Bu gündən yaxın qohumlar evlənə bilməyəcək .....                        Macarıstan Ermənistana yardım ayrılmasını bloklayır .....                        “Paşinyandan xahiş etdik ki, müharibəni dayandırsın” .....                        Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılıb .....                        Azərbaycanda sammit keçiriləcək - Liderlər ölkəmizə gəlir .....                        Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi .....                        Qukasyandan yeni etiraflar .....                        Paşinyan Kallasla görüşdü .....                        Səfərov qardaşlarının nəşi Bakıya gətirildi - FOTO .....                       
11-11-2022, 18:16
Türkiyə ordusu şəhid verdi


Türkiyə ordusu şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi "Pəncə Kilid" antiterror əməliyyatı zamanı bir hərbçi həlak olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, noyabrın 11-də PKK terror təşkilatının silahlıları tərəfindən Türkiyə ordusunun mövqeyinə atəş açılıb. Hadisə nəticəsində bir hərbçi yaralanıb. Yaralanan hərbçinin həyatını xilas etmək mümkün olmayıb. Türkiyə ordusu bölgədə antiterror əməliyyatını davam etdirir.
11-11-2022, 18:14
Goranboyda hərbi maşın qəzaya düşdü


Goranboyda hərbi maşın qəzaya düşdü

Goranboyda hərbi maşın qəzaya uğrayıb. Hadisə bu gün günorta saatlarında Xan Qərvənd kəndində baş verib. Hadisə zamanı bir neçə hərbçinin yaralandığı bildirilir. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov faktı saytımıza təsdiq edib: “Bu gün saat 16:00 radələrində N saylı hərbi hissəyə məxsus “QAZ 52” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı sərnişin dayanacağına çırpılıb. Daha sonra Xan Qərvənd kənd sakini Raqif Hüseynova məxsus “VAZ 21099” markalı avtomobillə toqquşub. Hadisə zamanı mülki avtomobilin sürücüsü xəsarət almayıb. Hərbi avtomobildə olan 7 nəfər hərbçi müxtəlif dərəcəli xəsarətlər alaraq hospitala yerləşdirilib”. Faktla bağlı araşdırma aparılır.
11-11-2022, 18:12
Mağazadan 31 min manatlıq “İphone” oğurlandı


Mağazadan 31 min manatlıq “İphone” oğurlandı

Nizami rayonunda Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən qorunan mobil telefon və məişət əşyalarının satıldığı mağazadan oğurluq edilib. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, xüsusi texniki mühafizə vasitələri ilə qorunan həmin mağazadan ötən gecə Baş İdarənin Mərkəzləşdirilmiş Mühafizə Mərkəzinə həyəcan siqnalı daxil olub. Dərhal ərazi üzrə Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıblar. Obyektin giriş qapısının qırıldığını müəyyən edən mühafizə polisləri “isti” izlərlə oğurluqda şübhəli bilinən şəxsi hadisə yerinin yaxınlığında saxlamağa nail olublar. Həmin şəxsin üzərinə baxış zamanı 13 ədəd ümumi dəyəri 31 min manat olan “iphone” markalı mobil telefon aşkar edilib. Mühafizə Polisləri tərəfindən həmin şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə təhvil verilib. Şöbədə araşdırma aparılan zaman onun Abşeron rayonunda yaşayan Zakir Fərəcov olduğu məlum olub. Bu şəxsin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

11-11-2022, 18:09
“Azərişıq” Kəlbəcərin kəndinə elektrik xətti çəkir


“Azərişıq” Kəlbəcərin kəndinə elektrik xətti çəkir

"Azərişıq” ASC Kəlbəcər rayonunun Alagöllər kəndi ərazisinə 35KV-luq elektrik enerjisi xətti çəkir. Butov.az xəbər verir ki, 22 km məsafədə çəkilən xətt kəndin işıqlandırılması üçün istismar ediləcək. Kəndi işıqlanadırmaq məqsədi ilə ÖİN kabel xəttində istifadə edilib və 2 ədəd 250 kVA gücündə transformator quraşdırılıb.

11-11-2022, 18:07
Regionlarda şəhid ailələrinə ev verilmir? – Nazirdən açıqlama


Regionlarda şəhid ailələrinə ev verilmir? – Nazirdən açıqlama

“Regionlarda şəhid ailələrinə ev verilməməsi fikri doğru deyil. İndiyədək 4000 evin 1000-i regionlarda verilib”. Bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, növbəti ay regionlarda şəhid ailələrinə 170 mənzil təqdim olunacaq. Onun sözlərinə görə, Bakı və Sumqayıtda şəhid ailələrinə verilən evlərin sayı daha çoxdur: “Burada yaşayan şəhid ailələrinin sayı da çoxdur. Ona görə rəqəmlərdə fərq ortaya çıxır”. Qeyd edək ki, komitələrin birgə iclasında deputatlar regionlarda şəhid ailələrinə ev verilməməsindən şikayətləniblər.
11-11-2022, 18:05
Dünya əhalisinin sayı 8 milyarda çatır - BMT


Dünya əhalisinin sayı 8 milyarda çatır - BMT

Noyabrın ortalarında dünya əhalisinin sayı 8 milyarda çatacaq - bu, qidalanma, ictimai sağlamlıq və sanitariya sahəsində elmi nailiyyətlər və təkmilləşdirmələrin sübutudur. Ancaq bəşəri ailəmiz böyüdükcə onun bölünməsi də güclənir. Bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib. Antonio Quterreş qeyd edib ki, milyardlarla insan çətinliklər içində yaşayır, yüz milyonlarla insan aclıq və hətta yalavacla üzləşir. Rekord sayda insan borc və çətinliklər, müharibələr və iqlim fəlakətindən xilas olmağa çalışır. "Qlobal miqyasda varlılar və yoxsullar arasındakı əsnəyən uçurumu aradan qaldırmasaq, özümüzü gərginlik və inamsızlıq, böhran və münaqişə ilə dolu 8 milyardlıq bir dünya ilə üzləşdirəcəyik. Faktlar göz qarşısındadır. Bir ovuc milyarder dünya əhalisinin yarısını təşkil edən yoxsul insanların malik olduğu sərvətə nəzarət edir. Qlobal miqyasda əhalinin 1 faizi dünya gəlirinin beşdə birini əldə edir, ən varlı ölkələrin əhalisi ən yoxsul ölkələrin sakinlərindən 30 ilə qədər daha çox yaşaya bilir. Son onilliklərdə dünya zənginləşdikcə və sağlamlaşdıqca, bu bərabərsizliklər daha da artıb. Bu uzunmüddətli tendensiyalarla yanaşı, sürətlənən iqlim böhranı və COVID-19 pandemiyasından qeyri-bərabər bərpa bərabərsizlikləri gücləndirir. Emissiya və temperaturun artması davam etdiyi bir vaxta biz birbaşa iqlim fəlakətinə doğru gedirik. Daşqınlar, tufanlar və quraqlıqlar qlobal istiləşməyə demək olar ki, heç bir töhfə verməyən ölkələri dağıdır". BMT rəsmisi deyib ki, Ukraynadakı müharibə mövcud ərzaq, enerji və maliyyə böhranlarının sırasına qoşularaq daha çox inkişaf etməkdə olan iqtisadiyyatlara zərbə vurur: "Bu bərabərsizliklər ən çox qadın və qızlara və onsuz da ayrı-seçkiliyə məruz qalan marjinal qruplara mənfi təsir edir. Qlobal Cənubdakı bir çox ölkələr böyük borclar, artan yoxsulluq, aclıq və iqlim böhranının artan təsirləri ilə üzləşirlər. Onların pandemiyadan dayanıqlı bərpaya, bərpa olunan enerjiyə keçidə və ya rəqəmsal dövr üçün təhsil və təlimə sərmayə qoymaq imkanları azdır. İnkişaf etmiş ölkələrə qarşı qəzəb və nifrət qırılma nöqtəsinə çatır. Zərərli bölünmələr və inamsızlıq nüvə tərksilahından terrorizmə və qlobal sağlamlığa qədər bir sıra məsələlərdə gecikmələrə və çıxılmaz vəziyyətə səbəb olur. Biz bu zərərli tendensiyaların qarşısını almalıyıq, əlaqələri bərpa etməliyik və ümumi problemlərimiz üçün birgə həll yolları tapmalıyıq. İlk növbədə bu sürətlə artan bərabərsizliyin şüurlu fəaliyyət nəticəsində baş verdiyini və inkişaf etmiş ölkələrin Misirdəki BMT-nin iqlim konfransında və Balidəki G20 sammitində bu vəziyyətin dəyişməsi üçün məsuliyyət daşıdığını etiraf etmək lazımdır. Ümid edirəm ki, COP27-də tarixi İqlim Həmrəyliyi Paktı imzalanacaq və pakt çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlar ümumi strategiya ətrafında birləşərək öz imkanlarını və resurslarını bəşəriyyətin rifahı üçün birləşdirəcəklər. Zəngin ölkələr inkişaf etməkdə olan əsas iqtisadiyyatlara qalıq yanacaqlardan uzaqlaşmaq üçün maliyyə və texniki dəstək verməlidir. Bu, iqlimlə bağlı hədəflərimizə çatmaq üçün yeganə ümidimizdir. Mən həmçinin COP27-də iştirak edən ölkə başçılarını iqlimlə bağlı Qlobal Cənub ölkələrinin üzləşdiyi itkiyə və artıq böyük fəsadlara səbəb olan zərərə görə kompensasiyanın ayrılması üçün yol xəritəsi və institusional çərçivəni razılaşdırmağa çağırıram. Balidə keçiriləcək G20 sammiti inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemləri həll etmək üçün bir fürsət olacaq. Mən, borcların azaldılması və restrukturizasiyanı həyata keçirmək üçün G20 iqtisadiyyatlarını Qlobal Cənub hökumətlərinə investisiyalar və likvidliyi təmin edən stimullaşdırıcı paketi razılaşdırmağa çağırmışam. Biz bu orta müddətli tədbirlərlə bağlı addımlar atmaqla yanaşı qlobal ərzaq böhranını yüngülləşdirmək üçün bütün maraqlı tərəflərlə fasiləsiz işləyirik. Qara Dəniz Taxıl Təşəbbüsü bu səylərin mühüm hissəsidir. Bu, bazarları sabitləşdirməyə və ərzaq məhsullarının qiymətlərini aşağı salmağa kömək edib. Qiymətin azacıq azalması belə aclığı azalda və həyatları xilas edə bilər. Biz həmçinin Rusiya istehsalı olan gübrələrin qlobal bazarlara çıxışını təmin etməyə çalışırıq. Gübrə qiymətləri pandemiyadan əvvəlki dövrlə müqayisədə üç dəfəyə qədər artıb. Buna görə dünyada ən çox istehlak edilən düyü ən çox zərər görəcək məhsuldur. Rusiya gübrələrinin ixracı ilə bağlı maneələrin aradan qaldırılması qlobal ərzaq təhlükəsizliyini təmin etmək istiqamətində mühüm addımdır. Lakin bütün bu ciddi problemlər arasında yaxşı xəbərlər də var. Səkkiz milyardlıq dünyamız əhalinin ən yüksək artımına malik olan bəzi yoxsul ölkələr üçün böyük imkanlar verə bilər. Səhiyyə, təhsil, gender bərabərliyi və dayanıqlı iqtisadi inkişafa nisbətən kiçik sərmayələrin ayrılması iqtisadiyyatları və həyatları dəyişdirəcək müsbət inkişaf və artım dairəsini yarada bilər. Bir neçə onillik ərzində bugünkü ən yoxsul ölkələr dayanıqlı, yaşıl inkişaf və rifahın ocaqlarına çevrilə bilər. Mən heç vaxt insan yaradıcılığına şübhə etməmişəm və insan həmrəyliyinə çox böyük inamım var. Bu çətin anlarda bəşəriyyətin ən müdrik müşahidəçilərindən biri olan Mahatma Qandinin sözlərini xatırlamaq yerinə düşərdi: “Dünya hər kəsin ehtiyacını təmin edə bilər, amma acgözlüyünü yox”. Bu ay baş tutacaq böyük qlobal görüşlər bəşəriyyətin səkkiz milyardlıq ailəsinin hər bir üzvünün bərabər hüquq və azadlıqlarına əsaslanaraq, fikir ayrılıqlarını aradan qaldırmağa və etimadı bərpa etməyə başlamaq üçün bir fürsət olmalıdır".
11-11-2022, 17:58
45 ukraynalı hərbçi əsirlikdən azad edildi


45 ukraynalı hərbçi əsirlikdən azad edildi

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Ukrayna Silahlı Qüvvələrinin 45 əsgərinin azad edildiyi növbəti əsir mübadiləsi barədə məlumat verib. Bu barədə Yermak "Telegram"da məlumat verib.
11-11-2022, 17:53
McDonald’s Belarusu tərk edir


McDonald’s Belarusu tərk edir

McDonald's fast food restoranları Belarusu tərk edir. Butov.az xəbər verir ki, restoranlar bundan sonra "Vkusno" adı altında fəaliyyət göstərəcək. Rəsmi açıqlamada bildirilir ki, şirkət bir neçə həftə ərzində yeni brend altında fəaliyyətə başlayacaq.“Biz bütün iş yerlərini qoruyub saxlayacağıq, qonaqpərvər xidmət, müxtəlif menyu, sevimli yemək dadları və qonaqlarımızın vərdiş etdiyi münasib qiymətə yüksək keyfiyyətli məhsullar təklif etməyə davam edəcəyik”.
11-11-2022, 17:51
İskəndər Rəşad Dağlını şantaj edirmiş - Qətlin əsl səbəbləri


İskəndər Rəşad Dağlını şantaj edirmiş - Qətlin əsl səbəbləri

Meyxanaçı Rəşad Dağlının (Əmirov) tanışı İskəndər Mehdiyevi qətlə yetirməsinin səbəbi məlum olub. Qaradağ Rayon Məhkəməsinə təqdim etdiyi təqdimatda qeyd olunub ki, əvvəllər dəfələrlə məhkum olunmuş İ.Mehdiyev müxtəlif vaxtlarda telefon vasitəsilə Rəşad Dağlıya zəng vuraraq, guya onun cinsi azlıq nümayəndəsi olması barədə söz-söhbət yayıldığını və bununla bağlı sübutların olduğunu iddia edib. Bundan başqa, İ.Mehdiyev həmin məsələyə birdəfəlik son qoyulması üçün meyxanaçıdan müəyyən miqdarda pul tələb edib, əks halda barəsində rüsvayedici məlumatları yaymaqla hədələyib. Yəni şantaj edib. Rəşad Dağlı həmin “məsələni aydınlaşdırmaq” üçün onunla görüşmək qərarına gəlib. Noyabrın 9-u səhər saat 05 radələrində meyxanaçı idarə etdiyi “Niva” markalı avtomobillə İ.Mehdiyevin yaşadığı ünvana gəlib və onu küçəyə çağırıb. O, İskəndəri avtomobilin qabaq oturacağında əyləşdirib, Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsi istiqamətinə aparıb. Söhbət zamanı İ.Mehdiyev meyxanaçının ünvanına nalayiq ifadələr işlədib. Bu zaman Rəşad Dağlı bıçaqla onun döş qəfəsinə ardıcıl zərbələr endirib. İstintaq orqanının təqdimatında göstərilib ki, meyxanaçı İ.Mehdiyevə ümumilikdə 14 bıçaq zərbəsi endirərək qətlə yetirib. Rəşad Dağlı tanışının öldüyünü gördükdən sonra İ.Mehdiyevin meyitini avtomobildən ataraq hadisə yerindən uzaqlaşıb. O, saat 05:30 radələrində Yasamal Rayon Polis İdarəsinin növbətçi hissəsinə gedərək qətl hadisəsini törətdiyini və könüllü təslim olmaq istədiyini söyləyib. Qaradağ Rayon Məhkəməsində Rəşad Dağlı törətdiyi cinayəti etiraf edib. Meyxanaçı hadisə zamanı üzərində heç bir kəsici alət olmadığını, şərəf və ləyaqətini təhqir etdikdən sonra aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin əlindəki bıçağı onun əlindən alaraq İ.Mehdiyevin ürəyinə vurduğunu, digər zərbələri isə hansı istiqamətə endirdiyini xatırlamadığını bildirib. Qeyd edək ki, faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
11-11-2022, 17:47
Rusiya Ukrayna ilə dialoqa hazır olduğunu bəyan etdi


Rusiya Ukrayna ilə dialoqa hazır olduğunu bəyan etdi

Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Ukrayna ilə ilkin şərt olmadan dialoqa hazır olduğunu bildirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov danışıb. O bildirib ki, Rusiya Ukrayna ilə ilkin şərt olmadan dialoqa hazırdır: “Ukrayna Rusiyaya qarşı hansısa şərt irəli sürməməlidir”. “Biz əvvəllər buna hazır idik, Kiyev Qərb kuratorlarının əmri ilə, ümumiyyətlə, irəliyə doğru gedən, müəyyən bir sənəd işlənən dialoqu kəsdi, indi hər şey keçmişdə qalıb. Bundan sonra nə olacağı bizdən asılı deyil”, - Ryabkov bildirib. Xarici işlər nazirinin müavini əmindir ki, “Əgər Kiyevə müvafiq paytaxtlardan sifariş verilsə”, o zaman belə dialoq şansı artacaq. Bundan əvvəl ABŞ Rusiya-Amerika münasibətləri ilə bağlı Rusiya ilə birbaşa danışıqlar apardıqlarını, Ukrayna mövzusuna toxunulmadığını bildirmişdi. Noyabrın 10-da Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqların mümkünlüyünü açıqladı və qeyd etdi ki, Moskva sülhü bərpa etməyə hazır olanda o, qapını bağlamadı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!