“Özümüzü kəsən qılınc” kitabının təqdimatı oldu .....                        Ədaləti təmin etmək üçün gərək yumruğun olsun - Prezident .....                        Ukrayna hücuma keçməlidir - Tramp Zelenskiyə daha nələr deyib? .....                        Anomal istilər bu tarixədək davam edəcək .....                        Ayağı amputasiya olunmuş aktyor vəfat etdi .....                        Azərbaycan futbolçusu faciəvi şəkildə öldü .....                        Tramp Netanyahuya zəng etdi .....                        Təbrizdən Bakıya aviareyslər bərpa edilir .....                        "Qarabağ"ın yeni oyunçusu .....                       
24-04-2023, 19:30
Britaniyadan SEPAH komandirlərinə sanksiya


Britaniyadan SEPAH komandirlərinə sanksiya

Britaniya İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərinə sanksiya tətbiq edib. Bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Komandirlər İranda insan haqlarını pozmaqda ittiham edilir. SEPAH-ın "Mərkəzi" əyaləti üzrə qoşun komandiri Mohsən Kərimi, "Kərbəla" bazasının komandiri Əhməd Xadim, "Nəcəf Əşrəf" korpusunun regional bazasının komandiri Məhəmməd Nəzər Əzimi və Qərbi Azərbaycan əyaləti üzrə qoşun komandanı Həbib Şahsəvarinin adı "qara siyahı"ya salınıb. 2022-ci ilin oktyabrından Böyük Britaniya 70-dən çox iranlını sanksiya siyahısına daxil edib. Ümumilikdə siyahıda 300-dən çox adamın adı var.
24-04-2023, 19:11
QHT-dən “Ramazan” hədiyyəsi


QHT-dən “Ramazan” hədiyyəsi

Uşaqlara qayğıkeş münasibət, onların problemlərinə həssas yanaşma xalqımızın əsrlər boyu qoruyub yaşatdığı milli-mənəvi dəyərlərdən biri, müstəqil dövlətimizin uşaq siyasətinin təməl daşıdır. Azyaşlıların müdafiəsi, böyüklərin diqqət və qayğısı ilə əhatə olunması yalnız dövlət qurumlarının deyil, həm də vətəndaş cəmiyyəti təmsilçilərinin başlıca vəzifələrindən biri, onların ölkəmizdə sağlam və savadlı insan kapitalının formalaşmasına münasibətinin bariz göstəricisidir.
Bu gün ətrafımızda valideyn himayəsindən məhrum olan, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlar, aztəminatlı şəhid və qazı ailələrinin övladları az deyil. Onlara daim diqqət və qayğı, mənəvi və maddi dəstək göstərilməsi sosial həssas qrupdan olan ailələrə dövlət uşaq siyasətinin uğurla həyata keçirilməsində yaxından iştirak edən qeyri-hökumət təşkilatlarının fəaliyyətində xüsusi yer tutur.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi də bu sahədə öz ənənələrinə sadiq qalaraq, müqəddəs Ramazan bayramında paytaxtın Yasamal, Xəzər və Binəqədi rayonlarının ərazisində yaşayan sosial həssas qrupa aid bir neçə ailənin övladlarını təzə geyim dəstləri və maliyyə yardımı ilə sevindirib.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri Könül Quliyeva bildirib ki, hədiyyələr və maliyyə yardımları QHT könüllüləri tərəfindən aztəminatlı ailələrə çatdırılıb.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi xeyirxah niyyətlərini gerçəkləşdirən savab əməl sahiblərinə – “OK mobile” və “Mobil-N1” satış müəssisələrinin rəhbərlərinə minnətdarlığını bildirir və gələcəkdə də bu istiqamətdə əməkdaşlığa ümid bəsləyir.
24-04-2023, 19:00
Rusiya müdaxiləsi Ukrayna xalqına əzab və dağıntılar gətirir - Quterreş


Rusiya müdaxiləsi Ukrayna xalqına əzab və dağıntılar gətirir - Quterreş

Rusiyanın Ukraynaya qarşı müharibəsi ölkəyə və onun xalqına böyük əzab və dağıntılar gətirir. Bunu BMT-nin baş katibi Antonio Quterreş təşkilatın Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən iclasında deyib. "Rusiya Federasiyasının Ukraynaya müdaxiləsi ölkəyə və onun xalqına böyük əzab və dağıntılar gətirir, COVID-19 pandemiyasının yaratdığı qlobal iqtisadi təlatümləri gücləndirir", - Quterreş bildirib. Buna cavab olaraq Lavrov ABŞ və onların müttəfiqlərini “qloballaşmanı məhv etməkdə” ittiham edib.
24-04-2023, 18:30
İsraildə 8 nəfərin yaralamasıyla nəticələnən terror aktı baş verdi


İsraildə 8 nəfərin yaralamasıyla nəticələnən terror aktı baş verdi

Aprelin 24-də Yerusəlimin mərkəzində, Mahane Yehuda bazarı yaxınlığında naməlum şəxs avtomobillə insanların üzərinə hücum edib. Bu barədə İsrailin "Kan" televiziya kanalı məlumat yayıb. Bildirilir ki, hücum nəticəsində 8 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağır, birinin vəziyyəti orta ağırdır. Hücum həlak olan hərbçilərin və terror qurbanlarının anım gününün başlamasına bir neçə saat qalmış baş verib. İsrail rəsmiləri hücumun terror aktı olduğunu bildirib. Hücum edən şəxs yerindəcə zərərsizləşdirilib. İsrailin baş naziri Benyamin Netanyahu hücum baş verən ərazinin yaxınlığında olub. "Terrorçular yəhudiləri bu torpaqdan qovmağı gözləyirlər, lakin bu plan ordu və polis sayəsində həyata keçirilməyib", - Netanyahu bildirib.
24-04-2023, 18:00
Estoniyanın Baş naziri Ukraynaya səfər etdi


Estoniyanın Baş naziri Ukraynaya səfər etdi

Estoniyanın Baş naziri Kaja Kallas Ukraynaya səfər edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında məlumat yayıb. Baş nazir Kiyevdə Zelenski ilə görüşüb. Ukrayna lideri Rusiyaya qarşı müharibədə Estoniyanın göstərdiyi dəstəyə görə Kallasa təşəkkür edib.
24-04-2023, 17:30
Perunun sabiq prezidenti həbs olundu


Perunun sabiq prezidenti həbs olundu

Perunun keçmiş prezidenti Alexandro Toledo ABŞ-dan vətəninə ekstradisiya edildikdən sonra Barbadillo adlı həbsxanaya aparılıb. Korrupsiyada şübhəli bilinən və 25 ilə qədər həbsi gözlənilən sabiq dövlət başçısı 18 ay xüsusi nəzarət altında olacaq. Toledo iş üzrə bütün istintaq tədbirləri başa çatana qədər həbsxanada qalacaq. Qeyd edək ki, Toledo 2001-2006-cı illərdə Peruya rəhbərlik edib. İttihamlara görə, o, Braziliya tikinti şirkətlərindən rüşvət alınmasında, çirkli pulların yuyulmasında və pul vəsaitlərinin şəxsi ehtiyacları üçün istifadə olunmasında iştirak edib. Eks-prezident ittihamlar üzrə beynəlxalq axtarışa verilmişdi.
24-04-2023, 16:21
Erməni qəsbkarlarının törətdiyi qətl rəhmətlə anılır


Erməni qəsbkarlarının törətdiyi qətl rəhmətlə anılır

"1915-ci ildə erməni terrorçularının yaşlı, qadın, uşaq demədən vəhşicəsinə qətl etdiyi türklərə Allahdan rəhmət diləyirik". Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi twitter səhifəsində paylaşılıb. Qeyd edək ki, bu gün Ermənistanda qondarma "erməni soyqırımı"nın ildönümü günü kimi qeyd olunur.
24-04-2023, 16:00
Aİ-dən İrana qarşı 7-ci sankiyalar paketi


Aİ-dən İrana qarşı 7-ci sankiyalar paketi

Avropa İttifaqı (Aİ) İrana qarşı 7-ci sanksiyalar paketini qəbul edib. Bu barədə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri qərar qəbul ediblər. Bildirilib ki, sanksiyaların əsas səbəbi İranda insan hüquqlarının kobudcasına pozulmasıdır.
24-04-2023, 15:30
Güney Azərbaycanda valideynlər məktəbin önündə keşik çəkir


Güney Azərbaycanda valideynlər məktəbin önündə keşik çəkir

Güney Azərbaycanın Zəngan şəhərində valideynlər övladlarını kimyəvi terrordan qorumaq üçün məktəbin önündə keşik çəkirlər. Bu barədə “Azad İran” teleqram kanalı məlumat paylaşıb. Qeyd edək ki, son günlər İranda qızların oxuduqları məktəblərdə müəmmalı kimyəvi hücumlar olub, zəhərlənmələr baş verib.
24-04-2023, 15:00
Ərdoğanın partiyasından seçkilərə münasibət: “Asan olmayacaq”


Ərdoğanın partiyasından seçkilərə münasibət: “Asan olmayacaq”

“Biz seçkidə qələbə qazanmaq üçün çalışırıq və əlimizdən gələni edirik”. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım bildirib. O, 14 may seçkilərinin asan olmayacağını söyləyib:
“Biz seçkilər üçün əlimizdən gəldiyi qədər çalışırıq. Hazırda hazırlıq işləri normal gedir. İndiyədək çox uğurlu fəaliyyətimiz olub. Vətəndaşlarımızın məmnunluğunu görürük. Ancaq biz bu seçkidə təkcə Türkiyədəki siyasi partiyalarla mübarizə aparmırıq. Amerikadan, Avropa İttifaqı ölkələrindən müdaxilələr olur. Qarşımızda terror qruplaşmaları, xain FETÖ var. Bu baxımdan seçkilər asan keçməyəcək”. Şamil Ayrım vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, AKP seçkidə qalib gələcək: “Biz bütün şər qüvvələrə qarşı mübarizə aparırıq. Buna baxmayaraq, biz bu seçkilərdən qalib çıxacağıq. Prezidentimiz ilk turda qalib olacaq. Buna inanırıq”. Xatırladaq ki, Türkiyədə 14 may tarixində keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!