"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 29-02-2024, 00:57
İran tarixinin gerçəyi: fars mədəniyyəti, yoxsa Altay sivilizasiyası?

Son zamanlarda İranpərəst Aryanist təbliğat səbəbilə Ön Asiyada bir çox qədim sivilizasiyalar iranlıların atası Aryan irqinə aid edilməkdədir. Biz bu yanlış görüşü qəbul etmirik. Çünki İranda beş min illik antik Elam mədəniyyəti başda olmaqla Medlər, Qutilər, Lullubilər, Şərqi Anadoluda Hurrilər, Zaqros dağlarında Kassilər və s. antik mədəniyyət və sivilizasiyaların iranlıların İrana ilk gəlişindən əvvəllər mövcud olduğunu yaxşı bilirik. İrançılar Farsların ataları Aryanların İrana gəlişini hər nə qədər qədim zamanlara aparmağa çalışsalar da real mənbələr tam əks mənzərəni gün üzünə çıxartmaqdadır. Arxeoloji qazıntılar və tarix çalışmaları, bugünkü İran torpaqlarındakı bilinən mədəniyyət izlərinin m.ö. 6000-5000 illərinə qədər getdiyini göstərməkdədir. Orada ilk mədəniyyət quran xalqların, Qafqaz və ya Xəzər bölgəsindən enən xalqlar olduğu söylənilir. Vilbert də bugünkü İran torpaqlarında ilk mədəniyyət quranları Qafqaz və Xəzər xalqları qəbul etməklə birlikdə, "bu xalqların irqən kimlər olduğu bəlli deyildir" yazır (Bax. Wilbert D. N.: Iran, Past and Present, Princeton University Press, Princeton, 1955, s. 15). Lakin özü kimi eyni görüşü qəbul edən bir çox tarixçi və coğrafiyaşünas bu xalqların Oğuz boyları olduğunu bildirməkdədir (Bax: Smith G. E., Human History, London, 1930, s. 167). İranda fars tarixinin başlanğıc nöqtəsini ayrıca təhlil etmək baxımından aşağıdakı mənbələr xüsusi əhəmiyyət kəsb edir: 1) "Yaxın Şərq və bugünkü İran torpaqlarında m.ö. 3 və 2-ci minilliklərdə xalqların danışdığı dillərin, sadəcə İran dilləri ailəsi ilə deyil, Hind-Avropalı dillər ailəsi ilə də heç bir əlaqəsi yoxdur. Burada yaşayan Elamlılar (Kârû və Kərhə dərələri və bugünkü Xüzistanda), Kassilər (Kassites, Yuxarı Babildə) Lullubilər (Qərbi İran dağlarında), Kaspi və Mannalılardan (Mannanlar, Xəzərin cənubu) ibarət idi. İran dilləri ilə əlaqədar ilk dəlillər, özəl adlar və yer adları olub m.ö. 9 və 8-ci əsrlərə aiddir (Bax: Mikhailovich O. İ. İranskie jazyki, Farsça çev. A. E. Sadekî: Zabanhâ-ye İrânî, Tehran, 1998, s. 45-46). 2) "M.ö. 9-cu əsrin sonlarına doğru mixi yazılar heç bir Aryan xalqı, heç bir Aryan adı çəkmirlər... Avropa Aryanlarının gəlmələrinə qədər bütün Kiçik Asiyada heç bir etnik Aryan coğrafi adı və ya özəl adı yoxdur." (Bax: Zaborowski M. S. Les Peuples Aryens d'Asie et d'Europe, Paris, O. Doin, s. 134). 3) "Hər halda, m.ö. 6-cı əsrin sonuna doğru və ya 5-ci əsrin başına doğru Midiya ölkəsində heç bir İran xalqının izi yox idi... Nə də, Şərqi Midiya ölkəsində və ya daha şərqdə sonrakı dillərdə heç bir İran qalıntısı tapıla bilməmişdir (Bax: Diakonoff İ. M. "Media", The Cambridge History of İran, ed. by ı. Gershevitch, Cambridge, Cambridge Uni. Press, 1985, c. 2, s. 36-148). 4) Aryanların İran toroaqlarına m.ö. 900-cü illərdə gəldiyini müdafiə edən tarixçilərdən biri də Vilbertdir (Bax: Wilbert D. N. Iran, Past and Present, Princeton University Press, Princeton, 1955, s. 18). 5) M.ö. 9-cu Əsrdən öncə bugünkü İran torpaqlarında Aryanların olmadığını müdafiə edən tarixçilərdən biri də J.Halevidir. Halevinin görüşləri üçün (bax: Journal Asiatique, 1898, c. XI, s. 320). Gördüyünüz kimi İrani-Aryanların bu torpaqlara ilk gəlişi eramızdan əvvəl I minilliyi əsla keçmir. Midiyalıların isə Turani bir xalq olduğunu daha öncəki məqaləmdə ifadə etmişdim. İranlılar İranın əsl sahibi və ən qədim sakini deyilsə, elə isə İranda ilk dövləti quraraq Sumerlər çağında İran mədəniyyətini (!) başladan bu Elam xalqı hansı kökdən gəlməkdədir? Elamlıların kökəninin təyin olunmasında aşağıdakı mənbələr əhəmiyyətlidir: “Ən qədim dövrlərdən çox parlaq sivilizasiya və çox qüdrətli imperiya qurmuş Susa xalqı iranlı görünmür, elamlılar da belə idilər” (Bax: Lehmann Edv. : "Les Perses", Manuel d'Histoire Des Religions, ed. P. D. Chantepie de la Saussaye, Paris, A. Colin, s. 437). Q.A.Barton da Elam mədəniyyətinin mənşəyini Orta Asiyaya aid edirdi. Şmidt elamlılar və Samoyed türkləri arasındakı inanc əlaqələrinə diqqət yetirmişdir. Eynilə, V.Koppers elamlılarla Altay mədəniyyəti arasında əlaqənin tarixən mümkün olduğu qənaətindədir. Elam dilinin semitik dil olmadığını dedikdən sonra ser Sayks deyir ki, “bu dil Turan dili kimi qeyri-müəyyən şəkildə təsvir edilən dilə aiddir”. Elam dili ilə türk dilinin əlaqəsini sonralar H.Z.Kosay çox açıq şəkildə ortaya qoydu (Bax: Koşay Hâmid Zübeyir, Elamisch-Türkische Sprachverwandtschaft, Ankara, 1937). Qirsman isə nöqtəni belə qoyur: “Bu mədəniyyət, deyəsən, Türkistan düzündə axan Seyhun və Ceyhun çaylarının formalaşdırdığı bölgədən, hətta daha uzaqlardan, Orta Asiyanın ürəyindən gəlib." Elam mədəniyyətinin indiki İranlılar ilə heç bir əlaqəsi olmadığı kimi, Türk mədəniyyəti ilə bağlı, hətta Türk mədəniyyətinin bir qolu olduğu meydana çıxmaqdadır. Gəlinən son qənaət budur ki, indi İran adlanan ölkədə tarixi və sivilizasiyanı, İrançıların heç sevmədiyi Türk milləti başladıb.

Nağıbəyov Məmmədtağıbəy.


Paylaş



Bölmə: Ana seife / Tələbə sözü / Karusel
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!