Rəsmi Bakıdan Putinin xüsusi nümayəndəsinə cavab .....                        Bu gündən yaxın qohumlar evlənə bilməyəcək .....                        Macarıstan Ermənistana yardım ayrılmasını bloklayır .....                        “Paşinyandan xahiş etdik ki, müharibəni dayandırsın” .....                        Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılıb .....                        Azərbaycanda sammit keçiriləcək - Liderlər ölkəmizə gəlir .....                        Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi .....                        Qukasyandan yeni etiraflar .....                        Paşinyan Kallasla görüşdü .....                       
15-12-2022, 21:09
Ceyhun Bayramovun iştirakıyla brifinq keçirildi


Ceyhun Bayramovun iştirakıyla brifinq keçirildi

Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramovun iştirakı ilə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib. Brifinq zamanı nazir C.Bayramov Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda son bir neçə gün ərzində həyata keçirdiyi etiraz aksiyasına səbəb olan vəziyyətin hələ də aradan qaldırılmadığını diqqətə çatdırıb. Nazir Azərbaycanın Laçın yolu ilə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoymadığını, hərəkətin əvvəlki qaydalarla tənzimləndiyini diqqətə çatdırılıb. Azərbaycanlı etirazçılar tərəfindən yol boyu nəqliyyatın hərəkətinin dayandırılması niyyətinin olmaması, əksinə mülki nəqliyyat vasitələrinin, xüsusən də təcili yardım maşınlarının hərəkətini asanlaşdırmağa hazır olduqlarına dair müvafiq açıqlamaların verildiyi bildirilib. Mövcud vəziyyətin guya humanitar böhrana səbəb ola biləcəyi barədə iddiaların həddən artıq şişirdirildiyini qeyd edən nazir, Azərbaycan tərəfinin ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa daim hazır olduğunu diqqətə çatdırıb. C.Bayramov Azərbaycan tərəfinin yerli erməni sakinlərlə dialoqun təşviqi istiqamətində addımlar atdığı barədə məlumat verib. Bu xüsusda, istər Laçın yolunun tikintisi, istərsə də Sərsəng su anbarından istifadə ilə bağlı atılan birgə addımlar çərçivəsində yerli erməni sakinlərlə təmaslardan bəhs edilib. Görüşdə cari ilin 3 dekabr tarixindən aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıldığını, əldə olunmuş razılığa baxmayaraq 10 dekabr tarixində sözügedən ərazilərə Azərbaycan nümayəndələrinin səfərinə maneçilik törədildiyi barədə məlumat verilib. Davam edən etiraz aksiyasının qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsi olduğu, Azərbaycanın əslində öz narahatlıqlarını dialoq yolu ilə həll etməyə çalışdığı diqqətə çatdırılıb. Çıxış zamanı Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə mavi yanacağın təchizatını dayandırmasına dair yayılan dezinformasiyalara münasibət bildirən Nazir sözügedən ərazilərdə qaz təchizatının Ermənistan tərəfindən həyata keçirildiyini və həmin ərazilərin ölkəmizin qaz təchizatı sisteminə inteqrasiya olunmadığını brifinq iştirakçılarının diqqətinə çatdırıb. Bununla yanaşı, hər hansı bir texniki nasazlıq şəraitində də, əvvəllər olduğu kimi problemin aradan qaldırılması istiqamətində Azərbaycan tərəfinin dialoqa hazır olduğunu diqqətə çatdırıb. C.Bayramov ölkəmizin ardıcıl olaraq beynəlxalq ictimaiyyətin diqqətini məhz Üçtərəfli bəyanatın icrasına, o cümlədən Laçın yolundan istifadənin Ermənistan tərəfindən kobud və açıq şəkildə pozulmasına yönəltdiyini bildirib. O, Ermənistanın Üçtərəfli bəyanatı kobudcasına pozaraq Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətlər, minaların ötürülməsi və xarici vətəndaşların qanunsuz səfərləri üçün sui-istifadə edilməsindən, habelə bundan irəli gələn mövcud mina təhlükəsinin ağır nəticələrindən bəhs edib. 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 276 vətəndaşımızın mina partlayışından zərər çəkdiyini, həlak olan 46 nəfərdən 35 nəfərin mülki şəxs olduğunu vurğulayıb. Azərbaycan tərəfindən məsələ ilə əlaqədar detallı informasiyanın verilməsinə baxmayaraq, bəzi ölkələrin XİN-ləri tərəfindən verilən reaksiyaların qərəzli olduğunu vurğulayan nazir bu kimi addımların mövcud problemlərin həllinə istiqamətlənmədiyini, əksinə Azərbaycanın suveren ərazilərində təbii sərvətlərin qanunsuz istismarını davam etdirmək istəyənləri cəsarətləndirdiyini diqqətə çatdırıb. Nazir Azərbaycan ərazisində yerli erməni sakinlərin reinteqrasiyası naminə Azərbaycan tərəfindən təşviq edilən addımların dəstəkləməsinə çağırış edib.
15-12-2022, 16:29
Ukrayna böhranının həllini müzakirə etməyə hazırıq - Zaxarova


Ukrayna böhranının həllini müzakirə etməyə hazırıq - Zaxarova

Moskva Ukrayna böhranının həllini müzakirə etməyə hazırdır. Bunu Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Diplomat vurğulayıb ki, bu, yalnız Rusiyanın qanuni maraqlarını nəzərə alan real təkliflər alınarsa mümkündür. Dekabrın 11-də Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Rusiya və Ukrayna arasında danışıqların perspektivlərinə bədbin yanaşıb. Onun fikrincə, Rusiya prezidenti Vladimir Putin hələ ki xoş niyyətlə danışıqlara hazır deyil. Britaniyalı nazir qeyd edib ki, London Ukraynadakı münaqişənin diplomatiya yolu ilə tezliklə həllinin tərəfdarıdır, lakin danışıqların meyarlarını və onların parametrlərini Moskva deyil, Kiyev müəyyən etməlidir.
15-12-2022, 16:26
Ərdoğandan keçiriləcək seçkiylə bağlı açıqlama


Ərdoğandan keçiriləcək seçkiylə bağlı açıqlama

“Millətimiz dəstək göstərəcəyi təqdirdə, inşallah, prezident olaraq fəaliyyətimizə davam edəcəyik”. Bunu Türkmənistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibə verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Prezidentliyə namizəd olaraq iki dəfə seçkidə iştirak etmək şansı var. Üçüncü dəfə belə şans yoxdur. AKP-nin prezident seçkilərində işin içindən çəkilməsi, Ərdoğanın siyasətdən çəkilməsi mənasına gəlmir. Cümhur ittifaqı olaraq namizədik, hazırda işləyirik. Millətimiz dəstək göstərəcəyi təqdirdə, inşallah, prezident olaraq fəaliyyətimizə davam edəcəyik. Parlamentdə də millətimizdən ciddi dəstək alsaq, bundan sonrakı 5 ili də uğurla davam etdirəcəyik”, - Ərdoğan bildirib. “Mən AKP-liyəm. Mən partiyamdan ayrılaram? Bu partiyanı mən qurmuşam, dostlarımı tək qoymağım mümkündürmü?”, - deyə Türkiyə prezidenti əlavə edib.
15-12-2022, 16:21
Aksiya iştirakçılarından yeni tələb


Aksiya iştirakçılarından yeni tələb

Qarabağda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bir neçə yeni tələb irəli sürüb. Onlar Azərbaycanın suveren torpaqlarında bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin (DİN), Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin (DGK) nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasını tələb edirlər. Aksiya iştirakçıları həmçinin, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəaları tam icra olunmadığını diqqətə çatdırıblar. İştirakçılar bundan başqa, Laçın istiqamətində Ermənitanla sərhəddə DSX-nin və DGK-nin ayrıca postlarının olması tələbini irəli sürüblər. 4 gündür davam edən aksiyada hər hansı insident qeydə alınmayıb. Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
15-12-2022, 16:17
Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası baş tutdu


Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası baş tutdu

Dekabrın 15-də Tbilisidə Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri iştirak ediblər. Baş nazir Ə.Əsədov açılış nitqində qeyd etdi ki, bu il Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur. Vurğulandı ki, bu illər ərzində Azərbaycan ilə Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Siyasi, iqtisadi, investisiya, enerji, nəqliyyat, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyi qeyd edildi. Regionlararası əməkdaşlıqdan danışan Ə.Əsədov dedi: “Son zamanlar ölkələrimizin ayrı-ayrı şəhər və rayonları arasında təmaslar daha da intensivləşmişdir ki, bu da təbii olaraq Azərbaycan-Gürcüstan əlaqələrinin hərtərəfli inkişafına çox müsbət təsir göstərir”. Diqqətə çatdırıldı ki, ötən dövrdə və cari illərdə iki ölkənin bir sıra şəhər və rayonları, o cümlədən Bakı və Tbilisi arasında qardaşlaşma haqqında sazişlər imzalanıb. Bu müsbət tendensiya nəzərə alınaraq Azərbaycan-Gürcüstan regionlararası forumunun keçirilməsi ilə bağlı təşəbbüs irəli sürüldü. Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artdığı qeyd edildi, hər iki ölkənin böyük potensialı nəzərə alınaraq, qarşılıqlı ticarətin daha da genişləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulandı. Tərəflər investisiya əməkdaşlığının artırılmasının vacibliyini vurğuladılar. Enerji sektoru ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biri kimi qiymətləndirildi. Bildirildi ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi layihələri həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi inkişafına böyük töhfə verir. Vurğulandı ki, ənənəvi olaraq yükdaşımaların davamlı şəkildə artdığı nəqliyyat və tranzit sahəsinə böyük diqqət yetirilir. Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti xüsusi qeyd edildi. “Dəmir yolunun tam gücü ilə işə salınması ölkələrimizin daha da çiçəklənməsinə və iqtisadi tərəqqisinə xidmət edəcək”, - deyə Azərbaycanın Baş naziri bildirdi. Həmçinin Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) aktuallığı vurğulandı, bu marşruta əlavə həcmdə yüklərin cəlb edilməsi üçün birgə səylərin artırılmasının vacibliyi diqqətə çatdırıldı. Bu kontekstdə Ə.Əsədov Zəngəzur dəhlizinin Orta Dəhlizin bir hissəsi kimi əhəmiyyətini vurğuladı. "Bu dəhliz regional nəqliyyat kommunikasiyalarının və bağlantılarının şaxələndirilməsini təmin edəcək", - deyə Azərbaycanın Baş naziri əlavə etdi. Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətləri üzrə inkişaf perspektivləri geniş müzakirə olundu. İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolunu imzaladılar. Müvafiq dövlət strukturlarının rəhbərləri kənd təsərrüfatı, ekologiya və kiçik və orta biznes sahələrində əməkdaşlığın inkişafına dair bir sıra sazişlər imzaladılar.

15-12-2022, 16:10
Rusiya XİN-dən Laçın yolundakı vəziyyətlə bağlı açıqlama


Rusiya XİN-dən Laçın yolundakı vəziyyətlə bağlı açıqlama

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Laçın yolundakı vəziyyətlə bağlı açıqlama verib. Zaxarova deyib: “Biz Laçın dəhlizinin bağlanmasından narahatıq, buna tərəflər arasında filiz yataqlarının işlənməsi ilə bağlı fikir ayrılıqları səbəb olub. Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı kontingenti bütün bu günlər ərzində vəziyyətin deeskalasiyası üçün fəal iş aparır”. Zaxarova deyib ki, Rusiya çox yaxın gələcəkdə nəqliyyat əlaqələrinin bərpasına ümid edir.
15-12-2022, 16:07
Əli Əsədov gürcüstanlı həmkarı ilə görüşüb


Əli Əsədov gürcüstanlı həmkarı ilə görüşüb

Dekabrın 15-də Tbilisidə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında təkbətək görüş keçirilib. Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub. Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Tbilisidə keçiriləcək 9-cu iclasının əhəmiyyəti vurğulanıb. Ə.Əsədovun rəsmi səfərinin və Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının Azərbaycan-Gürcüstan əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Görüşdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edilib.
15-12-2022, 16:04
İmtahandan kəsilən müəllim şagirdə dərs deməməlidir - Əmrullayev


İmtahandan kəsilən müəllim şagirdə dərs deməməlidir - Əmrullayev

Beş ilin sonunda bizi nə gözləyir, onun üzərində
işləyirik. Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən sualları cavablandırarkən deyib. “Biz demirik ki, nəticə göstərə bilməyən müəllimləri günahkar hesab edib, kənarlaşdıracağıq. Həmin müəllimlər işləyəcək, amma dərs deməyəcək. Məqsəd budur ki, aşağı nəticə göstərən müəllim uşağa dərs deməsin”, - nazir çıxışında bildirib.
15-12-2022, 15:59
Nazirdən özəl sektorda çalışan müəllimlərlə bağlı açıqlama


Nazirdən özəl sektorda çalışan müəllimlərlə bağlı açıqlama

Özəl sektorda çalışan müəllimlər sertifikasiya imtahanlarına cəlb edilməyəcək və bu məsələ hələ nəzərdə tutulmur. Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən suallara cavabında deyib. Nazir, həmçinin yaşlı müəllimlərin nəticələrinə də toxunub. “Elə müəllimlər var ki, 65 yaşı var, amma sertifikasiya imtahanında yüksək nəticə toplayıb. Təbii ki, həmin şəxslərin sistemdə saxlanmasının tərəfdarıyam”,- o bildirib.
15-12-2022, 15:56
Mina partlamasından xəsarət alanların adları məlum olub


Mina partlamasından xəsarət alanların adları məlum olub

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub. Hadisə zamanı mülki şəxslər - Qusar rayon sakinləri - 1969-cu il təvəllüdlü Pənahov Rodik Şəmsəddin oğlu, 1996-cı il təvəllüdlü Əliyarov Sadir Heydər oğlu, 1970-ci il təvəllüdlü Balakişiyev Tofiq Hacımirzə oğlu və Hacıqabul rayon sakini, 1975-ci il təvəllüdlü Allahverdiyev Siyasət Ziyadxan oğlu yaralanıb. Qəlpə yarası alan həmin şəxslər xəstəxanaya yerləşdirilib, müalicələri davam etdirilir. Həkimlər onların vəziyyətlərini orta-ağır kimi qiymətləndirir. Mina partlayışında xəsarət alan mülki şəxslər ərazidə telekommunikasiya işlərinlə məşğul olurlarmış. Hadisə zamanı Azərbaycan Ordusunun üç hərbçisi yaralanıb. Bunlar Biləsuvar rayon sakini, 2004-cü il təvəllüdlü İbişli Qabil Ədalət oğlu, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Axundov Rıza Yüsif oğlu və Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Şirinov Murad İsa oğludur. Hərbi qulluqçular hospitala yerləşdiriliblər. Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı piyada əleyhinə minaya düşüb. Təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə nəticəsində Azərbaycan Ordusunun giziri, 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!