Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                        Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər .....                       
17-08-2022, 19:50
Firəngiz Rəhimbəyovanın nəşi Bakıya gətiriləcək?


Firəngiz Rəhimbəyovanın nəşi Bakıya gətiriləcək?

Azərbaycanın tanınmış estrada müğənnisi Firəngiz Rəhimbəyova ötən gün vəfat edib. Firəngiz xanım ABŞ-da 62 yaşında infarktdan dünyasını dəyişib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, müğənninin yaxınlarından kimsə mərhumun Azərbaycanda dəfn olunması ilə bağlı müraciət etməyib. Qeyd edək ki, Firəngiz Rəhimbəyova ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan müasir estradasının parlaq ifaçılarından biri olub. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla işləyən müğənni “Əgər məni unutsan”, “Bu sevgi”, “İnanıram bu sevgiyə”, “Bizim dağlar”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” adlı mahnılar ifa edib. Bir neçə filmdə aktrisa kimi də özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru “Bəxt üzüyü” filmindəki Seda rolu gətirib. O, 1993-cü ildə Azərbaycandan ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Firəngiz Rəhimbəyova 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. 2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü 2" filmində yenidən Seda roluna çəkilib. Müğənninin qızı Raisa da ABŞ-da yaşayır və o da əcnəbi şəxsə ailə həyatı qurub. Qeyd edək ki, mərhum sənətçi avqustun 7-də 62-ci yaşını qeyd etmişdi.
11-08-2022, 20:37
Şeyx Şamil haqqında film çəkiləcək


Şeyx Şamil haqqında film çəkiləcək

Tanınmış türkiyəli ssenarist və aktyor Atilla Engin Şeyx Şamil haqqında film çəkmək üçün Rusiyaya səfər edib. Butov.az xəbər verir ki, Şeyx Şamillə bağlı serial üzərində işləyən ssenarist çəkilişlərə hazırlıq məqsədilə Dağıstanda olub. O, jurnalistlərlə söhbətində hələ uşaq vaxtlarından Şeyx Şamil barədə çox eşitdiyini, indi təkcə Qafqaz deyil, həm də İslam dünyası üçün önəmli olan bu şəxsiyyət haqqında bütün dünyaya danışmaq arzusunda olduğunu söyləyib. Şeyxin həyat və mübarizəsindən bəhs edəcək “Şeyx Şamil” serialı 12 seriyadan ibarət olacaq. Hazırda filmin ssenarisi üzərində iş gedir. Çəkilişlərə Dağıstandan aktyorlar da cəlb ediləcək.
7-08-2022, 18:53
Türkiyəli aktyor vəfat etdi


Türkiyəli aktyor vəfat etdi

Türkiyəli aktyor Semih Sergen vəfat edib. Butov.az xəbər verir ki, “Yeşilçam” ulduzu 91 yaşında dünyasını dəyişib. Aktyor Bodrumda dəfn olunacaq. Qeyd edək ki, Semih Sergen aktyorlar Burak və Toprak Sergenin atasıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!