Cəlilabad sakini Bakıda dəm qazından öldü .....                        Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş... .....                        Şərif Trampdan İranla bağlı xahiş edib .....                        "Real" evdə uduzdu, "Arsenal" səfərdə qalib gəldi .....                        Ağdaban qətliamından 34 il ötür .....                        Küveyt hakimiyyəti: "Evlərinizdə qalın" .....                        ABŞ Bəhreyndəki vətəndaşlarına xəbərdarlıq etdi .....                        Rusiya və Çin BMT-nin Hörmüz boğazı ilə bağlı qətnaməsini blokladı .....                        Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər? - YENİ QAYDA - VİDEO .....                       
Tarix : 28-11-2019, 12:30
Qara dəniz ölkələrinin mədəniyyət və turizm əməkdaşlığı
Qara dəniz ölkələrinin mədəniyyət və turizm əməkdaşlığı

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə mədəniyyət və turizm sahəsində əməkdaşlıq üzrə işçi qruplarının birgə iclası noyabrın 26-da Türkiyənin İstanbul şəhərində keçirilib.
İclasın gündəliyinə QDİƏT üzvü olan ölkələrin mədəniyyət və turizm məsələləri üzrə nazirlərinin qəbul etdikləri bəyannamələrin icrası, Avropa Şurasının mədəni marşrutları ilə bağlı yeni layihələrin qiymətləndirilməsi, Dünya Turizm Təşkilatının İpək Yolu Proqramı, “Qara dəniz mətbəxi” Proqramı, film festivallarında iştirak, üzv ölkələrdə mədəniyyətlə bağlı tədbirlər və beynəlxalq sərgilər, qeyri-maddi mədəni irsin UNESCO siyahısına daxil edilməsi ilə əlaqədar məsələlərin müzakirə edilməsi üçün üzv ölkələrdən nümayəndələr siyahısının hazırlanması və digər məsələlər daxildir.
Avropa Şurası mədəni marşrutlarına dair genişləndirilmiş çərçivə sazişinin icra katibi Stefano Dominioni yeni yaradılması nəzərdə tutulan mədəni marşrutlar haqqında geniş məlumat verib və üzv ölkələri bu sahədə fəal işlər aparmağa çağırıb.
Tədbirdə Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Günel Aslanova çıxış edərək, Azərbaycanın zəngin tarixə, mədəniyyətə və milli adət-ənənələrə sahib olması, mədəni potensialın beynəlxalq səviyyədə təbliği baxımından mədəni marşrutların rolu, eyni zamanda ölkəmizin mədəni marşrutlarla bağlı yeni layihələri barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycan 2011-ci ildən etibarən Avropa Şurasının mədəni marşrutlar layihəsinə (Cultural Routes of Council of Europe) qoşulub. Hazırda Azərbaycan Avropa Şurasının 5 mədəni marşrutu – “Yəhudi irsi üzrə Avropa marşrutu”, “Şərab yolu”, “Qədim qayaüstü incəsənət izləri”, “Termal şəhərlər” və “Zeytun ağacları” mədəni marşrutlarında təmsil olunur.
Azərbaycanın qoşulduğu mədəni marşrutlarla bağlı aparılan işlər, həmçinin yaxın gələcəkdə nəzərdə tutulan yeni layihələr barədə məlumat verilib.
Qara dəniz ölkələrinin mədəniyyət və turizm əməkdaşlığı
Qara dəniz ölkələrinin mədəniyyət və turizm əməkdaşlığı


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!