Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 28-01-2016, 11:12
Gülməmməd İsrafiloğluna açıq məktub



Salam, qardaşım, dostum, sirdaşım!

Bir il öncə arzularımızı, ürəklərimizi… bir də ad günlərimizi birləşdirib Zabratdakı “Şəki filialında” yaxşı məclis keçirtdik – Sənin və Qiymət Məhərrəmlinin mənəvi-etik diplomatiyası sayəsində. O günün diqqət çəkən bir özəlliyi də var idi: Sənin 61, mənim isə 54 yaşım tamam olurdu – mən 1961-ci il, sən isə 1954-cü ildə dünyaya gəlmişik… Yazımın birində vurğulamışdım ki, Qax-Şəki və 27-29 yanvar arası məsafədən də yaxındır qəlblərimiz. Bu sıradan, gəlişigözəl kəlam deyil əsla. Axı illərlə saxladığımız məhrəm, səmimi münasibət… bir də Allah şahiddi buna.
Sən Qiymət xanımla əl-ələ verib Vətən üçün 3 nər – Nizami, Vüqar, Ceyhun kimi oğullar böyütmüsünüz. Üçü də ağıllı, dərrakəli, səmimi… Sənin kimi, Qiymət kimi. Sən püxtələşmiş, yüksək səviyyəli inşaatçı-mühəndis kimi halal zəhmətinlə, alın tərinlə qazandığın pulları yelə vermədin. Hər 3 oğlunu ev-eşik sahibi etdin. Atalıq borcunu artıqlaması ilə yerinə yetirdin.
Sənə tikdiyim neçə-neçə bina sakinləri, fərdi ev sifarişçiləri alqış eləyir – bu, çox illik əməyin görünən və duyulan mükafatıdır məncə.
Sən Azərbaycan elminə, Azərbaycan ədəbiyyatı və mənəviyyatına qiyməti hələ də dəyər tapmamış Qiymət Məhərrəmlini bəxş etdin, bununla da savab və əbədiyyət qazandın.
Monolit binaları inşa edən sən, kövrək, incə ürək, duyğusal söz sahibisən – bunu mən yox, yazdığın hekayələrin deyir. Şöhrət azarından çox-çox kənar gəzən sən Gülməmməd kitab buraxmağa belə cəhd etmədin, bununla da Azərbaycan nəsrini gözəl töhfədən məhrum etdin – bunu dostun Giya demir, Azərbaycan ədəbiyyatının tərcüməçisi Giya Paçxataşvili deyir.
Gülməmməd İsrafiloğluna açıq məktub

Sən Vətəncanlı, ailəcanlı, qohumcanlı, xeyirdən-şərdən qalmayan bir Oğulsan. Neçə-neçə tanıdığım və tanımadığım insanlara – o cümlədən, mənə əl tutmusan. Etdiklərini car çəkib reklama çevirməmisən. Sənin xislətin və genlərin buna yol verməzdi də…
62 ildə 62 igidin ömrünü yaşamaqdasan, ey qanı savabdan yoğrulmuş, işsizlikdən yorulmuş gözəl İnsan! İşsiz olsan da, işsiz dayanmadın – Zabratdakı “Şəki filialı”nı cənnətə çevirdin, əllərin var olsun, ey nəvələrin “Çiyələk babası”.
…Bu il ad gününə yenə də əliboş gəlir Ağ qardaın – yetim gürcü. Fəqət, sən ünvanlı arzuları doludur onun: qoy həyat eqşin nəvələrin sayı kimi artsın, səhhətin, qəlbinin nuru arxadan gələnlərin yoluna işıq saçsın! Axı “Bu yolda işıq görünür”. Və biz bu işığı görürük – Gülməmməd İsrafiloğlunun işığını!

Ülvi məhəbbətlə,
Giya Paçxataşvili


Paylaş



Bölmə: Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!