20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 16-10-2017, 14:23
 "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyinin növbəti "dəyirmi masa"sı keçirilib


Butov.az xəbər verir ki, "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyi ötən cümə günü Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində İranlı Mühacirlər Cəmiyyəti mühacirətin dünyəvi Azərbaycan modeli mövzusunda növbəti "dəyirmi masa"sını keçirib. Tədbirdə həmin bölgədə və eləcə də Qax və Balakən rayonlarında məskunlaşan iranlı mühacirlər, onların ailə üzvləri, həmçinin müxtəlif qurumların təmsilçiləri iştirak ediblər. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub və ora tər gül-çiçəklər düzülüb.

"Dəyirmi masa"nı giriş sözü ilə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov açıb. O, mövzuya şəxsi müşahidələrinə, çoxillik təcrübəsinə, bilgilərinə istinadən bələdçiliyini deyərək vurğulayıb ki, müzakirəyə çıxarılan məsələ həqiqətən aktualdır, günlə səsləşəndir. İcra başçısı vaxtı ilə inşaatçı kimi fəaliyyət göstərdiyi bölgələrdə iranlı mühacirlərin quruculuğ işlərində, digər sahələrdə öncüllər sırasında olduqlarını, bu gün də ənənələrinə sadiq qaldıqlarını dilə gətirib. Əlavə edib ki, onlara hər bir sahədə qayğı yenə rayon rəhbərliyinin diqqət mərkəzindədir.

"İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyinin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Mühacir problemi ilə bağlı Azərbaycan modelinin öyrənilməsi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi" layihəsi çərçivəsində maliyələşdirilən tədbirdə səslənən bu fikirlər əslində son 70 ildə mühacirlərin kompakt halda məskunlaşdıqları bütün 32 şəhər və bölgəyə aid olduğunu vurğulayıb. İcra başçısı Mübariz Əhmədovun iranlı mühacirlərə, onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğıya görə "İranlı Mühacirlər Cəmiyyəti" İB-nin xüsusi diplomuna layiq görüldüyünü bildirib. Sonra isə fəxri mükafatı sahibinə təqdim edib.

R.Hüseynzadə söyləyib ki, "bizim Zaqatalada da tədbirimizdən əvvəl Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət etməyimiz məntiqi sayılmalıdır. Ekspertlər dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə təşkilatın müqayisəyə gəlməz uğurlarından söhbət açacaqlar. Mən isə əlavə etmək istərdim ki, məhz Ulu Öndərin hakimiyyətə qayıdışı İMC-nin ləğvini və zoraki yolla inzibati binasının tamamilə zəbtini istəyənlərin niyyətlərini puça çıxardı".
R.Hüseynzadə Ulu Öndərin yolunun Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən layiqincə davamının hər bir mühacir ailəsində sabaha inamını artırdığını deyib.

Lyihənin ekspertləri İranlı Mühacirlər Cəmiyyəti sədrinin birinci müavini, istefada olan polkovnik Firudin İbrahimli və " İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzi"nin sədri Zeynalabdin Abbasovun çıxışlarında İMC-ni mühacirətin dünyəvi Azərbaycan modeli kimi formalaşdıran məqamlar təqdim olundu. İlk növbədə diqqət ev, iş, təhsil, səhiyyə, mədəniyyət, ədəbiyyat, idman, Azərbaycan naminə hər cür şücaətə hazırlıq və digər sahələrdəki diqqətə layiq uğurlar, konkret faktlarla, misallarla əsaslandırıldı. Bütün bunların insan şərəfinə, ləyaqətinə, qayğılarına diqqətin Azərbaycan kimi tolerant ölkədə mümkünlüyünü dilə gətirdilər.
"20 Yanvar" Cəmiyyətinin sədr müavini, ehtiyatda olan mayor Nizami Rzaşüvarinin çıxışı iranlı mühacirlərin Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması yolunda və erməni işğalçılarına qarşı döyüşlərdə göstərdiyi şücaətlərə həsr edildi.

İMC-nin Zaqatala regional təşkilatının sədri Nadir Hünərvəri qurumun əhatə etdiyi üç bölgədəki fəaliyyətinin mənzərəsini yaratdı. Cəmiyyətin sədr müavini Murtuza Nizamoğlu İrandan ötən əsrin 80-cı illərində Azərbaycana mühacirət etdiyini vurğulayaraq həmin dövr Avropaya təşrif aparan həmvətənləri ilə nisbətdə müqayisə apardı: "yoldaşlarım Azərbaycanda qısa müddətdə ev, təhsil, işlə təmin edildilər. Digər ölkədəkilərlə söhbətlərdə isə onların necə ciddi çətinliklərlə üzbəüz qalmaları ürəkaçan hal deyildi".

Həkim Ərşad Qüdrətoğlunun, "Zaqatala" qəzetinin redaktoru İbrahim İbrahimovun, Turizm İnformasiya Mərkəzinin direktoru Tərlan Əhmədovun, jurnalist Elmira Mehdiyevanın, müəllim Məcid Yusifov (Mehrani) və başqalarının çıxışlarında qeyd olundu ki, əgər hər gün Aralıq dənizində sulara qərq olan mühacirlərin faciələrinə biganə qalan, sərhədlərini onların üzünə bağlayan, məskunlaşanları isə qovulma çağırışlarını qulaq ardına vuran ölkələrin rəhbərləri, Azərbaycana qarşı insan hüquqları müstəvisində əsassız təzyiqləri artırmaq istəyən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) təmsilçiləri Azərbaycana qarşı belə faktlardan xəbərdar olsaydılar onda yanlış münasibətlərindən mütləq xəcalət çəkərdilər. Ona görə də layihənin davamlılığının məqsədəuyğunluğu rəyinə gəlindi.
Sonda 12 nəfərə müxtəlif sahələrdə fərqləndiklərinə görə "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyinin diplomları təqdim olundu.



Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!