İlham Əliyev Paşinyanla da bir araya gəlib .....                        Qrenlandiya danışıqlara hazırdır .....                        İspaniya deputatları Bakıya gəldilər .....                        Kamran Əsədovun qaynı ona təzyiq edirmiş .....                        Cənubi Qafqaz Rusiyadan uzaqlaşır .....                        Rus diplomat bu ölkədən qovuldu .....                        Növbəti üçtərəfli görüş bu ölkədə keçiriləcək .....                        Ərdoğan Pezeşkianla İrandakı vəziyyəti müzakirə etdi .....                        Prezidentin ailəsi Trampla birgə - FOTO .....                       
Tarix : 22-01-2021, 19:36
Azərbaycançılıq ideologiyasının keşiyində


Xəbər verdiyimiz kimi, hüquqşünas Səməd Vəkilovun Azərbaycan Folkloru nümunələrinin hüquqi qorunması (milli və beynəlxalq qanunvericilik sistemində) kitabı çapdan çıxıb.


“Folklor nümunələrinin hüquqi qorunması milli və beynəlxalq qanunvericilik sistemində” kitabı Azərbaycan xalqının mənəvi dəyərlər sisteminin əsasını təşkil edən folklorumuzun mühafizəsi, tədqiqi və gələcək nəsillərə çatdırılmasının elmi-nəzəri və praktik aspektlərini özündə ehtiva edən elmi əsərdir. Təsadüfi deyil ki, kitab AMEA Folklor İnstitutunun Elmi Şurasının 07.02.2020-ci il tarixli qərarı ilə çap olunmuşdur.
Kitabda Azərbaycançılıq ideologiyasının qorunmasına Milli Təhlükəsizlik konsepsiyası çərçivəsində yanaşılması xüsusilə böyük əhəmiyyət daşıyır. Müəllif hesab edir ki, xalqın mənəvi dəyərlərinin qorunması onun milli təhlükəsizliyinin əsas prioritetini təşkil edir. Kitabda folklor nümunələrinin qorunmasına dair YUNESKO tərəfindən qəbul edilmiş konvensiyalar və digər sənədlər o cümlədən dünyada Folklor nümunələrinin qorunmasına dair aparılan hərəkat çərçivəsində milli səviyyədə qəbul edilən sənədlər geniş şəkildə öz əksini tapmışdır.

Kitabın müəllifi S.Vəkilov folklor nümunələrinin hüquqi qorunması ilə bağlı apardığı tədqiqat zamanı qanunvericiliyin təkmilləşməsi və folklorşünaslığın zəruri anlayışlarının qanunvericilikdə təsbit olunmasını xüsusi qeyd edir. O, folklorşünaslıq üçün xüsusi əhəmiyyət daşıyan söyləyici, toplayıcı və tərtibçi anlayışlarını təsbit etməklə qanunvericiliyin təkmilləşməsi zərurətini vurğulayır. Sözügedən anlayışlara verilən elmi təriflər folklorşünaslıq və hüquqi nöqteyi-nəzərdən elmi dəyər daşıyır.
Hüquqşünas Səməd Vəkilovun 2009-cu il tarixdə AMEA-nın Folklor İnstitutunda hüquq müşaviri vəzifəsində çalışarkən hazırladığı “Folklor nümunələrinin hüquqi qorunması və milli reyestrinin aparılması” Strategiyası (20 oktyabr 2009-cu il tarixdə AMEA-nın Folklor İnstitunun Elmi Şurasının 6 saylı qərarı ilə təsdiq edilmişdir) folklor nümunələrinin hüquqi qorunmasına dair ilk sistemli araşdırma və normativ aktdır. Sözügedən sənəd 29 sentyabr 2010-cu il tarixdə (№17/23) AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq edilərək, Folklor İnstitutu və bu sahə ilə məşğul olan digər qurumlar üçün normativ akta çevrilmişdir. Sonrakı dönəmlərdə S.Vəkilov elmi dərgilərdə bu mövzuda bir neçə məqalə çap etdirmiş və bu istiqamətdəki tədqiqatlarını dərinləşdirmişdir. Folklor İnstitutunun elmi dərgisi olan “Dədə Qorqud” jurnalında çap olunmuş “Folklor nümunələrinin hüquqi qorunması milli və beynəlxalq qanunvericilikdə” (2009, № 4) adlı məqaləsində hazırkı kitabda qaldırılmış problemlər məhz elmi-nəzəri və praktik aspektdən araşdırılmışdır. Müəllifin həmçinin “Saxta folklor mətinləri süni mədəniyyətlər yaradır” elmi məqaləsində folklor tədqiqatçıları üçün maraqlı materiallar mövcuddur. Həmin məqalədə folklorşünasların Novruz bayramı ilə bağlı cəmiyyətə süni şəkildə aşılamaq istədiyi məsələlərdən söhbət açılır. Müəllif göstərir ki, bir sıra tədqiqatçılar Novruzla bağlı bilavasitə sahə araşdırmaları ilə məşğul olmaq əvəzinə, kabinetlərdə oturub öz təxəyyüllərinin məhsullarını Novruz reallıqları adı altında ictimai fikrə ötürməklə məşğuldurlar.
S.Vəkilov göstərir ki, folklor nümunələrinin hüquqi qorunmasının milli və beynəlxalq qanunvericilik çərçivəsində öyrənilməsi, hüquqi qorunmasına dair prioritetlərin və strateji hədəflərin müəyyən edilməsi qeyri-maddi mədəni irsin qorunmasında ən vacib və aktual məsələdir. Bu baxımdan, kitabda folklor tədqiqatları ilə bağlı söyləyici, toplayıcı və tərtibçinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı irəli sürülən fikirlər folklorşünaslığın gələcək inkişafında yeni perespektivlər açacaqdır.
Elmi dəyərini nəzərə alaraq olaraq qeyd etmək lazımdır ki, folklor nümunələrinin hüquqi qorunmasına dair bu əsər folklor tədqiqatçıları üçün vacib mənbə olmaqla bərabər elmi ictimaiyyət üçün gözəl töhfədir.

Prof. Seyfəddin RZASOY
AMEA Folklor İnstitutunda
Mifologiya şöbəsinin müdiri



Paylaş



Bölmə: Maarif / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!