Əlli bir ildən sonra çöysüyən həsrət .....                        Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib .....                        AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ .....                        Suriyada seçkilər nə vaxt keçiriləcək? .....                        “Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı .....                        "Mançester Siti"nin növbəti qələbəsi .....                        Əfqanıstan da Azərbaycana başsağlığı verdi .....                        Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır .....                        Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi .....                       
Tarix : 11-11-2022, 09:05
Azərbaycan və Belarus alimlərinin birgə hazırladığı kitab işıq üzü görüb


Azərbaycan və Belarus alimlərinin birgə hazırladığı kitab işıq üzü görüb

Vətən müharibəsində Qələbənin 2-ci ildönümünün Azərbaycan xalqı tərəfindən qeyd edildiyi günlərdə “Azərbaycan döyüşçüləri – Belarus torpağının qəhrəmanları” kitabı işıq üzü görüb (Minsk: “Adukatsıya i vıkhavanne” nəşriyyatı, 2022, 400 səh.). Kitab Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycanın Belarusdakı səfirliyinin dəstəyi və səfir Ülvi Baxşəliyevin iştirakı ilə ərsəyə gəlib.
Azərbaycan və Belarus alimlərinin birgə hazırladıqları əsərdə milli tarixşünaslıqda ilk dəfə olaraq ümumiləşdirilmiş formada Belarusun müdafiə döyüşlərində və alman qoşunlarından azad edilməsində Azərbaycan döyüşçülərinin iştirakı araşdırılır. Kitabın tərtibatçıları yazıçı, jurnalist, ssenarist Larisa Kuçerova və Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru, Beynəlxalq Türk Dünyası Araşdırmaları Elmi Akademiyasının və G.V.Leybnits adına Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru professor Nurulla Əliyevdir.
Əsərin hazırlanmasında aşağıdakı tərkibdə müəlliflər qrupu iştirak edib: Belarus Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Belarus Hərbi Tarixi Mərkəzinin rəhbəri tarix elmləri doktoru professor Aleksey Litvin, Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru, Beynəlxalq Türk Dünyası Araşdırmaları Elmi Akademiyasının və G.V.Leybnits adına Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru professor Nurulla Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Belarus Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Belarus Hərbi Tarixi Mərkəzinin aparıcı elmi işçisi Anatoli Krivorot, Belarus Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Belarus Hərbi Tarixi Mərkəzinin böyük elmi işçisi İrina Voronkova, yazıçı, jurnalist, ssenarist Larisa Kuçerova, yazıçı Dmitri Koşevar və hərbi tarixçi, istefada olan polkovnik-leytenant Elmir Şaripov.

Toplanmış materiallar, eləcə də şahidlərin xüsusi dəyərə malik hekayələri Azərbaycan döyüşçüsü obrazını yaratmağa imkan verir. Təqdim olunan işdə müəyyən yenilik materialın təqdimat tərzinin seçilməsindən ibarətdir - bu, daha çox elmi-sənədli əsərdir.

İki hissədən ibarət əsərdə Azərbaycana həm Sovet İttifaqının arxa, resurs mərkəzi kimi lazımi qiymət verilir, həm arxa və cəbhə xəttində, həm də işğal olunmuş ərazilərdə azərbaycanlıların xüsusi qəhrəmanlığı vurğulanır, xüsusilə də onların Belarusda partizan hərəkatında iştirakı açıqlanır.
Brest qalasının Azərbaycan əsilli müdafiə iştirakçılarının əsgərlərinin foto, məktub və yazışmalarının orijinalları, həmçinin Stalag 352 alman hərbi əsir düşərgəsində həlak olmuş və Belarus ərazisində yerləşən hərbi hissələrdə hərbi xidmət keçmiş əsir azərbaycanlı döyüşçülər haqqında ətraflı məlumat böyük maraq doğurur.
Kitabda Belarusda partizan hərəkatında azərbaycanlıların konkret soyadları təqdim olunur və onların şücaəti göstərilir. Onların arasında Belarus torpaqlarında uzun müddət yaşamış yerli sakinlərdən olan azərbaycanlılar da sadalanır. Partiyanın gizli regional, şəhər və rayon komitələri ilə əlaqələr quran, mühasirəyə düşən və ya əsirlikdən qaçan, habelə partizan dəstələrinə müxtəlif yollarla qoşulan və faşistlərə qarşı mübarizədə şücaət göstərən azərbaycanlı əsgər və zabitlərinin taleyi barədə daha ətraflı bəhs edilir. Həmçinin 1943-cü ilin sentyabr-1944-cü ilin may aylarında Belarusun azad edilməsi üzrə hücum əməliyyatlarında iştirak etmiş azərbaycanlı döyüşçülərə və respublikanın yerli sakinlərinə ayrıca fəsil həsr olunub ki, burada müharibə qəhrəmanlarının taleyindən sənədli formada bəhs edilir. Kitabda azərbaycanlı hərbi komandirlərin və sıravi əsgərlərin taleyi ilə bağlı çoxlu maraqlı faktlar təqdim edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun şücaətini xüsusilə vurğulamaq lazımdır; onun Belarusun azad edilməsi tarixində, hərbi əməliyyatda tank birləşmələrindən istifadə taktikası olan “Aslanov kəlbətini” hərb elminə qırmızı xətt ilə daxil olub.
İkinci Dünya müharibəsi illərində Belarus ərazisində həlak olmuş 1700-dən çox azərbaycanlının siyahısının hazırlanmasında tədqiqatçıların səmərəli əməyini qeyd etmək lazımdır.
Kitabın bədii tərtibatı, mətni, sənədli faktlar və illüstrativ material diqqət çəkir.
Beləliklə, kitabda azərbaycanlıların İkinci Dünya müharibəsində, o cümlədən 1941-1944-cü illərdə Belarusun müdafiəsi və azad edilməsində iştirakına dair aparılan araşdırma təkcə tarixi deyil, həm də mənəvi əhəmiyyət kəsb edir, çünki bəyan edilmiş “Heç kim unudulmayıb, heç nə unudulmayıb” şüarına əks olaraq, qəhrəmanlığı faşizmin məğlubiyyətini yaxınlaşdıran, lakin nahaq yerə unudulan insanların adlarını xalqın yaddaşında canlandırmağa imkan verir. Eyni zamanda, kitab tarixi-memuar ədəbiyyatına, tarixin çətin dövrlərindən birinin ümumiləşdirilməsinə və səciyyələndirilməsinə müəyyən töhfə verir, tədqiqatın nəticələrindən Azərbaycan tarixi kursunun ayrı-ayrı bölmələrinin tədrisi prosesində, eləcə də gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində istifadə oluna bilər.
Əsərin mövzusu Azərbaycan torpaqlarına ərazi iddiaları Üçüncü Reyxin təcavüzkar siyasəti ilə səsləşən Ermənistanla “elan edilməmiş” müharibənin indiki şəraitində də böyük tərbiyəvi əhəmiyyət kəsb edir.
Bütövlükdə, kitab o dövrün narahatlığını, həyəcanını və sevincini hiss etməyə, Azərbaycan döyüşçülərinin Belarus torpağında göstərdiyi şücaətlə bağlı qürur hissini yenidən yaşamağa imkan verir. Əsər həm gənc, həm də yaşlı nəsil üçün maraqlı olacaq.
Sonda müəlliflər Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun və Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyinə göstərilən köməyə görə öz minnətdarlıqlarını bildirirlər.


Paylaş



Bölmə: Maarif / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!