Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 18-02-2016, 12:40
O GÜNLƏRƏ QAYITDIM



Daha bir akademikmizi son mənzilə yola saldıq. Xatirələr məni bir anlıq keçmişə apardı.

Bakı Dövlət Universitetinin biologiya fakültəsini mikrobiologiya ixtisası üzrə bitirmişdim. Amma iş elə gətirdi ki, sənədlərimi Elmi-tədqiqat Əkinçilik İnstitutuna verməli oldum. Bitki fiziologiyası üzrə qiyabi aspiranturaya qəbul olundum. Elmi rəhbərim Cəlal Əliyev təyin olundu. O zamana kimi mən onun sadəcə qiyabi tanıyırdım. Universitetdə qrup yoldaşım Cəlalə Bayramovadan onun haqqında çox eşitmişdim. Elə aspiranturaya da Cəlalənin təklifi ilə sənəd vermişdim.
Qəbuldan sonra instituta gedib işlə tanış oldum. O zaman Cəlal müəllimin xaricdən gətirdiyi buğda növləri üzərində iş gedirdi (SİMMİTin materialları). Demək olar ki, bütün əməkdaşlar bu işə qoşulmuşdular. Mənə də bu şlə bağlı mövzu götürməyi məsləhət gördülər.
Bir gün instituta hay-küy düşdü. Soruşdum nə olub. Dedilər ki, Cəlal müəllim gələcək. Bir qədər keçəndən sonra akt zalında geniş bir yığıncaq keçirildi. Mən ilk dəfə Cəlal Əliyevin çıxışını dinlədim. Sonra bildirdilər ki, Cəlal müəllim yeni aspirantlarla görüşəcək. Biz də fikirləşirdik ki, görəsən necə olacaq? Düzü, Cəlal Əliyevin zəhmi bizi basmışdı. Nəhayət, görüş baş tutdu. Bir-bir bizi içəri çağırdılar. Cəlal müəllim sanki məni çoxdan tanıyırmış kimi səmimi söhbət elədi. Rəfail müəllim mənim haqqımda məlumat verdi. Hətta ədəbiyyat sahəsindəki yazılarımdan, kitablarımdan da danışdı. Cəlal müəllim dedi: “Mən bayaq zalda çıxış edəndə, onun baxışlarından hiss elədim ki, bunda nəsə var, lap filosof kimi baxır”. Mən bir qədər də özümü itirdim, demək olar ki, susmaqdsan başqa çarəm qalmadı. Mənim əvəzimdə Rəfail müəllim danışmalı oldu.
Bir müddət keçdi. Mən lazım gələn vaxtlarda Əkinçilik İnstitutunun səpinində, biçinində və s. iştirak edir, işlə bağlı nələrisə öyrənməyə cəhd edirdim. Düzü, mühit məni açmırdı. Bir gün söhbət əsnasında Rəfail müəllim dedi ki, dünən Cəlal müəllimin yanındaydım, sənlə də maraqlandı. Deyəsən adın yadında qalmayıb, elə soruşdu ki, filosof neyləyir? Dedim ki, yaxşıdır, işləyir.
Bir dəfə yenə də Rəfail müəllim eyni sözü deyib əlavə etdi ki, Cəlal müəllim deyir ki, o filosofun gələcəyi var, onu qaçmağa qoymayın, şərait yaradın, işini yazıb müdafiəsini eləsin. Hər dəfə Cəlal müəllimin haqqımda ümidlə dediyi sözlər məni həvəsləndirirdi. Beləliklə, üç il Əkinçilik İnstitutuna gedib-gəldim. Bir məqalə çap olundu, altında məndən əvvəl iki adamın adı yazıldı. Yazını jurnala mən aparıb verdim, çap haqqını da ödədim. Amma yazı çap olunanda bir jurnal belə əldə edə bilmədim. Düşündüm ki, Əlyazmalar İnstitutunda camaat kitab yazır, tək öz adına çap etdirir, burda bir məqalə, o da belə... Nə isə, Cəlal müəllimin düşündüyü kimi qaçmalı oldum...
Bir gün Cəlalə xanım dedi ki, Cəlal müəllim instituta gəlmişdi. Aspirantlar haqqında qərar qəbul edildi. Cəlal müəllim dedi ki, o filosofu çıxarmayın, adını saxlayın, deyin ona gəlib davam eləsin. Kömək eləyin işini yazsın müdafiə eləsin. Amma artıq mən Əlyazmalar İnstitutunda ədəbiyyatla bağlı namizədlik dissertasiyası üçün “Mirzə Əbdülxalıq Yusifin həyat və yaradıcılığı” adlı mövzu götürmüşdüm.
Bir müddət keçdi. Bir gün Azərbaycan Elmlər Akademiyasında beynəlxalq “Dədə Qorqud kalloqvumu” keçirilirdi. Açılış mərasimində Cəlal Əliyevi gördüm. Yaxınlaşıb salamlaşdım. Üzrxahlıqla dedim ki, Cəlal müəllim, mən xəstə oldum, təhsilimə davam edə bilmədim. O dəqiqə qayıtdı ki: “Yox. Sən xəstə olmadın. Sadəcə o biri sahəyə getdin”. Həmin Cəlal müəllim idi. Sözü birbaşa elə deyirdi ki, adamın susmaqdan başqa çarəsi qalmırdı. Düzü, nə deyəcəyimi bilmirdim, çətin vəziyyətə düşmüşdüm. Cəlal müəllim dedi: “Əgər istəyirsən, gəl işçi kimi davam elə, mövzunu yaz, müdafiəvi elə. Dedim ki, gələrəm.
Bir gün Əkinçilik İnstitutuna getdim. Artıq gec idi. Rəfail müəllim dedi ki, mövzunu başqa aspiranta vermişik. Sonra da təklif elədi ki, Cəlal müəllimin işləri ilə bağlı nəzəri mövzu götürüb işləyim. Dedim fikirləşərəm. Ordan qayıdandan sonra Əlyazmalar İnstitutunda əkinşiliyin tarixi ilə bağlı materialları araşdırdım. “Azərbaycan Ali İqtisad Şurasının əxbarı” adlı jurnalın bütün mövcud saylarını alıb oxudum. Əkinçiliklə bağlı məqalələri ərəb əlifbasından çevirdim. Geniş məruzə ilə Əlyazmalar İnstitutunun elmi şurasında çıxış elədim, çıxışımı məqalə şəklində çap etdirduim. Bir müddət başım Bakı ədəbi mühitinə qarışdığından bu işi yarımçıq qoydum.
Sonralar tibb tarixi ilə bağlı mövzu götürdüm. XVI əsr türk şair və təbibi Məhəmməd Nidainin “Mənafeün-nas” əsərinin tibb tarixindəki rolunu araşdırdım. Artıq işim müzakirə edilib. Düşünürdüm ki, müdafiədən sonra Cəlal müəllimlə məsləhətləşib doktorluq dissertasiyası üçün əkinçiliyin tarixi ilə bağlı mövzu götürərəm. Amma yenə gecikdim...
Cəlal müəllim son mənzilə yola salınıb. O mənim xatirimdə elmi sevən, savadlı adamlara layiqli qiymət verən, qarşısındakı insanın kim olduğunu anlayan, aspirantının gələcəyinə inanan və özünü də inandıran bir elmi rəhbər kimi qalıb... Allah rəhmət eləsin...

SONA Xəyal


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!