Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 20-12-2020, 16:30
Atalar deyib ki, gecənin xeyirindən, gündüzün şəri yaxşıdır. Bir də uşaqlıqda eşitmişəm ki, gecə vaxtı mümkün qədər çalışıb küçəyə çıxmayasan.

Deyilənə görə, gecənin qaranlığında küçədə adətən "qara" adamlar var - gəl edib, "qara" işlərlə məşğul olar. Amma di gəl ki, kimə deyirsən? Mənim bu anlamamaq inadkarlığım olmaya da... Bir də zəhrimara qalmış bu səbirsizliyim və hövsələsizliyim. Nə var, nə var karta pul köçüb, mütləq ki, gərək gecənin bir aləmində o pulu kartdan çəkim. Əl qərəz. Gecə bir yana, bu yağışlı - küləkli havada papağımı başıma qoyub, paltomu da geyinib düzəldim yola. Evimizlə bankomat arasında isə nə az, nə çox 15 - 20 dəqiqəlik yol var. Bu yolu qət edərək mənzil başına çatdım. Ünvana yetişəndə isə bankomatın qarşısında xeyli adam gördüm. Sırada öz yerimi tutdum. Məndən sonra da gələnlər oldu. Beləliklə, az vaxtda sıralarımız böyüdü. "Gecə saat 12-yə işləyir, amma sən bir növbəyə bax", "görəsən, bunlar da mənim qədər tərsdilər?" - deyə özüm - özümlə danışırdım ki, birdən sağ əli ilə kiçik qız uşağının sol əlindən bərk yapışmış qara libaslı, qara xallı, "qara" xala ortalıqda peyda oldu. Elə bu vaxt mənim bankomat qarşısındakı növbəm yetişdi. Yenicə maaş kartın cibimdən çıxarmışdım ki, bu "qara" xala özünü məndən önə ataraq uca və qulaqbatıran cır səslə: "Mən səndən öncə gəlmişəm" - dedi. Bu qədər camaat arasında yalan danışması bir yana, üstəlik də yalanla az qalırdı vurub göz çıxarsın. Çox keçmədi ki, növbə gözləyənlər bu "qara" qadına haqqlı olaraq öz etiraz səsini ucaltdılar. "Qara" qadının əlindən tutan balaca qız birdən: "Axı biz ən axırda gəlmişik, bu oğlan bizdən qaaaa... " - sözün tamamlamamışdır ki, "qara" qadın sol əlinin arxa tərəfi ilə uşağın ağzının üstündən sərt bir zərbə vurdu. Uşağın nitqinin quruması ilə orada olan hər kəsin səsi də kəsildi. Sanki qurbağa gölünə daş atmısan. Doğrusu, qarşımda peydahlanan bu qır - qızıllı, gözqamaşdıran şubalı "qara" qadının vəhşiliyini heç kəs gözləmirdi, elə mən də. Onun xarici görünüşü ilə ağzından çıxan "allı - güllü" təhqiramiz ifadələr və göstərdiyi "qəhrəmanlıq" heç üst - üstə düşmürdü.

Düzü dodaqlarını şişirtmiş, üzünü və qaşını dartdırmış, qadınlıq simasından çıxmış, dodaqlarını yersiz boyamış, üzünə çəkilmiş kirşanın belə yamaq kimi görsəndiyi bu qadını ilk görəndə hardasa içimdə bir qorxu yaşanmışdı. Bəli, bəli düz eşitdiniz. Qorxu...

Xarici görünüşü al - əlvan, daxili aləmi isə "qap - qara" olan bu qadından axı necə qorxmayasan?

Qorxunu bir kənara qoyaq. Mənim fikrim balaca qızın yanında idi. Onun gözlərindən dayanmadan yaş ələnirdisə, mənim də bu acı mənzərədən sanki ürəyimə köz ələnirdi.

Qadının zərbəsi isə yanındakı uşağın gözlərinə qaranlıq çökdürmüşdü. Üstəlik də hələ həyatın istisini - soyuğunu anlamayan, acısını - şirinini dadmayan, düzünü - əyrisini dərk etməyən bu balaca qızın təkcə bu günlük səsini kəsməmişdi. Onun bir ömür boyu daxilindəki haqqın, həqiqətin səsini kəsmiş, bu balaca qızın içindəki dürüstlük hissini boğub öldürmüşdü. Camaatın isə asta - asta səsi gəlməyə başlayırdı. Mən isə hələ də yerimdə donub qalmışdım. Fransanın prezidenti Makronun üz cizgilərindən arvadı Briqitteyə bənzəyən bu "qara" qadın isə bərəlmiş gözlərini mənə tərəf zilləyərək elə hey özün haqqlı çıxarmağa çalışırdı. Mən isə bu qadının daxilində fransızların ataları dediyi kimi: "Ədalət topaldır" - ifadəsinin həqiqətini gördüm və maaş kartımı bankomatda yoxlamamış oradanca sakitcə uzaqlaşdım. Bu qara libaslı, qara xallı, "qara" qadın isə hələ də orada duranların qanın qaratmaqla və "qara" işin görməklə məşğul idi...

Əsgər İsmayılov
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi



Paylaş



Bölmə: Ana seife / Ədəbiyyat / Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!