İsrailin XİN başçısı Azərbaycana yola düşdü .....                        Moskva geri addım atır? .....                        Sahibə Qafarova həmkarı ilə görüşdü .....                        Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu .....                        Rusiya Maduronun azad edilməsini tələb edir .....                        NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi .....                        Qrenlandiya böhran: İşıqsız və istiliksiz qaldı .....                        “Temu” Türkiyədə xarici məhsul satışlarını dayandırdı .....                        Fərəh Pəhləvi İranda ölənlərdən danışdı .....                       
Tarix : 9-06-2022, 09:56
Elm Tarixi İnstitutu  “Kulturologiya və insan kapitalı” mövzusunda elmi seminar keçirib - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi Institutu (ETI) “Kulturologiya və insan kapitalı” mövzusunda elmi seminar keçirib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, akademik Validə Əlizadə, Akademiyanın Memarlıq və İncəsənət, Şərqşünaslıq İnstitutlarının, Azərbaycan Respublikası Təhsil İnstitutu, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşları, Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət və İslam Universitetlərinin müəlllim və tələbə heyəti, mədəniyyət işçiləri, müxtəlif Qeyri Hökümət Təşkilatı mənsubları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Elm Tarixi İnstitutunun Baş direktoru, tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəyli tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. Seminar mövzusunun aktuallığını qeyd edən M.Seyidbəyli Elm Tarixi İnstitutunda aparılmış tədqiqatların kultorologiya ilə bağlı aspektlərinə toxunub, sahənin elm tarixinin profil istiqamətləri ilə nəzəri yaxınlığı haqda danışıb.

Sonra seminarın məruzəçisi “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı, tarix üzrə elmlər doktoru, professor Fuad Məmmədov “Kamilliyə aparan yol” mövzusunda çıxışını təqdim edib.

Çıxışında kulturologiyanın metodologiyası, tədqiqat obyektləri və yanaşma üsulları barədə ümumi məlumat verən professor qeyd edib ki, dünya sivilizasiya tarixinin müasir mərhələsində şəxsiyyət, cəmiyyət və dövlətin həyatında kulturologiyanın əhəmiyyəti dönmədən artır.

Alim, bildirib ki, insanın həyat fəaliyyətinin təkmilləşməsi, qloballaşmadan yaranan yeni tələblər, dövlət və cəmiyyətin inkişafı, yeni texnologiyalardan düzgün istifadə, şəxsiyyət və liderlərin hazırlanmasına olan ehtiyac siyasi, sosial-iqtisadi və beynəlxalq proseslərin sistemli kulturoloji təhlilinə xüsusi ehtiyac yaradıb. Kulturoloji tədqiqat, təhsil və maarifçilik olmadan balanslaşdırılmış siyasət və effektli dövlət idarəçiliyi, rəqabətli iqtisadiyyat və yüksək sosial etika, beynəlxalq münasibətlər və dünyada mədəniyyətin bərqərar olmasını təsəvvür etmək mümkün deyil, – deyə natiq fikirlərini tamamlayıb.

Maraqlı yanaşmalarla yadda qalan tədbir, iştirakçıların alimə ünvanladığı fərqli suallarla müzakirə formatında davam edib.

Sonda professor Məryəm Seyidbəyli maraqlı və əhatəli çıxışa görə Fuad Məmmədova Elm Tarixi İnstitutu adından xüsusi təşəkkürünü bildirib və alimə İnstitunun yeni nəşri olan “Azərbaycan tibb elminin tarixi” kitabını hədiyyə edib.





ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com,
(012) 539 51 35,
051 446 44 76


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!