20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 11-11-2022, 18:05
Dünya əhalisinin sayı 8 milyarda çatır - BMT


Dünya əhalisinin sayı 8 milyarda çatır - BMT

Noyabrın ortalarında dünya əhalisinin sayı 8 milyarda çatacaq - bu, qidalanma, ictimai sağlamlıq və sanitariya sahəsində elmi nailiyyətlər və təkmilləşdirmələrin sübutudur. Ancaq bəşəri ailəmiz böyüdükcə onun bölünməsi də güclənir. Bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib. Antonio Quterreş qeyd edib ki, milyardlarla insan çətinliklər içində yaşayır, yüz milyonlarla insan aclıq və hətta yalavacla üzləşir. Rekord sayda insan borc və çətinliklər, müharibələr və iqlim fəlakətindən xilas olmağa çalışır. "Qlobal miqyasda varlılar və yoxsullar arasındakı əsnəyən uçurumu aradan qaldırmasaq, özümüzü gərginlik və inamsızlıq, böhran və münaqişə ilə dolu 8 milyardlıq bir dünya ilə üzləşdirəcəyik. Faktlar göz qarşısındadır. Bir ovuc milyarder dünya əhalisinin yarısını təşkil edən yoxsul insanların malik olduğu sərvətə nəzarət edir. Qlobal miqyasda əhalinin 1 faizi dünya gəlirinin beşdə birini əldə edir, ən varlı ölkələrin əhalisi ən yoxsul ölkələrin sakinlərindən 30 ilə qədər daha çox yaşaya bilir. Son onilliklərdə dünya zənginləşdikcə və sağlamlaşdıqca, bu bərabərsizliklər daha da artıb. Bu uzunmüddətli tendensiyalarla yanaşı, sürətlənən iqlim böhranı və COVID-19 pandemiyasından qeyri-bərabər bərpa bərabərsizlikləri gücləndirir. Emissiya və temperaturun artması davam etdiyi bir vaxta biz birbaşa iqlim fəlakətinə doğru gedirik. Daşqınlar, tufanlar və quraqlıqlar qlobal istiləşməyə demək olar ki, heç bir töhfə verməyən ölkələri dağıdır". BMT rəsmisi deyib ki, Ukraynadakı müharibə mövcud ərzaq, enerji və maliyyə böhranlarının sırasına qoşularaq daha çox inkişaf etməkdə olan iqtisadiyyatlara zərbə vurur: "Bu bərabərsizliklər ən çox qadın və qızlara və onsuz da ayrı-seçkiliyə məruz qalan marjinal qruplara mənfi təsir edir. Qlobal Cənubdakı bir çox ölkələr böyük borclar, artan yoxsulluq, aclıq və iqlim böhranının artan təsirləri ilə üzləşirlər. Onların pandemiyadan dayanıqlı bərpaya, bərpa olunan enerjiyə keçidə və ya rəqəmsal dövr üçün təhsil və təlimə sərmayə qoymaq imkanları azdır. İnkişaf etmiş ölkələrə qarşı qəzəb və nifrət qırılma nöqtəsinə çatır. Zərərli bölünmələr və inamsızlıq nüvə tərksilahından terrorizmə və qlobal sağlamlığa qədər bir sıra məsələlərdə gecikmələrə və çıxılmaz vəziyyətə səbəb olur. Biz bu zərərli tendensiyaların qarşısını almalıyıq, əlaqələri bərpa etməliyik və ümumi problemlərimiz üçün birgə həll yolları tapmalıyıq. İlk növbədə bu sürətlə artan bərabərsizliyin şüurlu fəaliyyət nəticəsində baş verdiyini və inkişaf etmiş ölkələrin Misirdəki BMT-nin iqlim konfransında və Balidəki G20 sammitində bu vəziyyətin dəyişməsi üçün məsuliyyət daşıdığını etiraf etmək lazımdır. Ümid edirəm ki, COP27-də tarixi İqlim Həmrəyliyi Paktı imzalanacaq və pakt çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlar ümumi strategiya ətrafında birləşərək öz imkanlarını və resurslarını bəşəriyyətin rifahı üçün birləşdirəcəklər. Zəngin ölkələr inkişaf etməkdə olan əsas iqtisadiyyatlara qalıq yanacaqlardan uzaqlaşmaq üçün maliyyə və texniki dəstək verməlidir. Bu, iqlimlə bağlı hədəflərimizə çatmaq üçün yeganə ümidimizdir. Mən həmçinin COP27-də iştirak edən ölkə başçılarını iqlimlə bağlı Qlobal Cənub ölkələrinin üzləşdiyi itkiyə və artıq böyük fəsadlara səbəb olan zərərə görə kompensasiyanın ayrılması üçün yol xəritəsi və institusional çərçivəni razılaşdırmağa çağırıram. Balidə keçiriləcək G20 sammiti inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemləri həll etmək üçün bir fürsət olacaq. Mən, borcların azaldılması və restrukturizasiyanı həyata keçirmək üçün G20 iqtisadiyyatlarını Qlobal Cənub hökumətlərinə investisiyalar və likvidliyi təmin edən stimullaşdırıcı paketi razılaşdırmağa çağırmışam. Biz bu orta müddətli tədbirlərlə bağlı addımlar atmaqla yanaşı qlobal ərzaq böhranını yüngülləşdirmək üçün bütün maraqlı tərəflərlə fasiləsiz işləyirik. Qara Dəniz Taxıl Təşəbbüsü bu səylərin mühüm hissəsidir. Bu, bazarları sabitləşdirməyə və ərzaq məhsullarının qiymətlərini aşağı salmağa kömək edib. Qiymətin azacıq azalması belə aclığı azalda və həyatları xilas edə bilər. Biz həmçinin Rusiya istehsalı olan gübrələrin qlobal bazarlara çıxışını təmin etməyə çalışırıq. Gübrə qiymətləri pandemiyadan əvvəlki dövrlə müqayisədə üç dəfəyə qədər artıb. Buna görə dünyada ən çox istehlak edilən düyü ən çox zərər görəcək məhsuldur. Rusiya gübrələrinin ixracı ilə bağlı maneələrin aradan qaldırılması qlobal ərzaq təhlükəsizliyini təmin etmək istiqamətində mühüm addımdır. Lakin bütün bu ciddi problemlər arasında yaxşı xəbərlər də var. Səkkiz milyardlıq dünyamız əhalinin ən yüksək artımına malik olan bəzi yoxsul ölkələr üçün böyük imkanlar verə bilər. Səhiyyə, təhsil, gender bərabərliyi və dayanıqlı iqtisadi inkişafa nisbətən kiçik sərmayələrin ayrılması iqtisadiyyatları və həyatları dəyişdirəcək müsbət inkişaf və artım dairəsini yarada bilər. Bir neçə onillik ərzində bugünkü ən yoxsul ölkələr dayanıqlı, yaşıl inkişaf və rifahın ocaqlarına çevrilə bilər. Mən heç vaxt insan yaradıcılığına şübhə etməmişəm və insan həmrəyliyinə çox böyük inamım var. Bu çətin anlarda bəşəriyyətin ən müdrik müşahidəçilərindən biri olan Mahatma Qandinin sözlərini xatırlamaq yerinə düşərdi: “Dünya hər kəsin ehtiyacını təmin edə bilər, amma acgözlüyünü yox”. Bu ay baş tutacaq böyük qlobal görüşlər bəşəriyyətin səkkiz milyardlıq ailəsinin hər bir üzvünün bərabər hüquq və azadlıqlarına əsaslanaraq, fikir ayrılıqlarını aradan qaldırmağa və etimadı bərpa etməyə başlamaq üçün bir fürsət olmalıdır".


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!