Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 3-09-2020, 20:47
Ömür də bir kitabdı…


“Həyata yenidən başlasaydım,
Saniyələrin də nəbzini tutardım”.

Dostayevski

Daxilən gözəl, mənəvi cəhətdən zəngin olan insanlar hörmət və ehtirama layiqdirlər. Mənəvi zənginlik insanın ən ümdə xasiyyətidir. Səfər müəllimin özü də mənəvi cəhətdən zəngin, daxilən xeyirxah insanlardan biridir. Bu da onun şəxsiyyətini, böyüklüyünü müəyyənləşdirməyə imkan verir. Məhz buna görə də o ən təmiz hiss və arzularıyla, əməllərilə tanınır, əsl insan kimi sevilir.

Bilirik ki, ictimai həyatın aparıcı qüvvəsi insandır. O insan ki, bir-birindən müəyyən mənada tale müxtəlifliyi ilə fərqlənir. Zəhmətkeş, çöhrəsi daim təbəssüm işığına qərq olan nurlu şəxsiyyət, bacarıqlı ictimaiyyətçi, dəyərli alim Səfər Əhli oğlu Hüseynov da öz zəkasını zamana uyğun əks etdirməyə müvəffəq olub. Onun ömür, həyat və seçdiyi peşə yolu hazırki gənclərimiz üçün,sözün əsl mənasında bir örnəkdir.

Səfər müəllim sağlam düşüncə və pak əməllə Azərbaycanın milli dövlətçilik işinə və elmi quruculuğa xidmət edir, çalışdığı bütün illərdə və bu gün də cəmiyyətin inkişaf prioritetinə təkan verib, yüksək ad daşıyır - şərəfli alim adı. Elə bir ad ki, onun şəxsiyyətinə də, soy-kökünə də, elmi fəaliyyətinə də yaraşıqdır. Bu gün də onun timsalında onu tanıyanların xoş xatirələrində bir Azərbaycan oğlunun, çöhrəsi nurlu vətəndaşın, dəyərli bir alimin əlli beş illik həyat yolu canlanır.
Səfər Hüseynovun zəngin, çoxlarının həsəd apardığı bir ömür yolu var. 1965-ci il avqust ayının 1-də İmişli rayonunun Muradxanlı kəndində anadan olub. 1982-ci ildə Muradxanlı kənd orta məktəbini bitirib. Elə həmin ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunun inşaat fakültəsinə daxil olub, 1989-cu ildə ali məktəbi qurtarıb Bakı şəhər Sovetinin “Bakı Baş Tikinti İdarəsi”nin Sənayeləşdirilmiş Evtikmə İstehsalat Birliyində mühəndis vəzifəsində işləyib. 1983-1985-ci illərdə hərbi xidmətdə olub.
Səfər Hüseynovun keçdiyi mənalı həyat yolu qürurvericidir. Ləyaqətli, şərəfli ömür yoludur. Tərcümeyi-halındakı tarixlər, tutduğu vəzifələr onun işıqlı yolun yolçusu olduğundan xəbər verir. Bakı şəhər Sovetinin “Əsaslı tikinti idarəsi”ndə şöbə rəisi, Dövlət Layihə Mənzil Tikinti Birliyinin 5 saylı İxtisaslaşdırılmış, Təmir-Tikinti İdarəsinin rəisi vəzifələrində vicdanla, ləyaqətlə çalışıb. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Nazirlər Kabinetinin “Təsərrüfatlararası Dövlət Layihə Mənzil Tikinti Birliyi”nin mərkəzi aparatında əvəzçilik üzrə hüquqşünas vəzifəsində çalışıb. 2001-2005-ci illərdə Sumqayıt Dövlət Universitetində “Hüquq və sosiologiya” kafedrasında müəllim işləyib.
Haqqı nahaqqa qurban verməyən, qaranlığı aydınlaşdıran, ürəyi insanlara sevgi ilə döyünən Səfər Hüseynov 2000-ci ildən 2006-cı ilədək “İnşaatçı-2000” şirkətinin direktoru olub. Yeni Azərbaycan Partiyasına üzv qəbul edilib. O, həm də ziyalıdır, elm adamıdır. Onun iç dünyasında Avropa alimlərini üç yüz il qabaqlayan Əl Fərabinin, Bəhmənyarın, Uluq bəyin, Nəsirəddin Tusinin, Şeyx Cəmaləddin Əfqaninin ruhu dolaşır. Bu qüdrətli şəxsiyyətlərin, müdrikliyin, məğrurluğun zirvəsində dayanan bu dahilərin işığından işıq alan, nur alan Səfər Hüseynov həmin o şəxsiyyətlərdən güc alaraq ziyalılıq, mərdlik alimlik zirvəsinə ucalıb.
2009-cu ildə “İkilaylı qeyri-bircins lövhələrin həndəsi qeyri-xəttililiyi nəzərə almaqla dayanıqlığı və rəqsləri” mövzusunda dissertasiya müdafiə edib. Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2017-ci ildə isə dosent elmi adı alıb.
Doktorluq işi hazırdır, müzakirə ərəfəsindədir.
Azərbaycan Respublikası Prezidentinin 18.04.2012-ci il tarixli sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.
2006-cı ildən 2017-ci ilədək Azərbaycan Dövlət Pedaqoji Universitetində inzibati-təsərrüfat işləri üzrə prorektor işləyən Səfər müəllim 2018-2019-cu ilə kimi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin “Tikinti və tikinti məhsulları”nın istehsalı şöbəsində aparıcı mühəndis işləmişdir.
Səfər Hüseynov 2019-cu ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnnovasiya Mərkəzinin maliyyə və təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışır.
Səfər müəllimi başqalarının gözündə ucaldan onun sadəliyi və diqqətciliyidir. O, sadə, səmimi və uşaqdan böyüyə hər kəsə diqqətlə yanaşan insan olduğu üçün xalq arasında da, işdə də, ailədə də böyük hörmət və ehtirama layiqdir. Onun sadəliyi həm də daxili saflığından irəli gəlir. Onun mənfi keyfiyyətlərdən uzaq olması da sadəliyi ilə bağlıdır. O, vəzifədən vəzifəyə yüksələndə də dəyişməyib, olduğu kimi görünüb, göründüyü kimi olub.
Haşiyə: Halal ruzisi ilə dolanan bir kişi varmış. Bir gün şər qarışan vaxt qapısı döyülür. Kişi qapını açır və görür ki, eşikdə üç nəfər nabələd adam durub. İndi bunlara nə desin, nə təhər içəri dəvət etsin? Axı, daxma çox darısqaldır. Üç nəfər buraya necə sığışacaq? Qardaşlardan biri deyir:
- Əmi, biz üç qardaşıq! Mənim adım Hörmətdi, ortancıl qardaşım Dövlətdi, kiçik qardaşımın adı Şöhrətdi. Vəziyyəti belə gördük, heç olmasa birimizə yer elə!
Kişi də qayıdıb deyir ki, Hörmət buyursun içəri. Qardaşların hər üçü qabağa yeriyir. Kişinin çaşıb qaldığını görən qardaşlar deyirlər ki, ağsaqqal, hörmətin mərtəbəsini uca tutmaqla elə hər üçümüzə bir gözlə baxdın, çünki hörmət olan yerdə şöhrət də var, dövlət də.
Səfər müəllim də belə hörmətli, şöhrətli kişilərdən biridir və bütün bunlar onun tale, qisməti, bəxti deyil, öz böyük, geniş qəlbinin, el-oba üçün döyünən ürəyinin, gecəsini gündüzə qatdığı günlərinin hesabı olan halal payıdır.
Səfər müəllim yaxşı ailə başçısıdır. Ömrü-gün yoldaşı Nazilə xanım Azərbaycan Milli Konservatoriyasının nəzdində olan İncəsənət Gimnaziyasında direktor müavini işləyir.
Oğlu Sənan İqtisad Universitetini bitirib. Azərbaycan Milli Konservatoriyasında aparıcı mühasib işləyir.
Səfər müəllimin qızı ADPU-nu qurtarıb. Azərbaycan Dillər Universitetində müəllim işləyir.
Övladlarından söhbət düşəndə Səfər müəllimin üz-gözündə sanki çıraq yanır. Onları əsl insan kimi böyütməsindən fərəhlənir, qəlbinə, ürəyinə sərinlik gəlir. Bu ailədə böyüyən, tərbiyə alan övladlar Səfər müəllimin, Nazilə xanımın böyük dünyalarıdır. Onlar valideynlərinin etimadını doğruldub xeyirxahlıq zirvəsinə ucalıblar…
Səfər müəllimin ömür yolu bir kitaba sığmaz. Bu da o deməkdir ki, həyat hər bir insanın tale çalarları ilə özünə rəng qatır. Uzun illərin təcrübəsi göstərir ki, Səfər müəllim həyatının ən çətin anlarını səbr və təmkinlə mühafizə edə bilib. Bu mənada “Hər ömür bir kitabdır” deyənlər yanılmayıblar. Çünki hərə öz ömrünü bir kitab kimi oxuyur. Səfər müəllim də öz ömrünü səhifə-səhifə yaşayıb və kitab ömrü qədər möhtəşəm bir ömür qazanıb. Onun ömür salnaməsində yüz illərin möhtəşəm fəvvarələri çırpınmaqdadır. O vaxtın, zamanın uca tutduğu ziyalıdır. Xeyirxahlıq, zəhmətə bağlılıq çalışdığı sahəyə sevgisində açıq-aşkar görünür. Bununla da ucalıq qazanır.
Unudulmaz xalq şairi Bəxtiyat Vahabzadə demişkən:

Yalnız başqasını düşünən zaman,
Qalxır insanlığın fövqünə insan.


Bəli, insan doğulur, yaxşı əməlləri ilə ad qoyur, sonra da hər kəsin sevimlisi olur. Bizim haqqında yazdığımız Səfər müəllim kimi.
Səfər müəllim bir insan ömrü yaşayır, əsl insan kimi həyatda özünü təsdiq eləyib. Təsdiq eləyib ki, mən varam və mən həmişə də var olacağam.

Sabir Hüseynov,
“Kənd həyatı” qəzetinin baş redaktoru, yazıçı,
Prezident mükafatçıs
ı


Paylaş



Bölmə: Maarif / Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!