Azərbaycanda ZƏLZƏLƏ .....                        Almaniyada qatar relsdən çıxdı - Ölənlər var .....                        63 yaşlı kişi qətlə yetirildi .....                        Qardaş ölkə alovlar içində - FOTO .....                        Bilgəhdə dənizdə batan var .....                        Meşə yanğınları Fransanı da ağuşuna aldı .....                        Sahibə Qafarova Cenevrəyə getdi .....                        Əməkdar məşqçi vəfat etdi .....                        Kamboca və Tailand arasında atışma yenidən başladı .....                       
18-06-2023, 09:23
Güləşçimiz ikinci dəfə Avropa çempionu oldu

Güləşçimiz ikinci dəfə Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Yusif Dursunov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatının finalında ermənistanlı Henrik Haykyana xalların keyfiyyətinə görə (4:4) qalib gələrək titulunu qoruyub və ikinci dəfə Avropa çempionu olub. Bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib. Qeyd edək ki, daha əvvəl sərbəst güləşçimiz Hacı Kərimov finalda ermənistanlı Samvel Gevorqyana tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub. Tiranada güləş üzrə U-17 Avropa çempionatının beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxıb. Mübarizəyə 1/4 finaldan qoşulan Bəşir Verdiyev (48 kq) son saniyələrdə qələbəni əldən verib. Güləşçimiz gürcüstanlı Gegi Onianiyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub. Hacı Kərimov (55 kq) əvvəlcə türkiyəli Hacı Zadəyə tam üstünlüklə qalib gəlib - 10:0. 1/4 finalda rusiyalı İbrahimhacı Maqomedovla görüş gərgin mübarizə şəraitində keçib. Yekunda 12:10 hesablı qələbə Kərimovu yarımfinala daşıyıb. Milli üzvü yarımfinalda fransalı Ubayda İtayevə heç bir şans tanımayaraq (12:0) adını finala yazdırıb. Hacı həlledici görüşdə ermənistanlı Samvel Gevorqyanla üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən Kərimov tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub. Mirzəağa Axundov (65 kq) debütdə isveçrəli Aaron Zberqə 11:0 hesabıyla qalib gəlsə də, 1/8 finalda türkiyəli Rəmzi Temura müqavimət göstərə bilməyib - 0:12. Rəqib finala yüksəldiyi üçün Axundov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Həmyerlimiz bolqarıstanlı Erdal Qalipi tam üstünlüklə (10:0) mübarizədən kənarlaşdırıb. Mirzəağa bürünc medal uğrunda görüşdə belaruslu Aleksandr Kambayevə heç bir şans tanımayıb (12:2) və fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Şeyxəli Babazadə (80 kq) startda polşalı Bartlomey Novakovskiylə bacarmayıb - 4:9.
Yarışa 1/4 finaldan başlayan Yusif Dursunov (110 kq) belaruslu Yaraslav Koxanı "tuş"la yolundan kənarlaşdırıb. Ağstafa güləş məktəbinin yetirməsi yarımfinalda türkiyəli Arda Güləri də vaxtından əvvəl məğlub edərək (11:0) 2-ci dəfə Avropa çempionatının finalına yüksəlib. Dursunovun finalda rəqibi ermənistanlı Henrik Haykyan olub. Gərgin mübarizə şəraitində keçən görüşdə xalların keyfiyyətinə görə (4:4) qələbə qazanan Ağstafa güləş məktəbinin yetirməsi titulunu qoruyub.
18-06-2023, 09:14
“Kaxovka” su elektrik stansiyasının dağılması təsadüfi deyil

“Kaxovka” su elektrik stansiyasının dağılması təsadüfi deyil

"Kaxovka" su elektrik stansiyasındakı su bəndinin dağılması təsadüfi deyil, beton bünövrənin sıradan çıxması öz-özünə baş verməyib. Bu barədə “The New York Times” (NYT) qəzeti müxtəlif sübutlara, mühəndislik planlarına və ekspertlərlə müsahibələrə istinadən yazır. Qeyd edilir ki, bəndin dağılmasının ən çox ehtimal olunan səbəbi onun daxildən partladılmasıdır. Dnepr hövzəsi administrasiyasının keçmiş rəis müavini İqor Strelets bildirib ki, bəndin bünövrəsi demək olar ki, istənilən növ xarici hücuma tab gətirmək üçün nəzərdə tutulub. O, belə qənaətə gəlib ki, daxildə baş verən partlayış nəticəsində beton konstruksiyanın bir hissəsi dağılıb, daha sonra isə suyun gücü ilə digər hissələr qopub. Mühəndislər həmçinin bildiriblər ki, dağılmaya səbəb olan hadisələrin dəqiq ardıcıllığı yalnız su anbarından boşaldıqdan sonra bəndin tam yoxlanılması ilə müəyyən edilə bilər. Qeyd edək ki, Ukrayna insidentin Rusiya hərbçiləri tərəfindən həyata keçirilən partlayış nəticəsində baş verdiyini bildirib.
17-06-2023, 20:06
NATO-ya üzv ölkələr Stoltenberqin katib vəzifəsində qalmasını istəyir

NATO-ya üzv ölkələr Stoltenberqin katib vəzifəsində qalmasını istəyir

NATO-ya üzv ölkələr Yens Stoltenberqin daha bir il baş katib vəzifəsində qalmasını istəyir. Bu barədə "Blooberg" nəşri məlumat yayıb. Məlumata görə, NATO ölkələri hələ də Stoltenberqin varisi ilə bağlı konsensusa gəlməyə çalışır. Qeyd olunur ki, ABŞ prezidenti Co Bayden Alyansın rəhbəri vəzifəsinə bir sıra mümkün namizədləri, xüsusilə Danimarkanın baş naziri Mette Frederikseni yüksək qiymətləndirir. Lakin hazırda Alyansın rəhbəri postuna namizədlə bağlı müttəfiqlər arasında razılıq əldə olunmayıb.

17-06-2023, 19:47
Ukrayna eyni standartlara cavab verməlidir - Bayden

Ukrayna eyni standartlara cavab verməlidir - Bayden

Ukrayna NATO-ya daxil olmaq üçün bütün standartlara cavab verməlidir. Bunu ABŞ prezidenti Co Bayden deyib. O qeyd edib ki, Vaşinqton Kiyev üçün bu prosesi asanlaşdırmaq niyyətində deyil. “Ukrayna eyni standartlara cavab verməlidir. Ona görə də biz bunu asanlaşdırmaq fikrində deyilik”, - Bayden jurnalistlərə bildirib. Qeyd edək ki, bundan əvvəl CNN-in məlumatına görə, NATO-nun baş katibi Yens Stoltenberq Kiyev üçün NATO Üzvlük Fəaliyyət Planının (MAP) ləğvi təklifi ilə çıxış edib. O, bu həftə Vaşinqtonda Co Baydenlə görüşündə bunu müzakirə edib. MAP-ın ləğvi Ukraynanın NATO-ya daxil olmasını asanlaşdıracaq.
17-06-2023, 18:20
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi yenidən atəşə tutdu

Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi yenidən atəşə tutdu

İyunun 17-si saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
17-06-2023, 17:56
Şəkidə 3 nəfərin xəsarəti ilə nəticələnən partlayış baş verdi

Şəkidə 3 nəfərin xəsarəti ilə nəticələnən partlayış baş verdi

Şəkidə evdə partlayış olub, ikisi azyaşlı olmaqla 3 nəfər ağır xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Qeyd olunub ki, bu gün Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib. Hadisə zamanı 2000-ci il təvəllüdlü Şəlalə Yusifova və onun 2 azyaşlı övladı yanıq xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
17-06-2023, 17:19
Türkiyə və Gürcüstanın XİN rəhbərləri telefon danışığı apardı

Türkiyə və Gürcüstanın XİN rəhbərləri telefon danışığı apardı

Türkiyə xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə telefon danışığı aparıb. Bu barədə Gürcüstan XİN yayıb. Darçiaşvili Hakan Fidanı Türkiyənin xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edib və ona uğurlar arzu edib. Nazirlər Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığı daha da gücləndirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər və iki ölkə arasında yüksək səviyyəli səfərlərin vacibliyi vurğulanıb. XİN başçıları Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli formatının işini müsbət qiymətləndiriblər. Nazirlər üçtərəfli görüşün keçirilməsinə hazır olduqlarını ifadə ediblər.
17-06-2023, 16:45
İran Misirlə olan münasibətlərini normaya salır

İran Misirlə olan münasibətlərini normaya salır

İran və Misir təhlükəsizlik sahəsində əlaqələrin bərpası və koordinasiya komitəsinin yaradılması haqqında ilkin razılığa gəliblər. Bu barədə "Mehr" nəşri məlumat yayıb. Məlumata görə, Qahirə və Tehran arasında ikitərəfli münasibətlərin normallaşması yaxın zamanda baş verə bilər. Razılaşma ilə bağlı isə hələlik təfərrüatlar bəlli deyil.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!