İki azərbaycanlı ailə Rusiyadan deportasiya edildi .....                        Leyla Əliyevanın doğum günüdür .....                        “Kurtlar Vadisi”nin aktyoru vəfat etdi .....                        Masazırda yanğın söndürüldü - YENİLƏNİB .....                        Deyirəm, bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib - Prezident .....                        Kanalda batan yeniyetmənin meyiti tapıldı .....                        Daha bir azərbaycanlı həbs edildi .....                        Azərbaycan və Özbəkistan liderləri “Sea Breeze”də - FOTO .....                        Rusiyaya cavab verilmədiyi iddiaları əsassızdır .....                       
Tarix : 1-02-2019, 14:31
Xocavənd rayonundan olan fəal gənclər mükafatlandırılıb

Xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsində 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə musiqili-əyləncəli tədbir keçirilib.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov tədbirdə çıxış edərək gəncləri əlamətdar gün münasibətilə təbrik edib, dövlətimizin gənclərlə iş və idman sahəsində yürütdüyü siyasətdən danışıb. Bildirib ki, Azərbaycan gəncliyi daim sağlam, gümrah, dərin biliyə və yüksək dünyagörüşə malik olmalı, öz üzərində daim çalışmalıdır. Respublikanın ərazi bütövlüyünün bərpası hər bir Azərbaycan vətəndaşının ən ümdə vəzifəsidir və gənclərimiz də çalışdıqları sahələrdə əlindən gələni etməlidir ki, bu arzu gerçəkləşsin.
Gənclər və İdman İdarəsinin rəisi Aslan Quliyev çıxışında gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərdən bəhs edib. Bildirib ki, idarə tərəfindən həyata keçirilən tədbirlər gənclərin maraqlarına, mənafe və ehtiyaclarına uyğunlaşdırılıb. İdman və bədən tərbiyəsinə daha geniş kütlənin cəlb edilməsi, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə, ictimai-siyasi fəallığının artmasına kömək göstərilməsi, onlarda vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi kimi məsələlər hər zaman idarənin diqqət mərkəzindədir.
Diqqətə çatdırılıb ki, bugünkü gənclərin həyatı çox sürətli və dinamik cərəyan edən tarixi bir zamana təsadüf edir. Belə bir çətin və məsuliyyətli dövrdə cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin üzərinə böyük və şərəfli vəzifələr düşür.
Konsert proqramı ilə davam edən tədbirdə gənclər şeirlər söyləyib, səhnəciklər nümayiş etdiriblər. 2018-ci ildə yüksək nailiyyətlər əldə edən, fəallığı ilə seçilən bir qrup gəncə fəxri fərman və qiymətli hədiyyələr verilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!