Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 13-09-2013, 10:20
Bakı sakini bələdiyyə sədrindən “dad” etdi


Paytaxt sakini Nicat Fərəcov özünü öldürmək həddinə çatıb. Səbəb isə bankdan kredit götürüb biznes qurmaq istəyinin alınmamasıdır. Suraxanı rayon Zığ qəsəbəsində yaşayan Nicat Fərəcovun ANS PRESS-ə şikayətində bildirib ki, Zığ şosesi küçəsində ticarət köşkü açmaq istəyib. Bunun üçün də Ziğ qəsəbə Bələdiyyəsinə müraciət edib. Bələdiyyə nümayəndəsi Cəlaləddin Yusifov onu qəbul edib və dərdini öyrənib. Qarşılıqlı razılıq əsasında, Cəlaləddin Yusifov Nicat Fərəcova istədiyi yerdə köşk açaraq, dəftə-kitab satışı ilə məşğul olmağa icazə verib.

“Getdim bankdan pul götürdüm. “Butka” aldım, gətirib qoydum. Lakin həmin gün, Zığ Bələdiyyəsinin işçiləri gəlib köşkü götürdülər. Getdim Cəlaləddin müəllimin yanına. Cəlaləddin müəllim dedi ki, səhv başa düşmüsən, orda dəmir köşk qoymaq olmaz. İmkanın var, orda dşala obyekt tik. Mən də bir az da klredit götürüb daş aldım və ora tökdüm. Tikmək istəyən vaxt, yenə də bələdiyyə işçiləri gəlib mane oldular”, - deyə Nicat Fərəcov şikayətlənib.

Nicat bu dəfə işinin niyə pozulduğunu öyrəmək üçün Cəlaləddin Yusifova müraciət edib. Məlum olub ki, C.Yusifov ümumiyyətlə Nicata həmin yerdə ticarət köşkü açmağa icazə verməyib.

“Əvvəlcə razılaşdı. Hətta yeir də özü göstərdi. Getdim kredit götürdüm. İndi qalmışam çarəsiz. Atam da Qarabağ müharibəsi veteranıdır. Ailəmiz həmin köşkün açılmağına ümid edirdi. İndi bilmirik nə edək. Belə getsə, özümü öldürəcəyəm”, - deyə Nicat Fərəcov bildirib.

Məsələyə aydınlıq gətirmək üçün Zığ qəsəbə nümayəndəliyilə əlaqə saxladıq. Bələdiyyə başçısı Cəlaləddin Yusifovun ANS PRESS-ə verdiyi məlumata görə, Nicat qəbulunda olsa da, deyilənləri tamamilə səhv başa düşüb.

“Nicat Fərəcov qəbulumda oldu. İstəyini dedi. Bildirdim ki, ticarət köşkü açmaq istədiyi yer uğursuzdur. Həmin yer döngədir. Təhlükəlidir. Bunu üçün başqa bir yer seçsin və Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etsin. İcra Hakimiyyəti onun istəyini müzakirə edəcək və bir söz deyəcək. Lakin Nicat özbaşınalıq edib, gedib pul götürüb, o qədər xərc çəkib. İndi də qalıb çarəsiz. Yalandan da deyir ki,guya mən ona icazə vermişəm. Bütün bunlar yalandır”, - deyə Cəlaləddin Yusifov bildirb.

Lakin Cəlaləddin Yusifov ANS PRESS-ə söz verdi ki, problemin həll istiqamətində Nicat Fərəcova əlindən gələn köməkliyi edəcək: “Qoy Nicat gəlsin yanıma. Müraciət yazsın Suraxanı rayon İcra Hakimiyyətinə. Biz də həmin müraciəti lazımı yerə çatdırarıq. Özüm şəxsən çalışaram ki, Nacatın problemi müsbət həll edilsin”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!