Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
26-11-2021, 12:50
Azərbaycanın məşhur diktoru vəfat etdi

Azərbaycan radiosunun diktoru Lyudmila Nəzərli dünyasını dəyişib

Kulis.az xəbər verir ki, bu haqda diktor, əməkdar artist İradə Ağayeva bildirib.
Noyabrın 2-də koronavirusa yoluxan Lyudmila Nəzərli xəstəxanaya yerləşdirildikdən bir müddət sonra müalicəsini reanimasiyada davam etdirirdi.

Qeyd edək ki, Lyudmila Nəzərli Azərbaycan Radiosunda çalışıb, 2014-cü ildən indiyədək CBC telekanalında televiziya təlimçisi kimi fəaliyyətini davam etdirib.

O, ötən il “Tərəqqi” medalına layiq görülüb.

Bütöv.az
24-11-2021, 13:17
Nizami Gəncəvinin fransız dilində nəşr olunmuş kitabı təqdim olundu

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə fransız dilində nəşr olunmuş “Nizami Gəncəvinin Qəzəlləri və Kəlamları” adlı kitabın təqdimatı olub.

Bütöv.az-ın məlumatına görə, təqdimat “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində baş tutub.

Təqdimatda bildirilib ki, kitab Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən maliyyələşdirilib və Fransada fransız dilində çap olunub.

Təqdimatdan sonra Beynəlxalq Forum çərçivəsində “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri” mövzusunda ilk panel müzakirələrinə başlanılıb.
23-11-2021, 16:06
Sabah Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu işinə başlayır

Sabah Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) öz işinə başlayır.

Bütöv.az xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Foruma həsr olunan brifinqdə məlumat verib.

Forumun mövzusu “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” adlanır və şairin anadan olmasının 880 illiyinə həsr edilib.

24-26 noyabr tarixlərini əhatə edəcək NGBF dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirərək “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, ”Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçirilən platformadır.

Beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Üç gün davam edəcək Forumda Türkiyə və Özbəkistanın mədəniyyət nazirləri də iştirak edəcək.

Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili planlaşdırılır.

Elnur Əliyevin bildirdiyinə görə, məqsəd həm şair, həm də dahi Azərbaycan mütəfəkkiri olmuş Nizami Gəncəvinin əhatə dairəsini göstərməkdir.

Forumda müxtəlif ölkələrdən iştirak edəcək nümayəndələr Nizami Gəncəvinin ideyalarının onların coğrafiyasına, ölkədəki idarəçilik formasına və təbii ki, ədəbi janrlara təsirlərindən danışacaqlar.
16-11-2021, 13:00
Əməkdar artist Məcnun Hacıbəyov vəfat etdi

Azərbaycanın tanınmış aktyoru, Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib.

Aktyor 86 yaşında dünyasını dəyişib.

Mərhum bu gün Qubanın II Nügədi kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, M.Hacıbəyov 1935-ci ilin 5 oktyabrında rayonun İkinci Nügədi kəndində doğulub. Aktyor 10 illik orta məktəbi də bu kənddə bitirib. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.

Aktyor “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik Macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

Bütöv.az
12-11-2021, 21:10
Yaza bilmədiklərimi çəkən rəssam

SEHRAN ALLAHVERDİ – 60
Yaza bilmədiklərimi çəkən rəssam
Mən bir rəssam tanıyıram – Sehran Allahverdi. Soyadının Allahverdi olması da diqqəti çəkir (Bizim də soyadımız Tanrıverdiyevlərdir). Bəli, onu Allah özündən sonra təbiəti, insanları yaratmaq üçün bizə bəxş edib. Hər şəxs bu qüdrətə, bu fitri istedada malik deyil. Seçilən insanlar sırasındadır Sehran Allahverdi. Həm çəkdiyi əsərləri, həm də şeirləri ilə. Çəkə bilmədiklərini şeirlərində, yaza bilmədiklərini rəsmlərində deyir.
Gec tanıdıq rəssamı amma sanki çoxdan tanıyırıq. Ailəvi dost olmaq da varmış qismətimizdə. Və heç bilməzdim ki, bir gün Giya ilə məni də öz politrasının köməkliyi ilə əbədiləşdirəcək. Ən sevdiyim əsəri isə tanınmış yazıçı Meyxoş Abdullahın “Saçlarından asılan qız” hekayəsinə çəkdiyi rəsm idi. Çox əsərlərinə, əsasən də insan portretlərinə daha çox rast gəlirik. İnsanların duyğularını, düşüncələrini, iç dünyasını öz əsərlərində daha dolğun ifadə etmək bacarığı aydın görünür rəsmlərdə. Belə əsərlərdən biri də atamın ildönümünə kətan üzərində çəkdiyi rəsmdir. Rəssam atamı cəmi bir dəfə görmüşdü və öz könül diqtəsi ilə onu rəsmdə əbədiləşdirməyə söz verdi. Təsadüflər zərurətdən doğur deyirlər. Çünki Givi atam haqında bir illiyinə kitab çap etməyin vacib olduğunu mənə demişdi. Yazmadım, ona görə yox ki, yaza bilmədim. 70 illik bir ömrün kədərini, sevincini bir kitaba sığışdırmaq sözün əsl mənasında mənə çətin gəlirdi. Atamın keşməkeşli günləri yadıma düşəndə gözlərim dolurdu. Ağlamağımı isə Givi görsə bunu mənə yazdırdığına görə peşman olacaqdı. Əlbəttə, Givi də öz qaynatasının ölümünə biganə qala bilmirdi. Məhz bu səbəbdən onu kitabda əbədiləşdirmək istəyirdi. Bir övlad kimi atamın ruhu qarşısında borcluyam. Yazını onsuzda yazacam – gücümü, qüvvəmi toplayıb. Ancaq bu gün atam haqqında kağız üzərində yaza bilmədiklərimi rəssam öz kətanı üzərində yazdı – özü də necə yazdı! Bu isə zərurətdən doğan bir təsadüf idi. Atamın gözlərində əzab, üz cizgilərində 16 yaşından ailənin yükünü daşıdığı çətinlikləri ifadə olunmuşdu. Buna baxmayaraq atam bu halından razı idi çünki rəssam onu çətinliklərdən qurtarmaq üçün cənnətdə yaratmışdı – sanki məkanı cənnət idi...elə cənnət oldu da. Bu isə mənim fikirlərimlə üst-üstə düşürdü. Çünki dünyasını dəyişən günü içimdə bir hiss yarandı – atam dünya əzabından qurtardı.
Ruhu şad olsun, ATA!
Bu gün Sehran Allahverdi imzası çoxlarına tanışdır. Hətta Türkiyədə əsərlərinin sərgisi keçirilib. Buna da sevinirik. Axı onun buna haqqı var. Nəinki 44 günlük müharibədə hətta birinci Qarabağ döyüşlərində də o susmayıb. Necə deyərlər fırçasını silaha çevirib. İlk çəksiyi əsərlərdən biri də Birinci Qarabağ döyüşlərində Şuşa uğrunda qəhrəmancasına savaşan və hələ də sağ və ya şəhid olduğu bilinməyən itkin qardaşının rəsmi, oğul həsrəti çəkən gözüyaşlı anasının portreti olub. İkinci Qarabağ döyüşlərində də belə əsərlərin sayı çoxalmaqda davam edib. “30 il yol gələn avtobus” əsərini qələbə müjdəçisi hesab etmək olar. Rəssam heç kimi görə bilmədiyi bir avtobusun Bakıdan Şuşaya doğru yol getdiyini görürdü. 30 il yol gələn avtobus baharın müjdəsini gətirən qaranquşa bənzəyirdi. Şuşada qələbə sevincini bölüşmək istəyən insanlar vardır avtobusda. Rəssam bu xoş müjdəli avtobusun Şuşaya getdiyini də fırçasının köməkliyi ilə insanlara xəbər verdi...
Çox insanlar getdi Şuşaya. Bu dəfə növbə elə rəssamın özünündür.
Sehran Allahverdi əsərlərinin Şuşada sərgilənməsinə qərarlıdır ki, itkin qardaşının izini orada hiss etsin.
Rəsmlərin sonunda yazdığı “Sehr An” imzası... An içərisində yaratdığı fikirləri ilə sanki insan sehrli bir aləmə düşür. Bu isə onun digər əsərlərində daha aydın görünür.

Artıq Sehran Allahverdi imzası Səttar Bəhlulzadə, Tahir Salahov, Nəzai Mətin və digər imzalar sırasında özünəməxsus yer tutmaqdadır. Rəsmləri haqqında rəssam gözü ilə fikir bildirən İnsan isə Azərbaycanın Əməkdar Rəssamı Rais Rəsulzadə olmuşdur.
Yazımın qəhrəmanı 60 illik yubileyinin sevincini yaşamaqdadır. Çox istərdim ki, bu sevincə bir sevinc də əlavə olunsun – ona rəssamlığın Ali Mükafatı olan “Tahir Salahov” Mükafatı verilsin.

Xatirə Mikayılqızı

6-11-2021, 17:49
Mehteran Birliyinin nümayəndələri Bakıya gəldi

Türkiyə Milli Müdafiə Nazirliyinin Mehteran Birliyi ölkəmizə səfər edib.
Butov.az Ordum.az-a istinad edərək xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Zəfər Günü münasibətilə Azərbaycan Ordusunda keçiriləcək silsilə tədbirlərdə ölkəmizdə səfərdə olan tarixi hərbi musiqi birliyinin ifasında musiqi nömrələri təqdim olunacaq.
5-11-2021, 17:47
“Planet Parni iz Baku” Qarabağ mövzusunda ikinci filmini təqdim etdi - VİDEO

“Planet Parni iz Baku” KVN teatrı Qarabağ mövzusunda ikinci - “Canım mənim” adlı filmini təqdim edib.

Film Qarabağ müharibəsində həlak olmuş bütün jurnalistlərin xatirəsinə həsr edilib.

Filmin ssenari müəllifləri Tahir İmanov və Ənvər Mansurov, quruluşçu operator Cəbrayıl Rəfiyev, bəstəkar Tural Məmmədli, prodüsserlər Tahir İmanov və Cabir İmanovdur.

“Canım mənim” filminin tam versiyasını təqdim edirik:



Bütöv.az
4-11-2021, 18:54
Müasir İncəsənət Muzeyindən Xəyyam Abdinovla bağlı - AÇIQLAMA

Müasir İncəsənət Muzeyi bir sıra mətbuat orqanlarında Xəyyam Abdinovun həbsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama verib.

Müasir İncəsənət Muzeyinin direktoru Rövlan Əliyev Oxu.Az-a bildirib ki, Xəyyam Abdinov uzun müddətdir Muzeydə çalışmır və o, direktor vəzifəsindən azad olunub.

“Xəyyam Abdinovun həbsi ilə bağlı məsələlərin Muasir İncəsənət Muzeyi ilə hər hansı bir əlaqəsi yoxdur” - deyə, Rövlan Əliyev bildirib.

Bütöv.az
3-11-2021, 15:27
Vətən müharibəsi şəhidinin xatirəsi yad olunub


Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şəhid Tural Rəhimlinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bötövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Şəhid Tural Rəhimlinin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Şəhidin atası Gəray Rəhimli övladı haqqında xatirələrini bölüşüb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Çıxış edənlər Vətən müharibəsində qazanılan qələbədə göstərilən qəhrəmanlıqlardan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində şəhidlərimizin intiqamının döyüş meydanlarında alındığından danışıblar.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqi nömrələri təqdim edib.
1-11-2021, 19:04
Əməkdar artistlə bağlı faktlar: İşdən qovuldu, teatra həsrətlə baxdı, qızının qucağında can verdi

Sabah aktyor, Əməkdar artist Telman Əliyevin doğum günüdür.

Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edib.

Belə ki, Telman Rüstəm oğlu Əliyev 2 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub.
1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib Gəncə Dövlət Dram Teatrının səhnəsində çox sayda tamaşada rol alır.

Aktyor Zemfira adlı xanımla ailə həyatı qurur. Onların Vüqar adlı oğlu, Mətanət adlı qızları dünyaya gəlir. Daha sonra Hacıbaba Bağırovun və Səyavuş Aslanın təkidi ilə aktyor Bakı şəhərinə köçüb Musiqili Komediya teatrında işə düzəlir.
Telman Əliyev 2000-ci ildə Xalq artisti Həsənağa Turabovun dəvəti ilə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilir. “Aydın”, “Ədirnə fəthi”, “Poçt şöbəsində xəyal”, “Bu dünyanın adamları”, “Fedra”, “Varlı qadın”, “Ölülər”, “Generalın son əmri” kimi tamaşalarda yaddaqalan obrazlar ifa edib.

1989-cu ildə “Əməkdar artist” adını alan aktyor daha çox 2012-ci ildə ekranlara çıxan “Ağabəyovlar” serialındakı ata obrazı ilə məşhurluq qazanıb.

“Axınla aşağı”, “Cavad xan”, “Şeytan göz qabağında”, “Təlatüm”, “Yalan” kimi filmlərə çəkilib.

Əməkdar artist Telman Əliyev Akademik Milli Dram Teatrın direktorunun göstərişi ilə uzun illər işlədiyi teatrdan çıxarılır. Onun işdən çıxarılmasına isə aktyor dostlarından Nurəddin Mehdixanlı, Füzuli Hüseynov etiraz edirlər.
Aktyorun oğlu müğənni Vüqar Əliyev atası haqqında danışarkən deyir:

“Mənim atam əməkdar artist, “Şərəf Nişanı” ordenli Telman Əliyev teatrdan haqsız yerə uzaqlaşdırılanda aktyorların heç biri səsini çıxartmadı. Amma mənim istedadlı aktyor olan atam teatrın qabağında çayxanada oturub, 2 il teatra həsrətlə baxırdı. Ona teatra girməyə icazə vermirdilər. Hansı ki, orada atamın savadı və aktyorluğuna heç kim çata bilməzdi. Atama haqsızlıq olunanda susdunuz. Tanrı onun yaşadıqlarını sizə yaşatdı. Siz buna layiqsiniz”.
4 iyul 2017-ci ildə 69 yaşlı aktyor Telman Əliyev ürək çatışmazlığından vəfat edib. Xırdalan qəbiristanlığında dəfn olunub.

Aktyorun qızı onun öldüyü günü belə xatırlayır:

“Atam haqqında keçmişdə olduğu kimi danışmaq çox ağırdır. Çox gözəl ata, çox gözəl insan idi. Bu sənətdə öz sözünü demiş şəxsiyyətlər siyahısındadır. Ömrünü sənətə həsr etmişdi. Atam bu sənət üçün doğulmuşdu. Bu sənətə çox bağlı insan olub. Kurs işini uğurla verən tələbələri baş çəkməyə gəlmişdilər. Tələbələrə həyatla bağlı, sənətlə bağlı ürək sözlərini dedi. Hiss edirdik ki, nəsə demək istəyir, amma bizi təşvişə salmaq istəmirdi. Sanki, ölümünü bilirdi. Atamın səsinə oyandım. Məni çağırdı, dedi ki, əlimi tut. Əlini tutanda hiss elədim ki, atam dilinin altında nəsə deyir. Sonradan bildim ki, atam kəlmeyi-şəhadəti deyirmiş. Əlindən tutanda 3 dəfə nəfəs aldı yanımda. Həmişə deyirdi ki, Allah mənim ölümümü sənin qabağında etsin”.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!