İki azərbaycanlı ailə Rusiyadan deportasiya edildi .....                        Leyla Əliyevanın doğum günüdür .....                        “Kurtlar Vadisi”nin aktyoru vəfat etdi .....                        Masazırda yanğın söndürüldü - YENİLƏNİB .....                        Deyirəm, bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib - Prezident .....                        Kanalda batan yeniyetmənin meyiti tapıldı .....                        Daha bir azərbaycanlı həbs edildi .....                        Azərbaycan və Özbəkistan liderləri “Sea Breeze”də - FOTO .....                        Rusiyaya cavab verilmədiyi iddiaları əsassızdır .....                       
22-12-2022, 18:45
Ceyhun Bayramov rusiyalı həmkarı ilə Laçın dəhlizini müzakirə etdi


Ceyhun Bayramov rusiyalı həmkarı ilə Laçın dəhlizini müzakirə etdi

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məlumata görə, nazirlər Laçın dəhlizinin bağlanması ilə bağlı vəziyyəti və Qarabağın dağlıq hissəsindəki filiz yataqlarının işlənməsinə dair tərəflərin fikir ayrılığını müzakirə ediblər. "Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındakı Laçın dəhlizinin bağlanması və tərəflər arasında regiondakı filiz yataqlarının işlənməsinə dair fikir ayrılıqları səbəbindən gərginləşən vəziyyət müzakirə edilib. Lavrov üçtərəfli qaydalara ciddi riayət olunmasının vacibliyini vurğulayıb. Xatırladıb ki, Dağlıq Qarabağla Ermənistan arasında Laçın dəhlizi boyunca maneəsiz əlaqənin təmin edilməsinə dair sazişlər imzalanıb”, - deyə nazirlikdən bildiriblər.
22-12-2022, 18:39
Mirzoyan üçtərəfli görüşdə iştirak etməyəcək


Mirzoyan üçtərəfli görüşdə iştirak etməyəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə iştirak etməkdən imtina edib. Bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, sözügedən görüş sabaha planlaşdırılmışdı və orada sülh müqaviləsinin hazırlanması istiqamətində müzakirələr nəzərdə tutulmuşdu.
22-12-2022, 18:35
Vardanyan ölkə vətəndaşlığından çıxarıldı


Vardanyan ölkə vətəndaşlığından çıxarıldı

Rusiya prezidenti Vladimir Putin Qarabağdakı separatçıların qondarma "dövlət naziri" Ruben Vardanyanı ölkə vətəndaşlığından çıxarıb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Məlumata görə, Putin tərəfindən müvafiq qərar imzalanıb.
22-12-2022, 18:33
Belarus prezidenti İlham Əliyevi təbrik etdi


Belarus prezidenti İlham Əliyevi təbrik etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sevindirici haldır ki, Sizin iyirmi il bundan əvvəl müdrikcəsinə söylədiyiniz “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram” sözləriniz gerçəyə çevrildi. Mən bilirəm ki, Azərbaycan xalqı dövlətin iqtisadi və sosial inkişafına, onun xarici siyasi maraqlarının müdafiəsinə, vətəndaşların rifahının yüksəlməsinə yönəlmiş səylərinizi yüksək qiymətləndirir. Qardaş Azərbaycan Sizin bacarıqlı və qətiyyətli rəhbərliyiniz sayəsində regionda və möhkəmlənməkdə olan türk dünyasında getdikcə daha mühüm rol oynayır. Belarusun da iştirakçısı olduğu Qoşulmama Hərəkatında uğurlu sədrlik Bakıya beynəlxalq nüfuz və dərin hörmət qazandırıb. Bizim görüşlərimizi həmişə məmnunluqla xatırlayıram. Aramızda dostluq və etimad əsasında yaranmış şəxsi münasibətləri, konstruktiv ünsiyyəti və hər ikimizin sıx qarşılıqlı faydalı əməkdaşlığa can atmağımızı yüksək dəyərləndirirəm. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, çoxşaxəli və məsul fəaliyyətinizdə yeni uğurlar arzu edirəm".
22-12-2022, 18:30
Rusiya XİN-dən Paşinyanın tənqidi fikirlərinə rədd cavabı


Rusiya XİN-dən Paşinyanın tənqidi fikirlərinə rədd cavabı

Rusiyan Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağdakı sülhməramlılarla bağlı tənqidi fikirlərinə münasibət bildirib. Zaxarova bu cür ittihamların qəbuledilməz olduğunu bəyan edib. "Mən bütün bunların əksini deyə bilərəm. Rusiya sülhməramlıları stabilliyi təmin etməkdən ötrü işlər görür. Onlar bu istiqamətdə fəaliyyət göstərir. Əgər kimsə, bunu yadından çıxarıbsa, mən yadına sala bilərəm. Ona görə də bizim sülhməramlılarımıza qarşı bu cür fikirlər qəbuledilməzdir", - deyə XİN rəsmisi söyləyib. Qeyd edək ki, Paşinyan Qarabağdakı Rusiya sülhməramlı kontingentinin öhdəliklərini tam olaraq yerinə yetirmədiyini açıqlamışdı.
22-12-2022, 18:26
Peskov ABŞ-Ukrayna liderlərinin görüşünə münasibət bildirdi


Peskov ABŞ-Ukrayna liderlərinin görüşünə münasibət bildirdi

"Təəssüf ki, sülh üçün çağırışlar yox idi". Bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Co Baydenlə Ukrayna lideri Volodimir Zelenskinin Vaşinqtonda keçirilən görüşünü şərh edərkən deyib. "Təəssüf ki, sülh üçün çağırışlar yox idi. Biz ABŞ və Ukrayna tərəfindən Rusiyanın narahatlığını dinləməyə hazır olmaq barədə heç bir söz eşitmədik", - Peskov bildirib. Sözçü həmçinin Dmitri Roqozinin Donetskdə yaralanmasından danışıb. O qeyd edib ki, Vladimir Putin ona tezliklə sağalmağı arzu edib və ölənlərə başsağlığı mesajı çatdırılıb. "Bütün risklərə baxmayaraq, Rusiya rəsmiləri Donetskə və Luqanska gedib-gəlməyə davam edəcəklər", - deyə Kreml sözçüsü əlavə edib. Peskov ABŞ-ın Ukraynaya "Patriot"lar verməsinə də münasibət bildirib: "Digər silahlar kimi, onlar da legitim hədəf halına gələcək". Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri xaricə ilk dəfə səfər edərək ABŞ-a getmiş, ölkə başçısı Co Baydenlə görüşmüşdü.
22-12-2022, 18:22
Azərbaycan millisi FİFA reytinqində irəlilədi


Azərbaycan millisi FİFA reytinqində irəlilədi

Azərbaycan millisi FIFA reytinqində 2 pillə irəliləyib. Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda 1151 xalla 121-ci sırada qərarlaşıb. Buna yığmanın yoldaşlıq görüşlərində Moldovanı 2:1, Şimali Makedoniyanı isə 3:1 hesabı ilə məğlub etməsi səbəb olub. Bir pillə irəliləyən Türkiyə seçməsi 1465 xalla 44-cü yeri tutub. 2022-ci ilin son reytinqində siyahıya 1840 xalla Braziliya başçılıq edir. Aktivində 1838 xal olan son dünya çempionu Argentina yığması 2-ci pilləyə yüksəlib. DÇ-2022-nin finalçısı Fransa seçməsi isə 1823 xalla üçüncüdür.
22-12-2022, 18:19
Peskovdan Paşinyanın narazılığına cavab gəldi


Peskovdan Paşinyanın narazılığına cavab gəldi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlıları ilə bağlı tənqidi fikirlərinə münasibət bildirib. Peskov ölkəsinin imzalanan müvafiq sənədlərə uyğun şəkildə fəaliyyət göstərdiyini deyib. O qeyd edib ki, Rusiya Ermənistanla rus sülhməramlıların fəaliyyətini müzakirə etməyə davam edəcək. "Sülhməramlılar ərazidə qayda-qanunu təmin etmək məqsədilə əlindən gələni edir", - deyə sözçü bildirib. Qeyd edək ki, Paşinyan sülhməramlıların öhdəliklərini tam olaraq yerinə yetirmədiyini söyləmişdi.
22-12-2022, 18:16
Ərdoğan əməkhaqqının artırılmasıyla bağlı qərar verdi


Ərdoğan əməkhaqqının artırılmasıyla bağlı qərar verdi

Türkiyədə minimum əməkhaqqının artırılmasına qərar verilib. Bu barədə qərarı Prezident Rəcəb Tayyib Ərdoğan elan edib. Belə ki, ölkədə minimum əməkhaqqı artırılaraq yeni məbləğ 8 500 lirə (774.35 manat) həcmində müəyyən olunub. Qeyd edək ki, Türkiyədə sonuncu dəfə bu ilin yanvarında minimum əməkhaqqı məbləği 50.5 faiz artırılaraq 2825.90 lirədən 4253.40 lirəyə çatdırılmışdı.
22-12-2022, 18:13
Tokayevdən azərbaycanlı həmkarına təbrik məktubu


Tokayevdən azərbaycanlı həmkarına təbrik məktubu

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin. Güclü və gündən-günə firavanlaşan dövlət qurulması, əhalinin rifahının və ölkənin beynəlxalq arenada nüfuzunun artmasının təmin edilməsində Azərbaycanın sanballı uğurları Sizin Vətənin mənafelərinə sədaqətli xidmətinizin, uzaqgörən siyasətinizin və dövlət başçısı vəzifəsində şəksiz liderliyinizin əyani sübutudur. Qazaxıstanda Sizi etibarlı dost və Qazaxıstan-Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə səmimi yanaşan görkəmli siyasi xadim kimi tanıyırlar. Əminəm ki, birgə səylərimiz sayəsində biz strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi daha da möhkəmləndirərək ikitərəfli əməkdaşlığı yeni zirvələrə yüksəltməyə nail olacağıq. Hörmətli İlham Heydər oğlu, Sizə qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə bundan sonra da uğurlar və yeni-yeni nailiyyətlər arzu edirəm".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!