Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 29-11-2018, 13:48
Qara dəniz regionu üzrə mədəni əməkdaşlıq müzakirə edilib
Serbiyanın paytaxtı Belqradda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) mədəniyyət üzrə İşçi qrupunun görüşü və üzv dövlətlərin Mədəniyyət nazirlərinin toplantısı keçirilib. Hazırda təşkilata Azərbaycan Respublikası sədrlik edir.
İşçi qrupun görüşündə Mədəniyyət Nazirliyini Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədova təmsil edib. Görüşdə 2017-ci il üzrə qrupun koordinatoru olmuş Serbiyanın qiymətləndirmə məruzəsi dinlənilib. Bundan əlavə, QDİƏT-in mədəniyyət platformasının yaradılması, film festivallarında iştirak, üzv ölkələrin XX əsr klassik yazıçılarının əsərlərindən ibarət toplunun nəşri, “Qara Dəniz Gənc Simfonik Orkestri”nin təsis olunması, birgə televiziya verilişlərinin hazırlanması kimi gələcək layihələr müzakirə edilib.
Mədəniyyət nazirlərinin toplantısında Azərbaycanı ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. “Mədəniyyət diplomatiyası – daha yaxşı dünya üçün bir vasitə” adı altında keçirilən toplantıda Qara dəniz regionunda mədəni irsin müdafiəsi, mədəni əməkdaşlığın təşviqi, sabit və təhlükəsiz dünya üçün mədəniyyət diplomatiyasının formalaşdırılması kimi mövzular ətrafında müzakirələr aparılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!