15-12-2022, 15:46
Sabahın hava proqnozuDekabrın 16-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
15-12-2022, 15:44
İdmançımız Almaniyada qətlə yetirildiAlmaniyada azərbaycanlı idmançı Vüqar Baxşıyev qətlə yetirilib. Bu barədə “MMA Azerbaijan” səhifəsi məlumat yayıb. Bildirilib ki, MMA döyüşçüsü Vüqar Baxşıyev Frankfurtda 40 yaşlı şəxs tərəfindən güllələnərək öldürülüb. Qeyd edək ki, V.Baxşıyev “İnetgra Figtihing Championship” təşkilatının çempionu olub. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
15-12-2022, 15:38
Laçın yolunda baş verən aksiyayla bağlı son durumAzərbaycanın ictimai fəalları və Qeyri-Hökumət Təşkilatları nümayəndələrinin Xankəndi-Laçın yolunda ekoloji terror əleyhinə keçirdikləri etiraz aksiyası davam edir. Bu gün artıq aksiyanın 4-cü günüdür. Aksiya iştirakçılarından olan jurnalist Mürtəza Bünyadlı son durumu paylaşıb. Onun sözlərinə görə, aksiya sivil qaydada davam edir:"Xankəndi-Laçın yolunda ekoloji terror əleyhinə keçirilən davamlı aksiyaya dünəndən qatılmışam. İnsanlar buraya davamlı olaraq gəlirlər. Daha çox gəlmək istəyənlər var. Dünən aksiya ərazisində bir neçə yüz insan olub. Bütün gecə boyu iştirakçılar şüarlar səsləndirib, mahnılar ifa edib. Ötən gün ərzində aksiylarda heç bir insident yaşanmayıb. İştirakçılar öz tələblərini, şüarlarını sivil qaydada irəli sürməklə məşğuldurdular. Burada "Azərbaycan xalqı oyaqdır, sərvətinə dayaqdır!", "Ekoloji terrora yox deyirik!" kimi şüarlar səsləndirilir. Bu gün səhər saat 8-də 4-cü günün aksiyası Azərbaycan Respublikasının Himni səsləndirilməklə başlayıb. Tam sülh şəratində hansısa təxribata yol vermədən, kobud rəftar nümayiş etdirmədən aksiya iştirakçılar öz xidmətlərini göstərməkdədir. İnsanlar bir-birilə mehribandırlar. Respublikanın müxtəlif ərazilərindən könüllülər gəlib aksiya iştirakçılarına xidmət edirlər. Kimi çay paylayır, kimi təmizlik işlərinə baxır. Onu da qeyd edim ki, aksiyada yaşlılar da, cavanlar da, yəni bütün təbəqədən insanlar iştirak edir. Dünəndən qazilərimiz, veteranlarımız aksiya iştirakçılarına qoşulublar. Burada tibb məntəqəsi də quraşdırılıb. Ancaq səhhəti ilə bağlı ciddi problem yaşayanlar yoxdur. Bəzən baş ağrısı, təzyiqlə bağlı şikayətlərlə məntəqəyə müraciət olunur. Onlara da dərhal tibbi müdaxilə edilir. Burada sadə insanlar da bir-birinin qayğısına qalırlar". Ermənilər iddia edirlər ki, Laçın yolunun bağlanması səbəbilə Qarabağdakı mülki şəxslər, xüsusilə də, xəstələr ərazidən çıxa bilmir. Mürtəza Bünyadlı ermənilərin iddiası ilə bağlı belə deyib:"Ermənilərin Laçın yolundakı hərəkətini təmin etmək Rusiya sülhməramlılarının səlahiyyətindədir. Onlar özləri erməniləri buraxmırlar. Məsələn, dünən sülhməramlıların özlərinin humanitar maşınları gəlib. Aksiya iştirakçıları heç bir mane yaratmadılar. Bizim məqsədimiz hər hansı insanın gedişinə, yaxud xəstənin ərazidən çıxarılmasına mane olmaqdan ibarət deyil. Biz ekoloji terrora yox deyirik. Belə olan halda necə humanitar fəlakət yarada bilərik? Humanizmdə həmişə öndə olmuşuq. Bir sözlə, ermənilərin, xüsusilə də xəstələrin ərazidən çıxarılmasına sülhməramlılar nəzarət etməlidir. Burada heç kəs onlara bir söz deyə bilməz. Yəni məsələnin aksiya iştirakçılarına heç bir aidiyyatı yoxdur. Bizim ilk gündən əsas tələblərimiz məlumdur. Biz həm də Rusiya sülhməramlılarının öz üzərinə düşən missiyanı həyata keçirib təhlükəsizliyi təmin etməsini və sülh sazişinin imzalanmasına zəmin yaratmasını istəyirik. Onlar aksiya iştirakçılarının tələblərinə cavab verməməklə süni gərginliyi artırmaqda maraqlı olduqlarını göstərirlər. Məhz bu da onların sülh yaratmaqda yox, vəziyyəti uzatmaqda maraqlı olduqlarını göstərir".
15-12-2022, 15:31
Hərbi kəşfiyyat peyki fəzaya buraxıldıÇin fəzaya növbəti hərbi kəşfiyyat peyki buraxıb.
Bu barədə ölkənin "Xinhua" agentliyi məlumat yayıb. Geniş imkanlara malik "Yaogan-36" peykinin "Long March" raketi vasitəsilə kosmosa buraxıldığı bildirilib. Məlumata görə, peyk Çinin Siçuan əyalətinin Siçang Peyk Mərkəzi ərazisindən fəzaya buraxılıb. Bu, "Long March" raketləri vasitəsilə həyata keçirilən 455-ci buraxılışdır. Qeyd edək ki, Çin bundan əvvəl də eyni markalı peykləri fəzaya buraxmışdı.
15-12-2022, 15:28
Pakistanda terror aktı Pakistanda terror aktı törədilib. Hadisə ölkənin Şimali Vəziristan vilayətinin Miranşah şəhərində baş verib. Kamikadzenin özünü partlatması nəticəsində biri hərbçi, digəri mülki şəxs olmaqla, 2 nəfər həyatını itirib. Hadisə nəticəsində, həmçinin 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb və tibbi müdaxilə olunub. Terror aktını hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Araşdırmaların davam etdirildiyi qeyd edilib.
14-12-2022, 21:07
NATO-nun 2023-cü il üçün hərbi büdcəsi artırıldıNATO-nun 2023-cü il üçün hərbi büdcəsi cari illə müqayisədə 25,8% artırılaraq 1,96 milyard avroya qaldırılıb. Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb. “Müttəfiqlər çərşənbə günü Şimali Atlantika Şurasının iclasında NATO-nun 2023-cü il üçün mülki və hərbi büdcələri barədə razılığa gəliblər. Mülki büdcə 370,8 milyon avro, hərbi büdcə isə 1,96 milyard avro səviyyəsində müəyyən edilib ki, bu da 2022-ci illə müqayisədə 27,8% və 25,8% çoxdur”, - mətbuat xidmətinin bəyanatında deyilir .
14-12-2022, 21:03
8 nəfər minaya düşdü, biri dünyasını dəyişdiDekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə məlumatında qeyd olunub. Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb. Hazırda faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.
14-12-2022, 20:59
“Kəzılelma” pilotsuz təyyarəsi ilk uçuşunu həyata keçirdiTürkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Kəzılelma" pilotsuz döyüş təyyarəsi ilk uçuşunu həyata keçirib. Bu barədə "Baykar" şirkətinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, sınaq Çorlu bölgəsində keçirilib və uğurla başa çatıb. Qeyd edək ki, pilotsuz təyyarə 1,5 tona yaxın faydalı yük qaldıra bilir, hava-hava, hava-yer tipli və digər raketlər daşımaq qabiliyyətinə malikdir.
14-12-2022, 20:56
İmamoğlu həbsə məhkum edildiTürkiyə məhkəməsi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində 2 il 7 ay 15 gün həbs qərarı çıxarıb. Qərarda İstanbul merinə siyasi qadağanın qoyulması da nəzərdə tutulub. İmamoğlu Ali Seçki Komissiyasının üzvlərini təhqir etməkə ittiham olunur. Qərar yuxarı instansiya məhkəmələrinin təsdiqindən sonra qüvvəyə minəcək.
14-12-2022, 20:52
İlham Əliyevlə Ərdoğan Türkmənbaşıda görüşdüDekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərimizin bu il də bütün sahələrdə daha da genişləndiyi vurğulanıb. Birgə keçirilmiş hərbi təlimlərin müvəffəqiyyətlə başa çatdırıldığı qeyd olunub. Siyasi, hərbi, iqtisadi, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığımızın bu il də uğurla davam etdirildiyi bildirilib. Görüşdə əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparılıb.