Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                        Bu müəllimlərin maaşları artırıldı .....                        Rəşad Nəbiyev pakistanlı nazirlə görüş keçirdi .....                        Paşinyan İstintaq Komitəsinə yeni sədr tapdı .....                        Çovğun 70 min nəfəri işıqsız qoydu .....                        Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silir .....                        Fidandan Ermənistan və Azərbaycana çağırış: bu tarixi fürsəti qaçırmayın! .....                       
Tarix : 22-01-2018, 17:04
SƏKSƏNİNCİ BAHAR

Bu yazını 2 il bundaq qabaq yazmışam

SƏKSƏNİNCİ BAHAR

Nəzakət MƏMMƏDLİ
Fikrimi toplayıb nədən başlayacağımı qərarlaşdırarkən, ömrümün bu zamanından dönüb keçdiyim həyat yoluna istər-istəməz nəzər salmalı oldum. Bunu etiraf edim ki, ömrümdə o qədər də fövqəladə bir şey olmamışdır. Ancaq taleyimdən çox razıyam ki, mən Nahid Hacızadə ilə 20 ilə yaxındır Respublika Xatirə Kitabı Redaksiyasında birgə çalışıram. Onunla hər gün ünsiyyətdə olmuş, onun mənəvi aləmini az da olsa müşahidə edə bilmişəm, ondan çox şey əxz etmişəm. Bu müşahidələr və oxuduğum kitablardan öyrəndiklərim məni belə bir qənaətə gətirmişdir ki, keçmiş nəsillərin əxlaqi təcrübəsinə biganə qalmaq olmaz; keçmiş nəsillərdən yeni nəsillərə ötürülmüş miraslar içərisində əxlaqi-etik irs böyük yer tutur və məncə, hər bir yeni nəsil bu irsdən lazımınca faydalana bilər və faydalanmalıdır.
SƏKSƏNİNCİ BAHAR

Nahid müəllimdən eşitdiyim ağıllı məsləhətlərə qulaq asmaqla onun həyatında müşahidə etdiyim etik-əxlaqi dəyərləri təqlid etməkdə heç kəs məni qınamaz. Axı dahilər ona görə dahidirlər ki, onlar təqlidə layiqdirlər. Nahid müəllimdə müşahidə etdiyim insanpərvərlik, xeyirxahlıq, rəhmdillik, mehribanlıq, təvazökarlıq, vətənpərvərlik və bu kimi məziyyətlərdən bəhrələnmişəm. Nahid müəllim hər şeydən əvvəl öz ləyaqətinə, şərəfinə, şəxsiyyətinə hörmət qoyur və bunu başqalarından da gözləyir. Nahid Hacızadə sözün əsl mənasında müdrik bir insandır. Dərin düşünmək, ağıllı fikirləşmək, özünü dərk edə bilmək, həyat təcrübəsinə arxalanmaq və bu fonda həyat və fəaliyyətini nizamlaya bilmək, özü üçün mənəvi sərvətlər sistemi yarada bilmək qabiliyyəti Nahid müəllimi bu səviyyəyə yüksəltmişdir.
Yadımdadır Nahid müəllimin Respublika Xatirə Kitabına baş redaktor təyin olunduğu gün. Onu Mədəniyyət Nazirliyinin işçisi, rəhmətlik Tehran müəllim təqdim etdi kollektivə. Çox həyəcanlı idik. Hamı yeni təyin olunmuş redaktorla işləyə bilib-bilməyəcəyindən danışırdı.
Lakin həyəcan çox sürmədi. Nahid müəllim az bir zaman kəsiyində bütün redaksiya işçilərinin sevimlisinə çevrildi. Xarakterində olan işıqlı bir insan obrazından hamıya xoş aura verə bildi.
Ulu öndər Heydər Əliyevin yaratdığı "Respublika Xatirə Kitabı"nın ilk üç cildi kiril qrafikası ilə rəhmətlik Nəriman Həsənəliyevin redaktorluğu ilə çapdan çıxmışdı. Latın qrafikasına keçidlə əlaqədar olaraq kitab yenidən nəşr edilməli oldu və tale elə gətirdi ki, 20 cilddən ibarət olacaq bu unikal kitab-abidə Nahid müəllimin rəhbərliyi altında işə başladı. Müvəffəqiyyətlə 14 cild işıq üzü gördü. II Dünya müharibəsindən bu yana bütün müharibə və hərbi münaqişələrdə şəhid olan soydaşlarımız haqqında dəqiq ensiklopedik məlumatlar yer alır bu kitabda.
Nahid müəllimin uşaqlıq illəri də müharibə dövrünə düşüb. Tale onu çox sınaqlardan keçirib. Həyata göz açar-açmaz anası dünyasını dəyişib, bacı himayəsində böyüyüb, sonra bu balaca ömrə "analıq" da əlavə olunub. Kənd həyatının öz çətinlikləri balaca Nahidi təhsildən, kitab-dəftərdən uzaq salmayıb. Əla qiymətlərlə bitirir orta məktəbi (indiki Puşkin adına məşhur liseyi) və universitetin filologiya fakültəsinə daxil olur. Hələ tələbə ikən işləmək üçün çox yerə müraciət edir. Heç demə, tale onu Televiziya və Radio Komitəsində gözləyirmiş. Nə az, nə çox - 40 il bu televiziya məkanı onun doğma evinə çevrilir. Nahid müəllim burada kimlərlə qarşılaşmır, kimlərə yol açmır, kimlərlə dosta-sirdaşa çevrilmir?! Nahid müəllim canlı tarixdir. Onun yaddaş arxivində qələm əhli, sənətkarlar, görkəmli ictimai və siyasi xadimlərimizlə bağlı çoxlu xatirələr qalaqlanıb.
Nahid müəllimin "Payız leysanları" kitabını oxuyarkən hələ məktəbli idim. Onun əsərləri, əsər qəhrəmanları da özünə, öz xarakterinə uyğundur. Həmişə əsərlərində işıqlı insanları başına yığır, onların xeyirxahlığından, vətən sevgisindən, insanpərvərliyindən oxucusuna söhbət açır. Oxucusunu işıqlı bir gələcəyə səsləyir. Bütün ruhu ilə televiziyaya bağlı olan bu insan bu balaca redaksiyada özünü çox çətinliklə görə bilir. Elə bil balığı sudan çıxarıblar. Bu onun hər sözündə, hər kəlməsində hiss olunur. Elə bir gün olmur ki, Nahid müəllim televiziyadan söz açmasın, oradakı insanlardan sitatlar gətirməsin. Hərdən gileyləndiyi anlar da olur. Bəzi verilişlərə irad və təkliflərini bildirir. Həmin an hiss olunur ki, o, hələ də canı ilə, ruhu ilə uzun illər kiçik müxbir vəzifəsindən sədr müavini vəzifəsinə qədər keçdiyi ömrün ab-havasındadır.
Xatirələr xəzinəsi adlandırardım mən Nahid müəllimi. Bəlkə elə bu xatirələrin içində neçə-neçə insanların unudulduğunu, yaddan çıxdığını hiss edib "Yada düşdü" adlı jurnalı təsis etdim. Jurnalın baş redaktoru da Nahid müəllim oldu. Artıq beş ildir ki, jurnal neçə-neçə unudulmaqda olan, Azərbaycanın tarixində xüsusi yer tutan insanları yada salır, xatırlayır və gələcək nəslə tanıdır.
Nahid müəllim 70, 75 yubiley illərini də layiqincə qeyd edib. İndi gəlib 80-ə çatıb. Gün o gün olsun yubileylər sıralansın. Allahdan Nahid müəllimə sağlam, uzun ömür arzulayıram. Vətənin belə layiqli ziyalılara ehtiyacı var.
Zaman keçdikcə həyatda baş verən hadisələr bizdən uzaqlaşır, tarixə dönür, bəziləri isə hafizələrdən silinir. Ancaq yaşadığımız tarixi zənginləşdirən elə şəxsiyyətlər var ki, cəmiyyət üçün gördüyü nəcib işlərə, xeyirxah əməllərinə görə onları unutmaq sadəcə mümkünsüzdür.
Ömrünün səkkizinci onilliyini başa vuran Nahid müəllimə yeni yaradıcılıq uğurları arzulayıram.


SƏKSƏN BAHAR

Səksən bahardır ki, sən yol gəlirsən,
Yollar yol yorğunu etməyib səni.
Dağlardan süzülən bulaq kimisən,
Tikanlar yolunda bitməyib sənin.
Yoluna qəlbinin işığı düşüb,
Heç vaxt taleyinlə əyişməmisən.
Zamanın amansız gərdişlərində
Sən heç vaxt simanı dəyişməmisən.
Sonu gözəl bitən nağıllar kimi,
Qələmin pisliyə köklənməyibdir.
Qoşa yaşamısan sözlə, sənətlə,
Yaratmaq istəyin tükənməyibdir.
"Qalx, qalx ulu torpaq", - səslənişinlə,
Arzular, ümidlər solmasın dedin.
Car çəkib aləmə sən var səsinlə,
"Qisas qiyamətə qalmasın", - dedin.
Canlı şahidisən "Qanlı Yanvar"ın,
Haqsızlıq içini yandırıb-yaxdı.
Bədxahlar efiri susdursalar da,
Həqiqət qəlbindən sel kimi axdı.
Ölümlü-itimli dünya dediyin
Alıb dostlarını bir-bir əlindən.
Dönüb xatirəyə, dönüb yaddaşa,
Ərməğan etmisən "Yada düşdü"dən.
Baharda dünyaya göz açmısan sən,
Həlimlik, kövrəklik xislətindədir.
Hələ çox arzudan söz açmamısan,
Zəkanın qüdrəti qələmindədir.
Sən əsl ziyalı, sən əsl insan,
Yaşadın əqidən, amalın üçün.
Yaşa, dağlar oğlu, yaşa hələ sən,
Bu səksən dediyin nədir səninçün?


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!