Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 30-12-2021, 15:38
İllərdir axtarışda olan “Akula Akif” Mövlam Şıxəliyevin cinayət işində üzə çıxdı

2 aydan artıqdır ki, Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə istintaqı davam edir. Cinayət işi üzrə 32 zərərçəkən və dünyasını dəyişən 4 zərərçəkənin hüquqi varisləri var.

Bütöv.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, məhkəmə açıq elan edilsə də, hakim Elbəy Allahverdiyev mətbuat nümayəndələrini prosesin keçirildiyi zala buraxmır. Proses faktiki olaraq qapalı keçirilir. Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir. Digər təqsirləndirilən şəxslər barəsində həbslə əlaqəli olmayan qəti imkan tədbiri seçilib.

İş üzrə zərərçəkənlərə 20 milyon manatdan artıq ziyan dəydiyi təsbit olunub, lakin təqsirləndirilən şəxslərin cəmi 7 milyonluq əmlakları müəyyən edilərək müsadirəyə təqdim olunub.

Cinayət işi üzrə istintaqda adı keçənlərdən biri də hazırda İnterpolun axtardığı Akif Mustafayevdir. Hazırda Fransada gizləndiyi ehtimal olunan Akif Mustafayev özünü iş adamı kimi tanıtsa da, ölkədən qaçaq düşməsindən sonra barəsində yayılan məlumatlarda əslində onun əsas vəzifəsinin imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil cinayətkar quldur dəstəyə dosye toplayıb çatdırmaqdan ibarət olduğu deyilirdi.

Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Anar Sadıx oğlu Heydərovun ifadəsini “Akula Akif”in barəsindəki məlumatları təsdiqləmiş olur.

Anar Heydərov ifadəsində deyib ki, 2004-cü ilin sentyabrında “İT Solition” MMC-ni təsis edərək sahibkarlıq fəaliyyət ilə məşğul olmağa başlayıb. Şirkətin fəaliyyəti infomasiya texnologiyaları, proqram təminatı, mühafizə sahələri ilə bağlı olub. 2010-cu ilin təxminən yanvar ayında dostu Aydın onu Bakı Əyləncə Mərkəzində Akif Mustafayevlə tanış edib. Sonuncu özünü sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən yaxın dostu kimi təqdim edib. Respublikada istənilən məsələni həll etməyə qadir olan şəxs kimi tanıdıb. Sonradan bir neçə dəfə onun işlədiyi ofisə gəlib müxtəlif məzmunda söhbətlər aparıb, hətta rəhbərlik etdiyi şirkətin 5 il ərzində MTN-in maddi texniki təminat şöbəsi ilə müqavilə bağlayaraq MTN-in inzibati binalarında yanğından mühafizə sisteminə xidmət göstərilməsi işlərini götürməsinə Akif kömək edib.

2010-cu ilin əvvəllərində Akif Mustafayev ona tez-tez xarici ölkələrə səfər etdiyini deyib və Şengen vizaları aldığına görə onu “İT Solition” MMC-yə işə götürməyi xahiş edib. Anar Heydərov da razılaşaraq Akif Mustafayevin adını satış meneceri kimi rəsmiləşdirib, əmək müqaviləsi bağlayıb.

Zərərçəkən deyir ki, 1 il sonra əvvəldən tanıdığı “Texnika, Bank”ın Müşahidə Şurasının sədri Etibar Əliyevin sifarişi əsasında bank üçün 2011-ci ildən başlayaraq 210 ədəd ödəmə köşkləri quraşdırıb və banka təhvil verib. Lakin 2012-ci ilin fevral-mart aylarında Etibar Əliyev MTN əməkdaşları tərəfindən tutulduqdan sonra bankın ona ödənilməmiş 1 milyon 980 min manat borcu qalıb. Akif Mustafayevlə tez-tez görüşdükləri üçün bu barədə onun xəbəri olub. Bir dəfə Akif Mustafayev ona MTN-in idarə rəisi Füzuli Əliyevin zəng edərək Anar Heydərovun Etibar Əliyevin oğlu ilə tez-tez telefon danışıqları olduğuna görə onu tutmaq istədiklərini deyib və ona kömək edəcəyini bildirib.

“Akif Mustafayevə görə gəldim, qurban olasan bu kişiyə, yoxsa səni də Etibar Əliyevlə tutacaqdım”

Bundan bir neçə gün sonra, 2012-ci ilin təqribən mart ayında Füzuli Əliyev onun işlədiyi ofisə gələrək söhbət zamanı “mən heç bura gəlməyəcəkdim, Akif Mustafayevə görə gəldim, qurban olasan bu kişiyə, yoxsa səni də Etibar Əliyevlə tutacaqdım" demiş, lakin ondan pul tələb etməmişdi. Bu söhbətdən 2-3 gün sonra Akif ona ”"TexnikaBank"ın sənə olan borcunu qaytartdıracam, bu pulu məndən başqa heç kim sənə onsuz da qaytara bilməyəcək, 500 min manat mənə pul verərsən" deyə təklif edib. O da məcbur olub razılaşıb. Həqiqətən, bir neçə ay müddətində “TexnikaBank” tərəfindən həmin məbləğdə pul ona qaytarılıb. Belə ki, 16 may 2012-ci il tarixdə həmin bankın idarə heyətinin sədri Samir Hüseynovla 2 milyon 336 min 400 manat məbləğdə müqavilə bağlayıb, müqavilənin şərtlərinə görə, bankın ona borclu olduğu pul ödənilməli imiş. Bundan sonra onun rəhbərlik etdiyi şirkətin “TexnikaBank”dakı olan hesabına 1 milyon 980 min manat pul köçürülüb, həmin pulun 650 min manatı “TexnikaBank”dan olan kreditə görə silinib. Qalan məbləği isə hissə-hissə nağdlaşdırıb 2012-ci ilin iyul ayının axırlarına kimi bankdan götürüb. 23 may 2012-ci ildə şirkətinin Bakı şəhəri, Z.Bünyadov prospekti 86 B ünvanında yerləşən ofisində öz otağında birinci dəfə 200 min manat, 2-ci dəfə 29 may 2012-ci il tarixdə 150 min manat, 3-cü dəfə 31 may 2012-ci il tarixdə 150 min manat Akif Mustafayevə şirkətin meneceri Rəşad Hüseynovun yanında pul verib.

2013-cü ilin yanvar ayında Akif ona Cahangir Hacıyevlə görüşdüyünü, sonuncunun “”TexnikaBank"ın Anar Heydərova ödədiyi pulu geri qaytarmaq lazımdı, mən Anar Heydərova 4 milyon manat kredit verəcəm, bir hissəsini “TexnikaBank”a ödəyin, qalan hissəsini isə istifadə edib faizlərini qaytarın" dediyini bildirir. İş adamı buna etiraz etdikdə isə Akif hədə-qorxu gələrək “başına oyun açarıq, həbs olunarsan, o pulu biz almışıq, biz də qaytarmalıyıq, sən heç bir zərər görməyəcəksən, hamısını ”Beynəlxalq Bank" qaytaracaq" deyib.

Zərərçəkənin ifadəsində qeyd olunur ki, həmin ərəfələrdə 050 211 03 04 və ya 050 206 66 66 saylı mobil nömrələrindən birinə zəng edilməklə onu 2013-cü ilin yanvar ayında MTN-in İstintaq Baş İdarəsindən adı yadında qalmayan müstəntiq çağırıb dindirdikdən sonra otağa Təhsin Ağayev daxil olaraq “sən indi generalın yanına gedəcəksən” deyib və onu Mövlam Şixəliyevin otağına aparıb. Təhsin Ağayevi əvvəllər tanımayıb, aralarında hər hansı məzmunda danışıq olmayıb, sonradan da Təhsinlə ünsiyyəti olmayıb. Mövlam Şixəliyev onu təxminən 5 dəqiqə ərzində təklikdə qəbul edib və “mən bilmirdim sən Akiflə yaxınsan, mən Akifə demişəm, o özü sənə deyəcək, get 2-3 günə məsələni həll elə” deyib.

Mövlam Şixəliyevin otağının sahəsi təxminən 70-80 kvadrat metr imiş. Girişdən üzbəüz geniş “T” formalı iş masası, iş masasının arxasında mebel, girişdən sol divar boyu küçəyə baxan iri ölçülü pəncərə olub.

İfadədən sitat: “Xüsusilə də kabinetin ”salat" rəngli, divar kağızı timsah dərisi dizaynında olması diqqətimi çəkdi, həmin görüşdə Mövlam Şixəliyev mülki geyimdə idi".

Zərərçəkən həmin gün MTN-in inzibati binasından çıxandan sonra Mövlam Şixəliyevin onu tutacağından narahat olub, həmin vaxt Mövlamın onu Akiflə dost olduğuna görə sərbəst buraxdığını hesab edib, sonradan bütün olanların hamısının bir “oyun” olduğunu, Mövlamın, Akif və Elşad Mahmudzadə ilə əlbir olub onun başına oyun açdıqlarını başa düşüb. Mövlamın yanından çıxdıqdan sonra Akiflə “Qurd qapısı” restoranında təxminən yarım saat ərzində görüşüb, Mövlam Şixəliyevlə görüşü barədə danışıblar.

Akif məsələni danışıb həll etməsi üçün MTN-in Elşad Mahmudov adlı idarə rəisinə onu tapşıracağını deyib, həmin gün axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Statistikanın kruqu” deyilən yerdə yerləşən “Maestro” restoranında Akif və Elşad adlı şəxslə görüşüb. Elşad ona kömək etmək üçün Mövlamla danışıb xəbər edəcəyini deyib. Növbəti gün eyni restoranda yenidən eyni tərkibdə görüşəndə Elşad Mövlamla danışdığını, onun tutulmaması üçün Mövlamın 500 min dolları istədiyini deyib.

Lakin o, Akifə 300 min dolları verə biləcəyini deyib, həmin məbləğə Mövlamı razı salmalarını Akif və Elşaddan xahiş edib. Elşad axşam Mövlamla görüşüb parkda gəzəndə sonuncu ilə danışıb razı salmağa çalışacağını bildirib. Sonrakı gün də yenə də eyni yerdə, eyni tərkibdə görüşüblər və o, özü ilə gətirdiyi 300 min dollar pulu Elşada verib. Pulu Elşadın tünd göy rəngli “Mercedes Benz E class” markalı, 088 dövlət qeydiyyat nişanlı avtomobilinin baqajına qoyub və Elşad gedib. Bunun ardınca Akif ona Elşadın neçə gündür Mövlamı onun işinə görə razı salmaqdan ötrü əziyyət çəkdiyinə görə Elşada da “hörmət” kimi heç olmasa 10 min manat pul verməsini istəyib.

“Pul çatdı və müstəntiq ”sənin məsələn bağlandı" dedi"

O da həmin vaxt üzərindəki əl çantasında olan 10 min manat pulu Elşada çatdırması üçün Akifə verib. Həmin pulu Akifin Elşada verdiyini sonradan Elşadın ona həmin pula görə təşəkkür etməsindən bilib. Elşadın da pulu Mövlama çatdırmasını ikinci görüş zamanı müstəntiq Mətləbin ona “sənin məsələn bağlandı” deməsindən bilib. Belə ki, Mövlam Şixəliyevin ondan Akif Mustafayev və Elşad Mahmudzadənin vasitəsilə tələb etdiyi 300 min dolları verdikdən bir müddət sonra ifadəsində dəyişiklik edilməsi məqsədilə xatırlamadığı MTN əməkdaşı zəng edərək onu quruma çağırıb.

2-ci görüşdə o, ancaq müstəntiq Mətləbin qəbulunda olub ifadəyə imza edib. Mətləb ilk görüşlə müqayisədə onunla daha mülayim və xoş davranıb, “sənin məsələn bağlandı” deyib. Buna baxmayaraq, Mətləbin özü ilə arasında hər hansı pul söhbəti olmayıb, o, Mətləbə Mövlam Şixəliyevə çatdırmaq üçün Akif və Elşada pul verdiyini bildirməyib.

Zərərçəkən ifadəsində deyib ki, Mövlam Şixəliyevin qəbulunda cəmi bir dəfə olub.

Anar Heydərov deyib ki, bundan sonra o, həmçinin məcbur olub Akif Mustafayevin “Azərbaycan Beynəlxalq Bank”ı ASC-dən 4 milyon manat kredit götürməsi təklifi ilə də razılaşıb:

- 5 iyul 2013-cü ildə Akif Mustafayevin təşkilatçılığı əsasında “Azərbaycan Beynəlxalq Bank”ının Sumqayıt filialı ilə 4 milyon manat kreditin götürülməsi barədə müqavilələrə imza etdi. Əslində isə həmin vaxt ayrı bankda kredit xəttim vardı. Buna görə də “Beynəlxalq Bank”dan əlavə kredit xəttinə heç bir ehtiyacım yox idi. 5 iyul 2013-cü ildə “Beynəlxalq Bank”dakı hesabıma 2 milyon 500 min manat pul mədaxil olundu. Həmin pul rəhbərlik etdiyim şirkət tərəfindən verilmiş bank çek kitabçası vasitəsilə İlqar Hüseynov tərəfindən Pribaltika ölkələrindən hansındasa yerləşən ofşor şirkət olan “City Port Contracts LP”nin hesabına köçürüldü. Daha sonra isə həmin ofşor şirkət tərəfindən 2 milyon 357 min manat (həmin pulun 0,3 faizi xidmət haqqı, 1 faiz isə ofşor şirkətdən pulun köçürülmə haqqı olub) “Texnika Bank” ASC-yə köçürüldü. 1 milyon 643 min manat pul rəhbərlik etdiyim şirkət tərəfindən götürülərək biznesin inkişafına xərcləndi. 2013-cü ildə dostu Aydın Cəfərovla birlikdə “VİP Həyat” MMC-ni təsis edərək kosmetoloji malların Azərbaycana idxalı və pərakəndə satışını həyata keçirmək barədə razılaşdıq. Lakin Akif Mustafayev bu razılaşmadan xəbər tutan kimi həmin şirkətə şərik olmağı tələb etdi. Hədə-qorxu gəldi deyə onunla razılaşmağa məcbur olduq və 50 faiz payı onun dayısı oğlu Orxan Alik oğlu Məcidovun adına təsisçi kimi rəsmiləşdirdik. 25 faiz Akif Mustafayevin bacısı oğlu Arif Novruz oğlu Şükürov təsisçi kimi rəsmiləşdirildi. 25 faiz isə Aydın Eldar oğlu Cəfərovun həyat yoldaşının adına rəsmiləşdirilib. Şirkətin biznes ideyası Aydına, invenstisiya qoyulan 700 min manat pul isə ona aid olub. Şirkət İzrailin “Deşeyl” şirkətinin istehsalı olan kosmetoloji malların ölkədə satışını həyata keçirib. 2014-cü ilin oktyabr ayında Akif Mustafayev onu 45 faiz ona, 45 faiz Akifə və 10 faiz Aydına məxsus olmaqla həmin şirkətin yeni Nizamnaməsini tərtib etməyə məcbur edib. 2015-ci ilin dekabr ayından həmin şirkət fəaliyyətini dayandırıb.


Paylaş



Bölmə: Ana seife / Maarif / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!