Şuşa aşkarlanan insan skeletlərinin kimə aid olmasıyla bağlı açıqlama .....                        Şuşa şəhərində kütləvi məzarlıq aşkar edildi .....                        Ukraynada PUA istehsalı genişləndirilir .....                        İlham Əliyev İndoneziyayla bağlı Anlaşma Memorandumunu təsdiqlədi .....                        Prezident İsraillə əməkdaşlığa dair sazişi təsdiqlədi .....                        Əli Əsədov ipoteka kreditiylə bağlı qərarın ləğvini təsdiq etdi .....                        İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Prezidentini qəbul etdi .....                        Sabahın hava proqnozu .....                        XİN İrana getmək istəyənlərə səsləndi .....                       
Tarix : 12-12-2022, 18:36
Türkiyə Şuşada keçirilən aksiyaya münasibət bildirdi


Türkiyə Şuşada keçirilən aksiyaya münasibət bildirdi

Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəal bu gün Şuşa şəhərinin girişində - Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb ediblər. Bu gün səhər saatlarında Laçın-Şuşa yolunda təşkil olunan aksiyaya qardaş Türkiyədən reaksiya gecikməyib. Aksiya barədə danışan Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı bildirib ki, Rusiyanın sülhməramlı adı altında Qarabağa yerləşdirdiyi hərbi qüvvələr tezliklə Azərbaycan ərazilərindən çıxarılmalıdır: “Azərbaycan iki il bundan əvvəl parlaq qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edib. Amma Rusiya sülhməramlı adı ilə Qarabağa ordusunu yerləşdirməklə özünün bölgədə olduğunu göstərməyə çalışdı. Bu gün rusların iki il ərzində sülhməramlı missiyasını düzgün yerinə yetirə bilmədiklərini görürük. Hətta xəbərlər var ki, ruslar Qarabağda yaşayan emənilərə Rusiya pasportu verirlər. Bununla da belə təəssürat yaratmaq istəyirlər ki, Qarabağda etnik ruslar çoxdur. Məncə, Rusiya Ukraynada olduğu kimi, burada da referendum keçirib Qarabağı rus torpağı elan edə bilər". Cihad Yaycı hesab edir ki, Rusiyanın bölgəyə yerləşməsi əslində Azərbaycanı dayandırmaq, Ermənistanı isə müdafiə etmək məqsədi daşıyır: "Ona görə də tezliklə rusların ərazidən çıxarılmasını tələb etmək lazımdır. Qarabağın Azərbaycan torpağı olduğunu hər kəs bilir, ruslara burada ehtiyac yoxdur. Sülhməramlıların düzgün fəaliyyət göstərməməsi isə hegomon dövlət üçün utancverici haldır. Ruslar iki il bundan əvvəl razılaşdırılan ictimai asayişin təmin olunmasını Türkiyə həvala etməyib. Türklər sadəcə burada müşahidə etmək hüququna malikdir. Amma artıq buna göz yummaq olmaz. Ruslar orada istədikləri hərəkəti etdiyi halda türklər sakit durub baxmayacaq. Mütləq şəkildə tez bir zamanda Türkiyə hərbi qüvvələri də Qarabağa yerləşdirilməlidir. Eyni zamanda Rusiya ilə birlikdə Türkiyənin bərabər hüquqda fəaliyyət göstərməsi təmin olunmalıdır”.



Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!