Hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi .....                        Bu işçilərə ödənişsiz məzuniyyətlər veriləcək .....                        Suriya ordusu daha bir şəhəri nəzarətə aldı .....                        "VAZ" beton maneyə çırpıldı - Xəsarət alanlar var .....                        İranda ölənlərin sayı 3 mini ötüb - KİV .....                        Səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi .....                        Ermənistanda İran əleyhinə aksiya keçiririlir - FOTO .....                        Oğurluq edən 5 nəfər saxlanıldı .....                        50 yaşlı kişi su kanalında boğularaq öldü .....                       
Tarix : 17-09-2020, 19:00
Hacı Məmmədov yazır:  hər gecənin bir səhəri


Təzadlı dünya: hər gecənin bir səhəri var
... İlimiz gözəl gəlmişdi. Aşağı-yuxarı, həyat öz axarı ilə davam edirdi. Bir müddət əvvəl - 10 fevral 2020-ci ildə 55-ci doğum gününü şadyanalıqla qeyd etmək üçün Rusiyanın İvanovo şəhərində birgə gözəl anlar da yaşamışdıq qardaşım Sərrafla. O, gözəl anların təəssüratından yaranan qürur hissi hələ bizi tərk etməmişdi. Bakıda yaxın ətrafımızla bu hissləri paylaşırdıq.
4 aprel 2020-ci ildə qapımızı qəfil döyən acı və inanılmaz xəbərin yükü çox ağır idi. Biz ən dəyərlimizi, taleyinə qürbət həyatı nəsib olmuş qardaşım Sərrafı itirmişdik...
Qardaşım Sərraf haqqın dərgahına qovuşandan sonra qara rəngə boyanmış həyatımızın dəyişəcəyinə inamımız sarsılmışdı. Həyat eşqini məyusluq, ümidsizlik qara ağızlı əjdaha kimi udmuşdu. Yaşamaq həvəsi deyilən bir hiss qalmamışdı.
Sən demə, ümid qapısı tam qapanmayıbmış...
Sən demə, cismən bizi tərk edən əzizimiz Sərrafın yanında yetkinləşib onun layiqli varisinə çevrilə biləcək ciyərparəsi Ruslan nəinki təkcə cismani boşluğu dolduracaq, hətta onun bütün mənəvi keyfiyyətlərini əxz edərək atasından sonra bütün yükü öz çiyinlərinə çəkə biləcək bir oğul kimi formalaşıbmış.
Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə qardaşım Sərrafın ciyərparəsi Ruslan Məmmədov seçkilərdə parlaq qələbə qazanıb. Həmin dumada ləyaqətli oğul kimi atasının yerini doldura bilib. Ruslanın bu nailiyyəti bizi hədsiz sevindirir və əminlik yaradır ki, qardaşımın həyat kredosu oğlu tərəfindən davam etdiriləcək. Yarımçıq qalmış layihələri reallaşacaq. Əməlləri, layihələri həyata keçdikcə Sərraf da yaşayacaq. Rahat ol, qardaş! Ruhun şad olsun, qardaş! Oğlun işiğımızı yandıra bildi! Atasının mirasına sahib çıxa bildi. Həyat davam edir. Yarımçıq qalan arzularını inşallah oğlun həyata keçirər...
Gərək ümidlər heç vaxt tam qırılmasın. Çünki, hər gecənin bir səhəri var!
Səni səmimi qəlbdən təbrik edirik, Ruslan!
Uğurların bol olsun! İnşallah!


Paylaş



Bölmə: Sosial şəbəkələr / Turan / Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!