20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 15-08-2017, 13:30
Qəlblərdə yaşayan insan



Bu gün görkəmli uşaq yazıçısı, publisist, tərcüməçi, “Günəş” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Nəriman Qoca bəy oğlu Sü­ley­ma­novun doğum günüdür. Nəriman müəllim 15 avqust 1930-cu ildə Qərbi Azər­­bay­can­da, Yuxarı Körpülü kəndində məşhur Qori seminariyasının mə­zunu ta­nın­­mış müəllim Qo­ca bəy Süleymanovun ailəsində dünyaya gəl­miş­di. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jur­na­­lis­tika bölməsini bitirmişdi. Elə həmin ildən “Pioner”, indiki “Günəş” jur­na­lın­­da əmək fəaliyyətinə başlamışdı. Ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri, mə­sul katib vəzifələrində çalışmışdı. Jurnalın baş redaktoru görkəmli şair Zey­­nal Cabbarzadə dünyasını dəyişdikdən sonra Nəriman müəllim jurnala rəh­­­bərlik etməyə başlamışdı. O, bu jurnalda fasiləsiz olaraq düz 43 il ça­lışmışdır. Ancaq bir həqiqəti də söyləmək lazımdır, Zey­nal müəllim səhhəti ilə əlaqədar ayda bir, ya iki dəfə redaksiyaya gələ bi­lir­di. Bu sə­bəb­dən Nə­ri­man müəllim faktiki olaraq kollektivə uzun illər idi ki, qey­ri-rəs­mi redaktorluq edirdi.


Nəriman Süleymanov taleyini bütünlüklə uşaq ədəbiyyatına həsr etmişdi. O, ədəbi fəaliyyətinə 1956-cı ildə “Azərbaycan pioneri” qəzetində dərc olun­muş kiçik bir hekayə ilə gəlmişdi. Elə həmin ildə də “Balaca atlı” adında ilk ki­tabını balaca oxucuların ixtiyarına vermişdi. Yaradıcılığı ərzində 15 kitabı işıq üzü görmüşdü. Sadə, aydın və oxunaqlı dili vardı. Dilimizin in­cə­lik­lə­rin­dən məharətlə istifadə edə bilirdi. Bu barədə filologiya elmləri doktoru, ta­nın­mış tənqidçi Vaqif Yusifli belə yazır: ”Nəriman Süleymanovun nəsri öz di­linin sadəliyi, üslubunun aydınlığı ilə də seçilir və onun əsərlərindən on­lar­la misallar gətirə bilərik ki, bu misallar müəllifin dilimizin incəliklərinə, xalq da­­­nışıq dili ilə ədəbi dilimizin vəhdətinə sübut olar”.

Bununla yanaşı, dünya xalqlarının qiy­mət­li əsərlərini di­li­mizə çe­vir­miş, on­larla uşaq cizgi filmlərinə sse­na­rilər yazmışdı. He­ka­­yələri müx­tə­lif dillərə tər­cümə olunmuşdu. Bir sıra öl­kə­lərdə uşaq ədə­biy­yatına həsr olun­muş bey­nəlxalq tədbirlərdə, simpoziumlarda respublikamızı lə­ya­qət­­lə təm­sil etmişdi.
Nəriman müəllimi uşaqlıqdan tanıyıram. Allah ona hər şey vermişdi. Mü­la­yim, yüksək mədəniyyətli, ədəb-ərkanlı, ün­siyyətcil, yaraşıqlı, bo­ylu-bu­xun­lu və maraqlı, incə yumoru olan işıqlı bir ziyalı idi. Onun ağ­zın­dan təsadüfi kəl­mələrin çıxdığını kimsə eşitməmişdi. Hər kəlməsinə fikir ve­rir­di. Ki­min­sə qəlbinə dəyməzdi. Bir sözlə, əsil bəy ba­­­lası idi. Atam söz dü­şən­də hə­mişə deyərdi ki, Qoca bəy kimi kişinin ai­lə­sin­də böyümüş insan başqa cür ola bil­məzdi. Onu tanıyanlar həmişə Nə­ri­man müəllimin yüksək mə­də­­niy­yə­tindən, qayğıkeşliyindən və sadəliyindən da­nışırlar.
Qəlblərdə yaşayan insan


Tale elə gətirdi ki, mən bir müddət “Günəş” jurnalında işlədim. Onun qay­ğısını, diqqətini gördüm, müəllimim, həyatda yol göstərənim oldu. Ara­mız­da böyük yaş fərqi olsa da mü­na­si­bət­lə­ri­miz dostluğa çevrildi. Böyük ürə­yi olan insan barədə o qədər danışmalı, yaz­malı xatirələrim var ki.
Nəriman müəllimlə axırıncı görüşümüzü yaxşı xatırlayıram. 1995-ci ilin aprel ayının əvvəlləri idi. Hərdən vaxtım olanda “Azərbaycan” nəşriyyatının 3-cü mərtəbəsində yerləşən “Günəş” uşaq jurnalı redaksiyasına gedir, kö­h­nə iş yoldaşlarımla görüşür, çayxanada qələm dostlarımla dərdləşirdim. Bir dəfə yenə yolum nəşriyyata düşmüşdü. Girişdə Nəriman müəllim böyük şai­ri­miz Məmməd Arazla söhbət edirdi. Məmməd Araz Nəriman müəllimin qol­la­rından tutmuşdu, aradabir özünə tərəf çəkir, nəsə deyirdi. Bir-biri ilə o qə­dər mehribancasına danışırdılar ki, mane olmaq istəmədim. Gözlədim. Və qəfildən hər ikisi məni gördü. Məmməd Araz dedi:
- Çoxdandır səni görmürəm, haralardasan?
Qısaca iş yerimi söylədim. Nəriman müəllim ona iş yerimi dəqiqliyi ilə dedi və məni təbrik etdi:
- Eşitdim işində irəliləyiş var, xeyirli olsun.
Məm­məd Araz məsələni bilən kimi məni təbrik etdi və dönüb Nəriman mü­­əllimə, - “oralarda qələm əhli nə qədər çox ol­sa, o qədər yaxşıdır, xeyirli-uğurlu olsun”, - dedi. Nəriman müəllim böyük şairə tərəf döndü: - “Bax, nə istəyirsən, Məmməd müəllim də öz xeyir-du­a­sı­nı verdi, yaxşı olar, inşallah”.
Böyük hörmətim və rəğbətim olan insanların təbriki və xeyir-duaları məni çox sevindirdi, ürəkləndim. Təəssüf ki, bu mənim Nəriman müəllimlə so­nun­cu görüşüm ol­du.
5 ap­­rel 1995-ci il, işdən çox gec, özü də yorğun qa­yıt­mışdım.
Atamın səsi hələ də qulağımdadır:
- “Heyf Nərimandan, nə yaşı var­dı”. Doğrudan da atam demişkən, nə yaşı vardı ki, 65 elə də böyük yaş deyil, axı. Qəbri nurla dolsun.
Nəriman Süleymanovun ölümündən 22 il keçir. Yaşasa 87 yaşı olacaqdı. Allah Elçinin və Azərin iş­lə­rini avand eləsin. Nəriman müəllimin özü­nə­layiq gözəl tərtibatlı, yüksək key­fiyyətli “Ruhlar çağırır” kitabını böyük tirajla çap etdirib təmənnasız res­pub­likamızın məktəblərinə, mə­də­niy­yət ocaqlarına pay­la­dı­lar. Qoy gənc­li­yi­miz, uşaqlarımız oxusun və böyük insanın ruhu şad olsun!


Elşad QOCA
Bakı,
14.08.2017-ci il


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!