Azərbaycanda ZƏLZƏLƏ .....                        Almaniyada qatar relsdən çıxdı - Ölənlər var .....                        63 yaşlı kişi qətlə yetirildi .....                        Qardaş ölkə alovlar içində - FOTO .....                        Bilgəhdə dənizdə batan var .....                        Meşə yanğınları Fransanı da ağuşuna aldı .....                        Sahibə Qafarova Cenevrəyə getdi .....                        Əməkdar məşqçi vəfat etdi .....                        Kamboca və Tailand arasında atışma yenidən başladı .....                       
19-06-2023, 16:42
Prezident keçən ilin dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq etdi


Prezident keçən ilin dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq etdi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" Qanunu təsdiqləyib. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası gəlirlər 30 679 646,4 min manat, xərclər 32 064 568,0 min manat məbləğində olmaqla təsdiq edilib. Sənədə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Qanunun tələbinə uyğun olaraq istifadə edilməlidir.
19-06-2023, 15:45
Faciəvi qəza: Üzünü “laqonda” kəsən kişi həyatını itirdi


Faciəvi qəza: Üzünü “laqonda” kəsən kişi həyatını itirdi

Astarada üzünü "laqonda" kəsən kişi dünyasını dəyişib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, iyunun 16-sı saat 09 radələrində 1961-ci il təvəllüdlü Firudin Zeynalov Astara rayonun Pensər kəndindəki mağazalardan birinin həyətində diskli kəsici alətlə ("laqonda") işləyərkən val yerindən çıxaraq sifət nahiyəsini kəsib və nəticəsində o, aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
19-06-2023, 15:27
Ümit Özdağ CHP qərargahına baş çəkdi


Ümit Özdağ CHP qərargahına baş çəkdi

Türkiyədə Zəfər Partiyasının sədri Ümit Özdağ Cümhuriyyət Xalq Partiyasının (CHP) qərargahına baş çəkib. Burada o, CHP sədri Kemal Kılıçdaroğlu ilə 45 dəqiqəlik qapalı görüş keçirib. Görüşdə CHP sədrinin müavini və partiyanın baş katibi, eləcə də sözçü iştirak edib. "Seçkilərdən sonra bir dəyərləndirmə aparmaq imkanımız olmadı. Ona görə keçən həftə randevu istədim. Gözəl keçdi, təşəkkür edirəm", - Özdağ qeyd edib.
Xatırladaq ki, seçkilərin ikinci turunda Zəfər Partiyası Kılıçdaroğlunun prezidentliyə namizədliyini müdafiə edib.
19-06-2023, 15:13
Çindəki təmaslar əsaslı, səmimi və konstruktiv idi - Blinken


Çindəki təmaslar əsaslı, səmimi və konstruktiv idi - Blinken

"Çindəki təmaslar əsaslı, səmimi və konstruktiv idi". Nunu Pekində Çin sədri Si Tsinpinlə görüşün nəticələrini dəyərləndirən ABŞ dövlət katibi Antoni Blinken deyib. "ABŞ Tayvanla bağlı fikir ayrılıqlarının sülh yolu ilə həllinə ümid edir. Çində keçirilən görüşlərdə ABŞ-ın Çinin Tayvan boğazındakı hərəkətləri ilə bağlı narahatlığı məsələsi gündəmə gətirildi. ABŞ və Çin ikitərəfli münasibətlərin sabitləşdirilməsinin zəruriliyi barədə razılığa gəliblər. ABŞ Çinin Ukraynada sülhün bərqərar edilməsində konstruktiv rolunu alqışlayacaq. Pekində keçirilən görüşlərdə taxıl sazişinin saxlanmasının vacibliyi vurğulandı. Çinin xarici işlər naziri Vaşinqtona səfərə dəvət olundu, o, dəvəti qəbul etdi", - Blinken əlavə edib.
19-06-2023, 14:50
Yaşı 60 və yuxarı olan müəllimlər MİQ imtahanında iştirak etməyəcək


Yaşı 60 və yuxarı olan müəllimlər MİQ imtahanında iştirak etməyəcək

Yaşı 60 və yuxarı olan müəllimlərin MİQ imtahanında iştirakı ləğv edilib. Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib. "20-24 iyul tarixində keçirilən imtahanda yaşı 60 və daha artıq olan müəllimlərin iştirakı nəzərdə tutulmur. Könüllü də iştirak edə bilməyəcəklər. Onların iştirakı ləğv olunub", - deyə qurum rəhbəri qeyd edib.
19-06-2023, 14:14
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu


Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

İyunun 19-u saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
19-06-2023, 14:11
Ukraynanın birinci xanımı İsrailə səfər edib


Ukraynanın birinci xanımı İsrailə səfər edib

Ukraynanın birinci xanımı Yelena Zelenskaya İsrailə səfər edib. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Səfər İsrail prezidentinin xanımı Mixal Hersoqun dəvəti ilə baş tutub. O, İsraildə prezident İsxak Hersoq və onun xanımı ilə görüşüb. "Genişmiqyaslı müharibə başlayandan bəri biz İsrailin birinci xanımı ilə psixi sağlamlıq sahəsində bir sıra layihələr üzərində işləyirik", - deyə Zelenskaya qeyd edib.
19-06-2023, 13:31
Moskva və Minskin çoxlu düşmənləri var - Kreml sözçüsü


Moskva və Minskin çoxlu düşmənləri var - Kreml sözçüsü

"Afrika ölkələrinin Ukraynada nizamlanma ilə bağlı təkliflərində həyata keçirilə biləcək aspektlər var". Bu barədə Kremlin sözçüsü Dmtri Peskov danışıb. "Putin hərbi müxbirlərlə dialoqu yüksək qiymətləndirir və onu davam etdirəcək. Rusiya Federasiyası və Belarus öz ərazilərində sabitliyi pozmaq cəhdlərinə müqavimət göstərmək əzmindədir. Kremldə Polşada Lukaşenkonu devirmək üçün dövlət çevrilişinə hazırlıqla bağlı konkret məlumat yoxdur, lakin Moskva və Minskin çoxlu düşmənləri var. Putin Novqorod vilayətinin qubernatoru ilə görüşəcək", - o əlavə edib.
19-06-2023, 13:22
İrəvanda Hindistan vətəndaşları öldürüldü


İrəvanda Hindistan vətəndaşları öldürüldü

Hindistan vətəndaşı İrəvanda həmyerliləri ilə dava zamanı öldürülüb. Ölən şəxs 24 yaşlı A.Suradidir. Digər Hindistan vətəndaşı, 31 yaşlı M.Lindon da döş qəfəsindən bıçaq yarası və kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. Daha bir neçə hindistanlı hadisə yerinə gələn polis tərəfindən zərərsiz hala gətirilib və cinayət işi başlanıb.
19-06-2023, 12:49
Ermənistan Rusiyanın Qafanda konsulluq açmasını dəstəkləyir


Ermənistan Rusiyanın Qafanda konsulluq açmasını dəstəkləyir

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Rusiya Federasiyasının Qafanda baş konsulluğunun açılmasını dəstəkləyib. Xarici işlər nazirinin müavini bu barədə parlamentdə jurnalistlərə müsahibəsində danışıb. "Bu, yerlərdə vəziyyətlə daha yaxından tanış olmağa kömək edəcək. İrəvan beynəlxalq tərəfdaşlarımızın Sünik bölgəsində (Zəngəzur - red.) diplomatik nümayəndəlik açmaq marağını və istəyini alqışlayır", - XİN başçısının müavini qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!