Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 30-12-2014, 17:13
Bizim Teymur müəllim - Gecikmiş təşəkkürnamə

Aliyə Cavanşir,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Modern.az-da yerləşdirilmiş yazının örnək olduğunu nəzərə alaraq gənc nəslə təqdim edirik:
Teymur müəllimlə məni Mirzə İbrahimov “tanış edib”. Daha doğrusu, “Elm” nəşriy­yatında çapa hazırlanan, Teymur müəllimin tərtibatçısı olduğu “Mirzə İbrahimov” kitabının dizayn-tərtibat işləri mənə tapşırıldığından, Teymur müəllim məni iş yerinə – baş redaktoru olduğu “Respublika” qəzeti redaksiyasına dəvət etdi. İlk dəfə onda yaxından tanış olduq. Kitabın tərtibatı ilə bağlı arzularını bildirdi. Elə səmimi görüş oldu ki, sanki illərin tanışlarıydıq.
Yolda köşkdən “525-ci qəzet”i almışdım. Qəzetdə ulu babalarım Cavanşirlərin ləyaqətli nümayəndəsi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk daxili işlər naziri Behbud Xan Cavanşir haqda məqaləm dərc olunmuşdu.
Qəzeti məndən istədi. Verdim. Heç nə demədim. İki gündən sonra sürücünü göndərdi ki, kitabla bağlı qeydləri var, Aliyə gəlsin. Getdim. Qarşıma “Respublika” qəzetini qoydu. “Aç bax”, dedi. Açdım. Mənim həmin məqaləmi nöqtəsinə, vergülünə toxunmadan öz qəzetində də dərc etmişdi. Gözlərim doldu. Bu insanın mənim yazımı belə qiymətləndirməsi həqiqətən mənim üçün həm çox sevindirici, həm də gözlənilməz idi.
Ailəmizlə, nəslimizlə bağlı sorğu-sual elədi. Biləndə ki, bu barədə xeyli materialım var, qəti tələb elədi ki, “sabah yazılarını mənə göndərirsən”. Uçmağa qanadım yox idi.
Evə gəlib yazılarımı hazırladım. Material hədsiz böyük idi. Kəsməyə əlim də gəlmədi. Elə o cür də göndərdim ki, yəqin özü lazımi qədər seçib verər, qalanını ixtisar edər. Yenə iki-üç gündən sonra sürücüsünü göndərmişdi. Əlində də iki-üç qəzet. Tələsik açıb baxdım. Məqaləmi bir səhifə vermişdi. Sonunda da yazılmışdı – “ardı gələn sayımızda”.
Hansı hissləri keçirdiyimi yazmaq çətindir. Yazıma çox gözəl ad da qoymuşdu – “Dumanlı tarixin sorağında”. Ardıcıl olaraq “Respublika” qəzetinin 3 sayında yazım bütöv bir səhifə dərc olundu. Bu, mənim üçün bir yaşıl işıq oldu. Zənglər, təbriklər, tələblər… Hamı dedi ki, sən mütləq bu yazıları kitab halına salmalısan…
Bizim Teymur müəllim - Gecikmiş təşəkkürnamə

Teymur müəllim mənim həyat yoluma elə bir işıq saldı ki, nə qədər varam, Teymur müəllimin bu xeyirxahlığını unutmaram.
Bir gün Milli Elmlər Akademiyasının vitse-prezidenti mərhum akademikimiz Cəmil Quliyev məni öz otağına çağırtdırdı. Getdim. İçəri girəndə gördüm ki, mərhum akademiklərimiz Asəf Nadirov və Nəriman Quliyev də əyləşiblər.
Cəmil müəllim məni görən kimi adəti üzrə ayağa qalxdı, qapıya gəldi, əl verib görüşdü. Dostlarına üzünü tutub dedi: “Haqqında danışdığım qız budu, Aliyə Cavanşir”.
Əlini cibinə salıb uzun qəzet parçalarını çıxardı. Mənim məqalələrim idi. Dedi “təbrik edirəm, qızım. İndi Mahmud müəllimin (Akademiyanın mərhum prezidenti) yanındaydım. Ona da sənin barəndə danışmışam. Sevinirəm ki, mənim Şuşamdan sənin kimi ləyaqətli, bacarıqlı bir qız çıxıb”.
Mənim sevincimi, məcburi köçkün həyatı yaşayan, heç bir arxası-köməyi olmayan bir kəndçi qızı üçün bunun nə demək olduğunu yəqin ki, təsəvvür edirsiniz.
Cəmil müəllim də qeyd etdi ki, “qızım, bu materiallar hazır bir kitab mövzusudur. Xahiş edirəm bunu kitab halına sal. Mən kitaba rəy yazaram, məni rəyçi yazarsan”.
Bu söhbətlərin şahidi Cəmil müəllimin xətrini əziz tutduğu köməkçisi Həlimə xanımdır. Həlimə xanım da mənə canıyananlıqla bildirdi ki, “Cəmil müəllim çox yüksək qiymət verir sənin yazılarına, sən bunu nəzərə al və kitabını tez dərc elə”…
Bunun ardınca Xalq şairi Nəriman Həsənzadə, dəyərli tarixçilərimiz Firdofsiyyə Əh­mədova, Vəfa Quliyeva və b. məni təbrik etdi…
Oxucum düşünəcək ki, mən Teymur müəllimdən çox özümdən yazdım. Mətləbdən uzaqlaşmağıma baxmayaraq, söhbət demək olar ki, elə Teymur müəllimdən gedir – onun qaçqınlıq həyatı yaşayan, vətən nisgilli yazılarını üzə çıxarmağa ehtiyat edən bir kəndçi qızına etdiyi BÖYÜK XEYİRXAHLIQDAN.
Məhz bu xeyirxahlığın nəticəsi olaraq, mən elə bir dəryaya düşdüm ki, illərdir ordan çıxa bilmirdim. Amma bu, dibi ləl-cəvahiratla dolu bir dərya olduğundan həm də ləzzət edirdi. Bu BÖYÜK ŞƏXSİYYƏTLƏRİN etimadına layiq olmaq, ortaya samballı bir əsər qoymaq üçün illərlə çalışdım. Şükür ki, yekunlaşdırmaq üzrəyəm.
Mən bu sözləri yaxınlarda 100 yaşına qədəm qoyan akademikimiz İsmayıl İbrahimov haqda yazdığım yazıda da işlətmişəm: səmimi, xeyirxah insanları görəndə istəyirsən ki, Zamanın çarxından bərk-bərk yapışıb durdurasan, onların ömrünü daha da uzadasan ki, yerləri boş qalmasın.
Bu gün qapısı ağzından dabanlarımız üstə çox ehtiyatla keçdiyimiz indiki bəzi gənc akademiklərimizin kabinetlərində bir zamanlar oturan AKADEMİK KİŞİLƏR başqa idilər… Kaş ki, indiki nəslin nümayəndələri onların kabinetləri, vəzifələri ilə yanaşı, xarakterlərini də özlərində cəlb etsinlər…
Elə günlərlə yazı verib cavab gözlədiyimiz redaktorlar da AKADEMİK REDAK­TORLARI özlərinə örnək seçsələr pis olmaz…
Əziz Teymur müəllimə bu dünyaya gəlişii münasibətilə möhkəm can sağlığı, uzun ömür arzu edirəm.
Qoy Tanrı Ona ulu əcdadlarımızın mədfəni olan Qədim İrəvan xanlığımıza qədəm qoymağı nəsib etsin!
Məncə Onun və bizim ən böyük arzumuz elə budur. Amin!


Paylaş



Bölmə: Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!