Husilər də İran müharibəsinə qoşulurlar .....                        ABŞ ilə İsrail hərbi məqsədlərinə çatmağa yaxındır - KİV .....                        Avropa Komissiyasının sədrinə ağır ittiham .....                        İlham Əliyev Müctəba Xameneyini təbrik etdi .....                        Rumıniya Azərbaycanı dəstəklədi .....                        Qətər əmiri: İran bizə xəyanət etdi .....                        Raket hücumu ilə bağlı İrana XƏBƏRDARLIQ .....                        Azərbaycan Türkiyəyə raket hücumuna ETİRAZ ETDİ .....                        Paşinyan İranın yeni Ali Liderinə məktub yazdı .....                       
Tarix : 26-11-2015, 13:13
“Artıq Rəşad Məcidlə Aqil Abbas oldu düşmən...” - Fazil Mustafa



“Artıq Rəşad Məcidlə Aqil Abbas oldu düşmən. Əks fikir söyləyiblər, xoşumuza gəlməyib, qane etməyib, vəssəlam, dostluqdan çıxaraq, söyək, təhqir edək”.

Butov.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa “525-ci qəzet”in baş redakrotu Rəşad Məcid, Milli Məclisin deputatı Aqil Abbas və tanınmış teleaparıcı Sevil Nuriyeva arasıda gedən "Türkiyə Rusiyadan üzr istəməlidir” ətrafında yaranan qalmaqala münasibətində deyib.

O, bildirib ki, hədsiz dozalı vətənpərvərlik görəndə səmimiyyəti adamda şübhə doğurur: “Fikirlərdəki niyyətlərə baxmaq daha doğru olardı, kimsə gərginliyin Türkiyənin faydasına olmayacağını düşünərək bəlkə bu cür açıqlama verib? Bu insanlara dərhal Rusiyanın adamı damğasını vurmağı doğru hesab etmirəm”.

F.Mustafa R.Məcidin "Türkiyə Rusiyadan üzr istəməlidir" ifadəsini məntiqsiz və yanlış yanaşma hesab etdiyini vurğulayıb: “Dəfələrlə sərhədləri pozulan bir dövlətin başqa cür davranması çox çətindir. Rusiya Türkiyənin sərhəddində mübharibəyə başlayıb və əslində aylardır Türkiyəyə gövdə göstərir. Enində-sonunda bu qarşıdurma hansısa sərt dalana dirənəcəkdi... Bununla belə dərhal tolerant cəmiyyət olmadığımızı büruzə veririk”.

Qeyd edək ki, R.Məcid Rusiyanın hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması olayına münasibət bildirib. O, “Türkiyə Rusiyadan üzrxahlıq etməlidir” - deyə qeyd edib.

Millət vəkili Aqil Abbas isə Rəşad Məcidin fikirləri ilə razılaşdığını dilə gətirib: “Rəşad Məcid çox düz deyir, bəli, Türkiyə Rusiyadan üzr istəməlidir”.

Aparıçı Sevil Nuriyeva isə Milli Məclisin deputatı Aqil Abbas və Rəşad Məcidin ünvanına “siz bir heçsiniz” deyə aşağılayıcı ifadələr işlədib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!