqdarda dərman vasitəsi ölkəyə gətirilə bilər. Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır.
20-06-2023, 12:21
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyunun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
20-06-2023, 12:09
Şuşanı almaqla Laçın yoluna nəzarət əldə etdilər - Paşinyan


Şuşanı almaqla Laçın yoluna nəzarət əldə etdilər - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Şuşanın
strateji əhəmiyyətindən danışıb. Bu barədə o, 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında söz açıb. "Oktyabrın 4-də düşmənin müdafiəni yarıb Cəbrayıla çatdığı 9-cu müdafiə bölgəsində ciddi problemlər yaşadıq. Orduya Azərbaycan Silahlı Qüvvələrinin irəliləyişini dayandırmaq tapşırılmışdı, çünki atəşkəs yaratmaq cəhdləri göstərdi ki, biz onların irəliləyişini dayandıra bilməyincə, müharibəni dayandırmaq üçün bütün cəhdlər faydasız olacaq. Yaxud ağrılı güzəştləri etməli idik", - Baş nazir qeyd edib. "Amma nə qədər ağrılı güzəştlərə ehtiyac olduğunu başa düşsəm də, Şuşa və Mehridə sülhməramlıların yerləşdirilməsini qəbul edə bilməzdim. Şuşa uğrunda döyüşlər davam etdikcə mübarizənin mənası və motivi var idi və Azərbaycanın məqsədinin Şuşa olduğu bəlli idi. Şuşanı almaqla Laçın yoluna nəzarət əldə etdilər, Xankəndiyə arxadan hücuma keçmək imkanı əldə etdilər", - Paşinyan əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!