İrandakı etirazlarda 5 yaşlı uşaq güllələnib .....                        İrəvandakı iranlılar Pəhləvinin qayıtmasını istəyirlər .....                        Bakıda SSRİ bayrağı müzakirələrə səbəb oldu - VİDEO .....                        ABŞ ordusu hücuma başladı .....                        İranda Qasım Süleymaninin portretini yandırdılar .....                        ABŞ İranı bombalayacaq .....                        “Fənərbaxça”ya məğlub olan “Qalatasaray”dan gözlənilməz qərar .....                        ABŞ İran xalqına kömək etməyə hazırdır - TRAMPDAN SƏRT MESAJ .....                        İran səfirliyində dövlət bayrağı dəyişdirildi .....                       
Tarix : 9-05-2023, 15:32
“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı


“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb. Festivalın proqramına uyğun olaraq səhər saatlarında tamaşaların, iştirakçı ölkələrin sənətkarlıq nümunələrinin və milli mətbəxinin təqdimatı olub.“Qarabağ” otelinin qarşısında təşkil olunan tədbirdə altı Türk dövlətinin mətbəx və sənətkarlıq nümunələri sərgilənir. Dövlət rəsmilərinin, respublikanın tanınmış mədəniyyət, incəsənət və elm xadimlərinin ziyarət etdikləri təqdimat hər kəsdə xoş təəssürat yaradıb. Əməkdar artist Emil Əfrasiyab Şuşada ilk dəfə olmaqdan məmnunluq duyduğunu ifadə edib: “İlk dəfədir ki, Azərbaycanın dilbər guşəsi, mədəniyyət paytaxtımız Şuşadayam. Çox unudulmaz hislər keçirirəm. Sanki yuxudayam. Bu günləri bizlərə, Azərbaycan xalqına yaşatdığı üçün Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu, çox önəmli, unudulmaz günlərdir. “Heydər Əliyev İli”ndə təşkil olunan tədbirin Şuşada keçirilməsi də olduqca əlamətdardır. Belə möhtəşəm konsertdə iştirak etmək biz musiqiçilər üçün olduqca böyük şərəfdir”. Şuşaya dördüncü dəfədir gəldiyini söyləyən Xalq artisti Ənvər Sadıqov hamı kimi gözəl əhval-ruhiyyədə olduğunu qeyd edib: “Hər dəfə elə bilirəm ki, bu müqəddəs torpağa ilk dəfə ayaq basıram. Bu Qələbəni bizlərə yaşadan Müzəffər Ali Baş Komandana və rəşadətli Ordumuza minnətdarıq. Qarabağın azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət diləyirik və xalqımız heç vaxt onları unutmayacaq. İnanıram ki, Zəfərimiz əbədi olacaq. Cıdır düzünə ilk dəfə qalxanda keçirdiyim hisləri sözlə ifadə edə bilmirəm. Şuşada olmağın özü elə bir duyğudur ki, gərək onu yaşayasan, hiss edəsən. Dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini təbliğ etmişik, tanıtmışıq, lakin Şuşada konsert vermək, çıxış etmək başqa bir aləmdir. Çox qürurluyam ki, bu gün Şuşadayam, belə möhtəşəm bir konsertdə iştirak edirəm”. Türkiyəli aşpaz Ahmet Yetimova da Azərbaycanda olmaqdan qürur hissi keçirdiyini deyib. “Şuşaya gəldikdən sonra çox duyğulandım. Azərbaycan bizim ana Vətənimizdir. Bu torpaqların işğaldan azad olunması bizlərə də qürur hissi yaşatdı. Azərbaycana ilk dəfədir gəlirəm. Şuşanı bizim Qara dəniz bölgəsi ilə müqayisə edirəm. İnanırıq ki, Qarabağın çox böyük gələcəyi var. Tədbir başlayandan müşahidə edirəm ki, gələn hər kəs gözəl əhval-ruhiyyədədir. Türk xalqlarının taamlarının və sənətkarlıq məhsullarının festival çərçivəsində nümayiş olunması bir ayrı gözəllikdir”, - deyə türk qonaq bildirib. Sonra Xan qızı Natəvanın evinin həyətində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı “Dəli Domrul” tamaşasının premyerası olub. “Dəli Domrul” tamaşası Altay Məmmədovun “Kitabi–Dədə Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrulun boyu” əsasında qələmə aldığı eyniadlı pyesi əsasında hazırlanıb. Meydan üslubunda səhnələşdirilmiş tamaşada dünyanın faniliyi, məhəbbətin ucalığı ön plana çəkilir. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Qeyd edək ki, Festival günlərində müxtəlif məkanlarda “Bayraq”, “Qəhrəmanlıq”, “Qarabağ məclisi”, “Poeziya”, “Dədə Qorqud”, “Dərvişlər”, “Molla Nəsrəddin” mövzularında guşələr də yaradılıb. Bu guşələrdə müxtəlif bədii təqdimatlar, tamaşalar göstəriləcək. Eləcə də Cıdır düzü, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı, Bülbülün ev-muzeyi və Şuşanın digər məkanlarında keçiriləcək tədbirlər çərçivəsində müxtəlif konsert proqramları, sərgilər və film nümayişləri olacaq. Xatırladaq ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələrin, regionun türkdilli ölkələrinin və xalqlarının yaradıcı kollektivləri iştirak edirlər. Üç gün davam edəcək festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunur.
















Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!