Bu gündən yaxın qohumlar evlənə bilməyəcək .....                        Macarıstan Ermənistana yardım ayrılmasını bloklayır .....                        “Paşinyandan xahiş etdik ki, müharibəni dayandırsın” .....                        Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılıb .....                        Azərbaycanda sammit keçiriləcək - Liderlər ölkəmizə gəlir .....                        Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi .....                        Qukasyandan yeni etiraflar .....                        Paşinyan Kallasla görüşdü .....                        Səfərov qardaşlarının nəşi Bakıya gətirildi - FOTO .....                       
12-12-2022, 22:24
Ceyhun Bayramov erməni təxribatından danışdı


Ceyhun Bayramov erməni təxribatından danışdı

“Ermənistan minalanmış ərazilər haqqında tam və dəqiq məlumat paylaşmaqdan imtina edir. Habelə, Ermənistan Azərbaycan ərazilərində kütləvi şəkildə yeni minalar yerləşdirir". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə deyib. O bildirib ki, bu ilin avqust ayından etibarən Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2728 piyada əleyhinə mina aşkar edilib. Bu yaxınlarda yerləşdirilmiş Ermənistan istehsalı olan minalar yerləşdirilmiş sahə artıq Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş səfirliklərin hərbi attaşeləri tərəfindən yoxlanılıb: "Sülh quruculuğuna hədə törədən və müharibə cinayəti hesab olunan minaların davamlı şəkildə yerləşdirilməsi 30 illik münaqişədən sonra barışıq istiqamətində aparılan səylərə xələl gətirir”. C.Bayramov qeyd edib ki, minaların Azərbaycan ərazisinə gətirilməsi yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın dəhlizindən sui-istifadə edilməsidir.
12-12-2022, 18:49
Erməni jurnalistlər geri qayıtmağa məcbur oldu


Erməni jurnalistlər geri qayıtmağa məcbur oldu

Gorus-Xankəndi yolunda aksiya keçirilən əraziyə Ermənistan dövlət nömrə nişanlı avtomobil yaxınlaşıb. Rusiya sülhməramlıları erməni jurnalist olduqları ehtimal edilən şəxslərin əraziyə yaxınlaşmasına icazə verməyiblər. Həmin şəxslər geri qayıtmaq tələbinə məcburən riayət ediblər. Qeyd edək ki, bu gün Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəal bu gün Şuşa şəhərinin girişində - Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb ediblər.
12-12-2022, 18:36
Türkiyə Şuşada keçirilən aksiyaya münasibət bildirdi


Türkiyə Şuşada keçirilən aksiyaya münasibət bildirdi

Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəal bu gün Şuşa şəhərinin girişində - Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb ediblər. Bu gün səhər saatlarında Laçın-Şuşa yolunda təşkil olunan aksiyaya qardaş Türkiyədən reaksiya gecikməyib. Aksiya barədə danışan Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı bildirib ki, Rusiyanın sülhməramlı adı altında Qarabağa yerləşdirdiyi hərbi qüvvələr tezliklə Azərbaycan ərazilərindən çıxarılmalıdır: “Azərbaycan iki il bundan əvvəl parlaq qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edib. Amma Rusiya sülhməramlı adı ilə Qarabağa ordusunu yerləşdirməklə özünün bölgədə olduğunu göstərməyə çalışdı. Bu gün rusların iki il ərzində sülhməramlı missiyasını düzgün yerinə yetirə bilmədiklərini görürük. Hətta xəbərlər var ki, ruslar Qarabağda yaşayan emənilərə Rusiya pasportu verirlər. Bununla da belə təəssürat yaratmaq istəyirlər ki, Qarabağda etnik ruslar çoxdur. Məncə, Rusiya Ukraynada olduğu kimi, burada da referendum keçirib Qarabağı rus torpağı elan edə bilər". Cihad Yaycı hesab edir ki, Rusiyanın bölgəyə yerləşməsi əslində Azərbaycanı dayandırmaq, Ermənistanı isə müdafiə etmək məqsədi daşıyır: "Ona görə də tezliklə rusların ərazidən çıxarılmasını tələb etmək lazımdır. Qarabağın Azərbaycan torpağı olduğunu hər kəs bilir, ruslara burada ehtiyac yoxdur. Sülhməramlıların düzgün fəaliyyət göstərməməsi isə hegomon dövlət üçün utancverici haldır. Ruslar iki il bundan əvvəl razılaşdırılan ictimai asayişin təmin olunmasını Türkiyə həvala etməyib. Türklər sadəcə burada müşahidə etmək hüququna malikdir. Amma artıq buna göz yummaq olmaz. Ruslar orada istədikləri hərəkəti etdiyi halda türklər sakit durub baxmayacaq. Mütləq şəkildə tez bir zamanda Türkiyə hərbi qüvvələri də Qarabağa yerləşdirilməlidir. Eyni zamanda Rusiya ilə birlikdə Türkiyənin bərabər hüquqda fəaliyyət göstərməsi təmin olunmalıdır”.

12-12-2022, 18:31
İran XİN-dən Ukrayna münaqişəsi ilə bağlı açıqlama


İran XİN-dən Ukrayna münaqişəsi ilə bağlı açıqlama

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kanani deyib ki, Moskva və Tehran arasında müdafiə sahəsində əməkdaşlıq heç bir üçüncü dövlətə, xüsusən də Kiyevə qarşı yönəlməyib. O, bunu bazar ertəsi mətbuat konfransında bildirib. Kananinin sözlərinə görə, Tehran Ukrayna münaqişəsinin tərəfi deyil və hərbi əməliyyatlarda iştirak etmir: “İran və Rusiya arasındakı əməkdaşlıq müxtəlif sahələrdə ortaq maraqlara əsaslanır və iki ölkənin müdafiə sahəsində əməkdaşlığı hər hansı üçüncü ölkə əleyhinə deyil". "Bu böhranın həlli siyasi dialoqdur, sülhü bərqərar etmək və müharibəni dayandırmaq lazımdır. Biz dəfələrlə demişik ki, bu münaqişə tərəflərinin heç birinə nə silah, nə də hərbi yardım göstərmirik", - iranlı diplomat əlavə edib. Kanani deyib ki, İrana qarşı iddialar siyasi motivlidir və müharibənin bir tərəfinə silah göndərən ölkələr tərəfindən irəli sürülür. Qərb ölkələri isə bildirir ki, İran hazırda Ukraynadakı hərbi əməliyyatlar üçün Rusiyaya pilotsuz təyyarələr verir. Moskva və Tehran bu cür ittihamları dəfələrlə rədd edib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian bildirib ki, Tehran Rusiya Federasiyasını pilotsuz təyyarələrlə təmin edib, lakin bnu, Ukraynada xüsusi əməliyyatın başlamasına bir neçə ay qalmış baş verib. İranın xarici işlər naziri Rusiyaya raketlərin tədarükü ilə bağlı məlumatı “tamamilə yalan” adlandırıb. Avropa İttifaqı Tehrana qarşı sanksiyalar tətbiq edib. İran da cavab olaraq Avropa Birliyinə qarşı sanksiyalarını genişləndirib.
12-12-2022, 18:25
Ərdoğan Türkiyənin iqtisadi inkişafından danışdı


Ərdoğan Türkiyənin iqtisadi inkişafından danışdı

“Qara dənizdə kəşf etdiyimiz 540 milyard kubmetr qazla yeni dövrü başlatdıq”. Ərdoğan bu barədə Haliç Konqres Mərkəzində keçirilən tədbirdə çıxış edib. “Daxildəki neft istehsalımızı gələn il 100 min barelə çatdırmağı hədəfləyirik. Qara dənizdə kəşf etdiyimiz 540 milyard kubmetr qazla yeni dövrü başlatdıq. Heç kimin köməyinə ehtiyac duymadan kəşfiyyat-axtarış işlərini özümüz gördük”, - Ərdoğan deyib. O, bundan sonra da ölkənin iqtisadi inkişafı üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
12-12-2022, 18:23
Enerji infrastrukturunun 50 faizi məhv edilib - Zelenski


Enerji infrastrukturunun 50 faizi məhv edilib - Zelenski

Rusiyanın raket zərbələri nəticəsində ölkənin enerji infrastrukturunun 50 faizi məhv edilib. Bu barədə Prezident Vladimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə telefon söhbətində deyib. Ukraynanın dövlət başçısı, həmçinin ölkənin enerji sisteminin bərpası istiqamətində ABŞ-ın yardımını xüsusilə vurğulayaraq bu sahədə əməkdaşlığın dərinləşəcəyinə ümidini ifadə edib. O, eyni zamanda Cozef Baydeni Ukraynanın hava hücumundan müdafiə sisteminin formalaşmasına yardım göstərməyə çağırıb. Qeyd edək ki, Cozef Bayden bir müddət öncə Ukrayna prezidenti ilə telefon danışığında ABŞ-ın Kiyevə iqtisadi və humanitar yardım göstərmək, həmçinin ona təhlükəsizlik sahəsində kömək etmək öhdəliyini bir daha təsdiqləyib.
12-12-2022, 18:19
Paşinyan bu ölkələrin bir-birinə ehtiyacını vurğuladı


Paşinyan bu ölkələrin bir-birinə ehtiyacını vurğuladı

Bütün region dövlətləri, o cümlədən Türkiyə, Ermənistan və Azərbaycan təhlükəsizlik, suverenlik və müstəqilliyin təmini baxımından bir-birinə lazımdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 12-də İrəvandakı çıxışı zamanı deyib. O, Cənubi Qafqazda Ermənistan-Gürcüstan-Azərbaycan formatında müzakirələrə başlamaq ideyasını xatırladıb. "Mən həmişə bu ideyanı dəstəkləmişəm. Lakin platformadan ilk növbədə regionda nifrət sözünün kökünü kəsmək üçün istifadə etməliyik. Ölkələrin liderləri nifrətin qızışdırılmasının qarşısını almaq üçün əməkdaşlığa razı olduqlarını rəsmən bəyan etməlidirlər”, - Baş nazir deyib. Paşinyan sonda Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərini çox vacib adlandırıb.
12-12-2022, 17:56
Ərdoğan müdafiə sənayesi uğurlarından danışdı


Ərdoğan müdafiə sənayesi uğurlarından danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin müdafiə sənayesi sahəsində uğurlarından danışıb. Ərdoğan bu barədə Haliç Konqres Mərkəzində keçirilən tədbirdə çıxış edib. O bildirib ki, Türkiyə müdafiə sənayesində çempionlar liqasına yüksəlib: "Bu sahədə 20 il kimi qısa bir müddətə böyük uğur hekayəsi yazdıq. Müdafiə proyektlərimizin büdcəsini 5.5 milyard dollardan tenderləri davam edən layihələrlə birlikdə 75 milyard ABŞ dollarına çatdırmışıq", - Türkiyə prezidenti deyib. “Türkiyənin yerli və milli elektrikli avtomobili olan “TOGG” ilə millətimizin 60 illik arzusunu gerçəkləşdiririk. Cümhuriyyətimizin 99-cu ildönümü münasibətilə bu avtomobilin istehsalına başladıq”, - deyə Ərdoğan əlavə edib.
12-12-2022, 17:47
50 yaşlı kişinin 17 yaşlı qızla evlənməsi faktı araşdırıldı


50 yaşlı kişinin 17 yaşlı qızla evlənməsi faktı araşdırıldı

Gədəbəy rayonunda 17 yaşlı qızın 50 yaşlı kişiyə ərə verildiyi iddia edilib. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Lakin qızın 17 yox, 23 yaşında olduğu məlum olub. Gənc qız 50 yaşlı Elfaq Şəkərbəyli ilə ailə həyatı qurub. E.Şəkərbəyli dörd dəfə evlənib-boşanıb. Bu, onun beşinci evliliyidir. Hazırda nişanlandığı 23 yaşlı qızla oğlunun nişanında tanış olub. Belə ki, kişi oğlunun nişanında gəlinin bacısını görüb, bəyənib. Daha sonra oğlu ilə nişanlısı ayrılsa da, kişi ilə 23 yaşlı qızla evlənməyə qərar verib. E.Şəkərbəyli iş adamıdır. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, yeniyetmənin nikaha daxil olması barədə Gədəbəy Polis Şöbəsinə hər hansı bir müraciət daxil olmayıb: “Yayılan görüntülərdə qızın 17 yaşı olduğu qeyd edilib. Bütün bunlara baxmayaraq, araşdırma aparılır”. Qeyd edək ki, gənc qızla ailə quran 50 yaşlı şəxs Gədəbəyin Əmiraslanlı (keçmiş Şəkərbəyli) kəndinin sakinidir.
12-12-2022, 17:29
Paşinyanın regionda sülhün bərqərar olmasıyla bağlı təklifi


Paşinyanın regionda sülhün bərqərar olmasıyla bağlı təklifi

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, sülhün bərqərar olması üçün regional münasibətlərin məzmununu və keyfiyyətini dəyişmək lazımdır. Paşinyanın sözlərinə görə, regionda sülhün bərqərar olması üçün sadə, lakin vacib şeylərdən başlamaq lazımdır. Baş nazir həm rəsmi, həm də gündəlik səviyyədə söylənilən yumşaq nitqi tərəflər arasında atmosferin yaxşılaşdırılması üçün mühüm element hesab edir. Paşinyan Ermənistanda və ya Azərbaycanda siyasi opponentləri incitmək üçün müvafiq olaraq kimlərinsə “türk”, “erməni” adlandırılması praktikasına son qoyulmasının vacibliyini bəyan edib. Baş nazir qeyd edib ki, Ermənistanda onun özünü də çox vaxt “türk” adlandırırlar. Ancaq o, bunu özünə təhqir kimi qəbul etmir, buna baxmayaraq, sülhə nail olmaq istəyi varsa, bu çirkin əmələ son qoyulmalı olduğunu nəzərə alır. Paşinyan əmindir ki, etnik qrupların adları heç vaxt təhqir olmamalıdır. Paşinyan bu kontekstdə Ermənistan, Gürcüstan və Azərbaycanın iştirakı ilə regional dialoq formatı təklif edib və bunun regional əməkdaşlığa töhfə verə biləcəyini qeyd edib. "İdeya yeni deyil və mən həmişə onu dəstəkləmişəm. Amma mən mühüm, fundamental düstur təklif etmişəm - Ermənistan-Gürcüstan-Azərbaycan platformasından yalnız və yalnız bizim regionda "nifrət nitqi"ni istisna etmək üçün istifadə edilməlidir", - o deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!