“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda .....                        Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü .....                        Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır? .....                        Ermənistan-Azərbaycan sülhü regionun ab-havasını dəyişəcək - Ərdoğan .....                        Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət .....                        Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM .....                        Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı .....                        Sabahın havası: Külək, yağış, dolu... .....                        İran nüvə proqramından imtina etməyib - Tramp .....                       
Tarix : 25-07-2017, 12:34
"Zaman və məkan" adlı qısametrajlı sənədli filmlərin ssenari müsabiqəsi elan edilib


Azərbaycan Kinematoqrafçılar İttifaqı “Zaman və məkan” adlı qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi elan edir.

Butov.az xəbər verir ki, müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədi ilə keçirilir. Müsabiqə həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulub.
Müsabiqənin şərtləri:
Müsabiqəyə sənədli filmlər üçün ssenarilər qəbul olunur.
Yaşı 35-ə qədər olan bütün şəxslər müsabiqəyə ssenari təqdim edə bilər.
Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır.
Ssenari orijinal və ekranlaşdırılmamış olmamalıdır. Buna görə müəllif birbaşa məsuliyyət daşıyır.
Ssenarilər müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.
Şrift Courier New, ölçü 12 tələb olunur.
Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.
Müəllif ssenari ilə birgə tərcümeyi-halını da təqdim etməlidir.
Hər bir müəllif 3 (üç) ssenaridən artıq təqdim edə bilməz.
Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.
Ssenarilər 31 oktyabr 2017-ci il tarixinə qədər Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına göndərilməlidir.
Ünvan: Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı,
Bakı şəh. Səməd Vurğun küç. 43 (World Business Center, 16-cı mərtəbə)
Qaydalar:
Müsabiqənin peşakar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edir.
Münsiflər heyəti məxfi seçim nəticəsində üç ssenarini qiymətləndirəcək.
Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq:
I yer 1500 manat
II yer 1000 manat
III yer 500 manat
Müsabiqənin nəticələri 2017-ci ilin noyabr ayında açıqlanacaq.
Əlaqə üçün: tel:(+99412597-48-04), fax:(+99412597-48-03), mob:(+99451427-41-03), arki.2012@mail.ru
İnformasiya dəstəyi - AzərTac, Trend news agency, Day.Az, Kaspi qəzeti, Səs qəzeti, Mədəniyyət qəzeti


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!