Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
Tarix : 20-08-2021, 17:57
"Bütöv Azərbaycan" qəzetinin "Tələbə tribunası" rubrikasından Zahidə Nəbizadəninin "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədrinin müavini, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcidlə söhbətini təqdim edirik:
Rəşad Məcid: “Şuşaya  qayıtmağımız, həyatımızın mənalanmasıdır”

Azərbaycan Mətbuatının tanınmış simalarından biri də "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin müavini, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məciddir. Rəşad müəllim illərdir ki, gənclərə mətbuatda öz dəstəyini göstərib. Bu gün onun doğum günüdür. Mən də öz növbəmdə fürsətdən istifadə eləyib, Rəşad müəllimi daha yaxından tanımaq və onu oxucularımıza tanıtmaq məqsədi ilə səbəbkarla həmsöhbət oldum.
-57 illik ömürünüzdə ən çox istədiyiniz və reallaşdırdığınız arzunuz nə olub?
- Bu 57 ilin son 30 ili xiffətlə, nisgillə keçib. Doğulduğum, yaşadığım, ən sevdiyim Qarabağı- Ağdamı, Laçını, Şuşanı...daim həsrətlə arzulamışam. Elə bilirəm ki, son 30 ildə bundan böyük arzum olmayıb. Bu arzum da keçən il reallaşdı. Azərbaycan ordusunun, başda müzəffər ordunun Ali baş komandanı İlham Əliyev olmaqla, böyük şücaət sayəsində torpaqlarımız, həmçinin Şuşa işğaldan azad edildi. Beləliklə, ən müqəddəs arzum gerçəkləşdi. 15 yaşımda,Azərbaycan musiqisinin, mədəniyyətinin beşiyi olan Şuşaya aid "Cıdır düzü" adlı şeir yazmışdım. Şuşaya qayıtmağımız, həyatımızın mənalanmasıdır.
- Rəşad müəllim, bu gün çap mətbuatının vəziyyəti o qədər də ürəkaçan deyil. Amma bir neçə həmkarınız kimi siz də peşəkar jurnalist kimi işinizi davam etdirirsiz. Sizi jurnalistikaya bu qədər bağlayan nədir?
-Jurnalistika üçün lazım olan keyfiyyətlər irsən gəlməlidir. Jurnalistin yaradıcı qabiliyyətilə fərqlənməlidir. Jurnalist öz sənətini sevməlidir, onun vurğununa çevrilməlidir. Və yazmamaq onun üçün mümkünsüz olmalıdır. Sonradan yaranan keyfiyyətlər də var. Amma mənim üçün zövq aldığım sahə yazmaqdır, ədəbiyyatdır, jurnalistikadır. Bu mənada da ömrünü həsr etdiyim sahə, sevdiyim sahə olub. Amma çap mediasının, xüsusilə son 15-20 ildə iqtisadi vəziyyəti getdikcə pisləşib. Bunun obyektiv və subyektiv səbəbləri var. Ölkədə reklam bazarının bərbad durumu, satışının zəif olması qəzetlərin iqtisadi vəziyyətinin pisləşməsinə gətirib çıxardı. Buna görə biz dövlətə müraciət etdik. "Mətbuata Dövlət Dəstəyi Konsepsiyası" qəbul olundu, "Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu" yaradıldı. Son bir ildə "Media İnkişaf Agentliyi" fəaliyyət göstərir. Bütün bunlar çap mediasını iqtisadi böhrandan xilas etmək naminə olub. Hələki biz fəaliyyətimizi davam etdiririk, çox sevdiyimiz sənəti yaşada bilirik. İndi ümumiyyətlə, media formasını dəyişir, yeni media üzə çıxır. Formasının yenilənməsinə baxmayaraq, media öz təməl prinsiplərini dəyişmir. Arzulayırıq ki, normal reklam bazarı olsun ki, mediamız inkişaf eləsin.
-Siz bir neçə kitabın müəllifisiz. Məsələn, "Çiyələk qadın", "Dəlicəsənə", "Səbəbi sənsən" və s. Hədiyyə etdiyiniz "Səbəbi sənsən" kitabınında sevgi şeirləri üstünlük təşkil edir. Həmin şeirləri sizə yazdıran hansı qüvvədir? Əlbəttə, şeir yazmaq belə asan olsaydı hamı şeir yazardı…
-Düzü, ilk şeirimi orta məktəb müəlliməsinə yazmışam. Sonra da dağlara, təbiətə…Ümumiyyətlə, təbiətin gözəllikləri də məni heyran edir, o cümlədən sevgi, qadın gözəlliyi. Sevgi yaradıcı adam üçün onu hərəkətə gətirən, ona enerji verən ən böyük qüvvədir. Bu mənada hər şeirin yaranmasında sevgi durmalıdır. Sevgi olmayanda, həmin enerji itir. Mənim "Bir də gəlməyəcək.." adlı şeirlər kitabım var. O kitabdaki şeirlər 15 illik fasilə ilə yazılıb.Bu kitabda da həm sevgi, həm də vətəni, torpağı tərənnüm edən şeirlər var. Şübhəsiz ki, sevgi şeirlərinin səbəbkarları, onu yazdıranlar var.
- Siz APA televiziyasına verdiyiniz müsahibədə qadınlar haqqında belə fikir demisiz: " Çox təəssüf ki, Azərbaycanda savadlı, ağıllı, özünə güvənən qadın azdır. Mənim Azərbaycanda tanıdıqlarım xaric yeni və maraqlı qadın yoxdur”. Ötən 6 ildə bu mövzuda fikirləriniz nə qədər dəyişib?
-Arzulayıram ki, elə qadınlar çox olsun. Azərbaycanda ağıllı, gözəl və cazibədar xanımlar var. Bizim gözəl qadınların biraz özlərinə arxayınlığı olur. Bu mənada onlarda hərdən məlumatlılığın, savadlılığın zəif olduğu hiss edilir. Amma qadın o vaxt güclü olur ki, onda həm gözəllik və cazibə, həm də savad olsun. Bizim klassik şeirimizdə deyildiyi kimi: "Üzündən nur, dilindən bal yağsın". Azərbaycan qadınları çoxlu gözəl keyfiyyətlərə sahibdirlər. Qadınlar həm də anadır. Gələcək nəslimizin taleyi elə onların çiyinlərinə düşür. Bu mənada qadınlarımızın savadlı, geniş dünyagörüşünə malik olmaları vacibdir və xalqında gələcəyi üçün zəruri amillərdən biridir.
-Sizin "öz-özümlə" adlı şeiriniz var. Maraqlıdır adətən hansı hallarda özünüzlə dərtləşirsiz?
-Öz-özümlə dərtləşməyim çox olur. Ümumiyyətlə, yazı prosesi elədir ki, düşüncələr, öz-özünlə söhbətlər, demək olar, daimidir. Düzdür, ən çox səhərlər olur. Səhər ayılanda beyinin təmiz vaxtında, keçmişi, yaşanan ömrü və yanlışları fikirləşirsən.
-Bəs öz-özünüzlə gileylənirsiz?
-Olur. Hisslər olur ki, yanlışları daha çox düşünüb gileylənirəm...
-Rəşad müəllim, yaradıcı adamlar gözəllikləri daha tez görürlər. Sizin üçün gözəl qadın hansı gücə sahib olmalıdır?
-Qadının həm gözəlliyi, həm qadınlığı, həm hissiyyatı, həm savadı yerində olmalıdır. Bütün bu keyfiyyətlərin cəmi qadın obrazını yaradır.
-Sizin "Xilaskarım"adlı şeiriniz var. Mənə maraqlıdır ki, sizin ən yaxın dərd ortağınız qələmdir, yoxsa siqaret?
-İlk dəfə bu şeir yayılanda xanımlardan biri yazmışdı ki, bəxtəvər başına siqaretin. Görün, ona nə gözəl şeir yazıblar. Əslinə qalanda o şeir siqaret haqqında deyil, məhz qadın haqqındadır- xilaskar bir qadın haqqındadır. Amma eyni zamanda siqaret də bir obraz kimi paralel gedir. Siqaret mənim pis vərdişlərimdəndir, heç vaxt tərgidə bilmədiyim adətimdir. Qadınlar olub onları tərgitmişəm, ancaq siqareti tərgidə bilmərəm..
-Hansı yazarı bəyənir və əsərlərini oxuyursunuz?
-Gəncliyimdən bəri Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Əli Kərim, Məmməd Araz olub. Sonrakı illərdə ən çox sevdiyim şair Ramiz Rövşəndir. Uşaqlıqda Cek Londonun "Martin İden" romanını oxumuşdum. Mənə çox təsir etmişdi. İllər sonra təkrar oxumuşdum. Ümumiyyətlə, kitab oxumaq mənim üçün zövqverici prosesdir. Son illərdə vaxt tapıb çox oxumasam da, hərdən gecələr çarpayımın yanında qalaqlanmış kitablarımdan vaxt tapdıqca oxuyuram. Hərdən deyirəm ki, qaçaraq həyatımız, mobil telefonlar, kitaba ayırmalı olduğumuz vaxtın xeyli hissəsini alır.
-İndiyədək nə vaxt tam əminliklə " Şah mat " demisiz?
-( Gülür) Şahmat uşaqlıqda sevimli oyunum olub, oynamışam. Hansısa anda coşmaq, situasiyanı ələ alaraq insanları heyrətləndirmək var xarakterimdə.
-Şübhəsiz ki, həyat təzatlıdır. Daimi eniş-yoxuş olmur. Ən ciddi məğlubiyyətinizi də bizimlə bölüşmənizi istərdim.
-Konkret cavab verə bilmərəm. Amma həyatda hamının uğursuzluğu olur. Belə bir fikir var: mənim üçün ən böyük qələbə məğlubiyyətdi. Məğlub olursan və istədiyin uğurunda yenidən mübarizəyə başlayırsan. İndinin özündə də uğur və uğursuzluq paralel gedir.
Xüsusi olaraq "Bütöv Azərbaycan" qəzeti üçün.


Paylaş



Bölmə: Tələbə sözü / Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!