Edamını gözləyən reper azad edildi .....                        Koreyada hərbi vəziyyət ləğv ediləcək .....                        Matçda xəsarət alan futbolçunun son durumu AÇIQLANDI .....                        Ərdoğan Putinlə danışdı .....                        Xırdalanda yanğın - Sakinlər təxliyə edildi - VİDEO .....                        Azərbaycan matçında bədbəxt hadisə .....                        Cənubi Koreyada hərbi vəziyyət: küçələrə texnika yeridildi .....                        Utilizasiya portalı istifadəyə verildi .....                        Rüfət Səfərov saxlanıldı - Rəsmi AÇIQLAMA .....                       
Tarix : 1-05-2015, 12:23
“Xilaskar Nuru Paşa”da Çanaqqala təntənəsi

Tanıtım:Səxavət Hacı oğlu Hacıyev 20 aprel 1954-cü ildə Zəngəzur mahalının Qafan rayonunun Kurud kəndində anadan olub. Gığı kənd orta məktəbini 1971-ci ildə bitirib. 1972-1976-cı illərdə Naxçıvan Dövlət İnstitutunda tarix ixtisası üzrə təhsil alıb. 1976-cı ildə təyinatla doğulduğu kəndə göndərilib. 1982-ci ilə qədər Kurud kənd məktəbində tarix dərsi keçib. 1982-1993-cü illərdə Naxçıvan DPİ-də işləyib. 1984-1988-ci illərdə Lenin adına APİ-nin aspiranturasında təhsil alıb. 1988-ci il hadisələri ucbatından elmi fəaliyyətini yarımçıq qoyub. Milli Azadlıq hərəkatına qoşulub.Sərhəd hərəkatının fəal təşkilatçılarından olub. Ermənilərin Naxçıvana hücumlarının dəf edilməsində fəal vuruşub. Sədərək, Kotam, Buzqov, Kərməçataq, Cağazir döyüşlərində həm döyüşçü, həm də “Xalq ordusu” qəzetinin bölgə müxbiri, fotoreportyoru olub.
Ucu-Biz, Mil, Koroğlu bulağı, Camişlı və digər döyüş postlarında vuruşub.
Kərki kəndini 17 yanvar 1990-cı ildə müdafiə edən 20 nəfərdən biri də Səxavətdir.
O, atəşkəs elan olunandan Bakı şəhərində yaşayır. Nizami rayonu 61 saylı orta məktəbdə tarix müəllimi işləyir. S. Hacıyev sahibkarlıq fəaliyyəti üçün 1997-ci ildə “Almaz-S” firmasını təsis edib. Təzə yaratdığı kafeyə isə “Xilaskar Nuru Paşa” adı verib.
“Xilaskar Nuru Paşa”da Çanaqqala təntənəsi

Elə Səxavət müəllimin Çanaqqala Zəfərinin 100 illiyi münasibətilə təşkil etdiyi ziyafət də "Xilaskar Nuru Paşa " kafesində oldu. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra tədbirin təşkilatçısı Səxavət Hacıyev qonaqları salamlayıb xoş arzularını bildirdi. Qeyd etdi ki, 24 aprel 2015-ci il tarixdə Azərbaycanın paytaxtı Bakı şəhərində “Xilaskar Nuru Paşa” məkanında toplaşmaqda məqsədimiz Böyük Türkün tarixi zəfərini bayram etməkdir. Dəvətimizi qəbul edib, bayram şənliyimizə qatıldığınız üçün hər birinizə minnətdarlığımı bildirirəm. 100 illik bayram tədbirimizə rəmzi olaraq 100 kişi dəvət etmişik. Türkün zəfər bayramında sevincimizi paylaşan hər kəsi alqışlayıram!
“Xilaskar Nuru Paşa”da Çanaqqala təntənəsi
“Xilaskar Nuru Paşa”da Çanaqqala təntənəsi

Tədbirin aparıcısı Tamxil Ziyəddinoğlu sözünə Çuxursədd bəylərbəyi Rəvanqulu xanın 1519-cu ildə Şah İsmayıla göndərdiyi məktubu xatırlatmaqla başladı: "Ulu Şahım! Beynənnəhreyndən Van gölü sahillərinə, oradan da Qafa-oğuz-türk torpaqlarına 5-5, 10-10 gələn ermənilər saziş şərtlərinə görə, sənətkarlıqla məşğul olmaq əvəzinə, məskunlaşmağa can atır, ufacıq kilsələr tikdirmək istəyirlər ki, bu da Qafda qədim mövcudiyyət təsəvvürü yaratmaqla, istiqbalda nəsillərimizə baş ağrısı verəcək. Şahım! Mənə səlahiyyət ver, bu erməniləri mövsümi işlərini bitirən kimi qaytarım vətənin dışarına". Doğrudan da illər keçəndən sonra ermənilər irəvanlıların baş ağrısı yox, baş bəlasına çevrildilər. Zaman- zaman xalqımıza faciələr yaşatdılar.
“Xilaskar Nuru Paşa”da Çanaqqala təntənəsi

Faciələrimizin qurbanları, dövlətimizin müstəqilliyinin bərpası və Çanaqqala zəfərinin qazanılması uğrunda şəhid olanlarımızın xatirəsi sükutla yad edildikdən sonra N. Tusi adına Pedaqoji Universitetin professoru Ələkbər Qurbanov erməni faşistlərinin Qərbi Azərbaycanda, Naxçıvanda törətdikləri vəhşiliklərdən danışdı. Zəngəzur mahalının kəndlərində ermənilərin əhalini samanlığa, Alban kilsələrinə doldurub diri-diri yandırmasından kokret nümunələr gətirdi.
Məhəmməd Imaməliyev isə ermənilərin tarixi hiylələrindən söz açdı: "Baxmayaraq ki, 1914-cü ildə- Birinci Dünya müharibəsi ərəfəsində ermənilərin katalikosları İstanbula yığışdılar və yalandan söz verdilər ki,” müharibə başlayarsa, vətənimizi müdafiə edəcəyik”. Ancaq elə həmin il də müharibə başlamamışdan əvvəl Fransada Daşnaksyutunun konfransı oldu və konkret məsələ qoyuldu ki, müharibə başlayarsa dərhal Osmanlı İmperatorluğuna qarşı təxribatlar törədilsin. Bu təxribatlar nədən ibarət idi? Ermənilər də osmanlı vətəndaşı olduğu üçün hərbiyə cəlb olunmuşdu və onlara silah verilmişdi. Təxribatlardan biri həmin silahları osmanlı əsgərlərinə qarşı çevirmək, ikincisi, türk əsgərləri arasında təbliğat aparmaq ki, öz ailələrinin yanına qayıtsınlar, yəni, türk əsgərləri döyüşməkdən müəyyən qədər imtina ertsinlər. Üçüncüsü, kəndlərdə əhali arasında pozuculuq işləri aparsınlar. Dördüncüsü, Rusiya Türkiyəyə hücüm edərsə, silahla rusların tərəfinə keçsinlər. Hələ 1914-cü il ərəfəsində Vanda, Zeytunluda erməni üsyanları baş vermişdi. Yəni Türkiyənin durumu müharibə başlamamışdan öncə çox acınacaqlı, erməni xəyanəti isə ortada idi. Ona görə də belə fikirləşmək olardı ki, İngiltərə, Rusiya , Fransa hücum edəcək və Türkiyə məğlub olacaq”.
“Xilaskar Nuru Paşa”da Çanaqqala təntənəsi
“Xilaskar Nuru Paşa”da Çanaqqala təntənəsi
Çanaqqala məsələsi sübut etdi ki, türkün döyüşmək ruhu, vətən, millət ruhu ölməyib". M. İmaməliyev fikrini belə isbatladı: Atatürk Seyiddən soruşdu ki, sən mərmini topa qoymazdan qabaq gəlib meyitlərin arasında gəzdin, baxdın, onda nə axtarırdın? - Paşam, Şəhidlərdən ruh istədim, onlardan ruh alıb mərmini topa qoydum! Bəli o ruh olmasaydı Seyid 265 kiloluq mərmini qaldıra bilməzdi. Odur ki, Mustafa Kamalın və onun qəhrəman əsgərlərinin ruhu qarşısında baş əyirəm". [center“Xilaskar Nuru Paşa”da Çanaqqala təntənəsi

"Xudafərin" Şadlıq sarayının sahibi Siyavuş Əsgərov Türk əsgərinin döyüş ruhu, əzmi barədə böyüklərindən eşitdiklərini tədbir iştirakçılarının diqqətinə belə çatdırdı: "1965-ci ildə Dadaşım danışırdı ki, (əmimizə Dadaş deyirdik) o vaxt Azərbaycanın köməyinə gələn türk əsgərləri bizim kənddən keçəndə yerli camaat çox çalışdı onları kənddə saxlasın. Çünki qarlı dağların sərt havası keçilməz idi. Qalmadılar, dedilər ki, Nuru Paşanın əmri var, biz getməliyik. Təəssüf ki, atlıların 42 nəfərini dağlarda şaxta vurmuşdu. Camaat onları göz yaşı tökə-tökə gətirib dəfn elədi. Bu da Türk əsgərinin döyüş ruhunun başqa nümunəsidir.
“Xilaskar Nuru Paşa”da Çanaqqala təntənəsi

Tanınmış şair Hacı Zaməddin Ziyadoğlu isə qələmə aldığı "Qalibiyyət marşı"nı oxudu:
-UCALDI TÜRK BAYRAĞI
Bayraqlar arasında
Ucaldı Türk bayrağı!
Gözümüzün qarasında
Tac aldı Türk bayrağı!
Ucaldı Türk bayrağı!
Nəqarət:
Şənlik yaraşır türkə,
Mənlik yaraşır türkə.
Şənlik yaraşır türkə.
Birliyimizin növrağı,
Ucaldı Türk bayrağı!
Zəfəri Çanaqqala,
Vuruşdu zəfər çala.
Türklük alınmaz qala,
Bac aldı Türk bayrağı!
Ucaldı Türk bayrağı!
Nəqarət:
Ay-ulduzlu, al bayraq,
Ucalıqda qal, bayraq.
Belə zəfər çal bayraq,
Şəfəq saçdı çırağı,
Tac aldı Türk bayrağı!
Ucaldı Türk bayrağı!
Nəqarət:
Yazıçı-publisist Miraslan Bəkirli,”Haqqın sədası” qəzetinin əməkdaşı Təranə xanım və digər çıxış edənlər Çanaqqala qəhrəmanlarını rəhmətlə anaraq Səxavət Hacıyevə həm Çanaqqala zəfəri şərəfinə verdiyi ziyafətə, həm də Nuru Paşanın adını əbədiləşdirdiyinə görə minnətdarlıqlarını bildirdilər.
Tədbir sürprizsiz olmadı. Səxavət müəllim Nuru Paşanın əsgərinin oğlu Əhməd Əsgərovu da tədbirə gətirmişdi. Əhməd Əsgərov atasının danışdıqlarından, yadında qalan xatirələrdən söhbət açdı. Qonaqlar əsgər oğlu ilə xatirə şəkli çəkdirdilər. Rəsmi hissədən sonra tədbir bayram süfrəsi arxasında davam etdirildi. Əməkdaşımız bu arada fürsət tapıb Səxavət müəllimlə söhbət edib, onun səmimi hisslərini, ürəyindən keçənləri qələmə alıb:
Bu zəfər tarixi haqqında bir neçə söz: Çanaqqala Osmanlı dövlətinin şimal-qərbində Avropa ilə Asiya qitəsinin keçid boğazıdır. I Dünya savaşının, eləcə də hərb tarixinin ən qanlı savaşı Çanaqqalada baş verib. Bu savaşda hər iki tərəfdən 500.000-dək itki olub. Britaniya imperatorluğu tərəfdən 489.00, Osmanlı imperatorluğu tərəfdən 315.000 nəfər, Fransadan 79.000 nəfər iştirakçı olub. Savaş 18 mart 1915-ci, 9 yanvar 1916-cı ildə Gelibolu yarımadasında baş verib. Bu savaşda türk öz məğlubedilməzliyini bir daha dünyaya göstərmişdir.
“Xilaskar Nuru Paşa”da Çanaqqala təntənəsi

Çanaqqala savaşında 3000-ə qədər azərbaycanlı da iştirak edib ki, onlardan Nahid bəy Nəbibəyov, Zahidbəy Nəbibəyov, İbrahim Hasanoğlu, Abdulla Şaiqin qardaşı Yusif Talıbzadə, Əhməd Ağaoğlu, Zabit Süleymanov və yüzlərlə başqaları vuruşmuşlar.
- Sizi qonaqlıq verməyə, bayram keçirməyə sövq edən nədir?
- Ata babalarım repressiya qurbanlarıdır. Babam Əbdürrəhimi, qardaşı Bilalı Şura hökuməti əleyhinə təbliğat aparmaqda ittiham eləyib güllələyiblər. İkinci qardaşı Əbdülsalam isə bolşevik-daşnak birləşmələrilə döyüşdə şəhid olub. Atam Hacıyev Hacı 21 yanvar 1968-ci ildə Zəngəzurun Qafan rayon xəstəxanasında pnevmoniya diaqnozu ilə dünyasını dəyişib. 7 nəfərdən ibarət ailəmiz Ziyəddin əmimin himayəsində qalıb. Mən evin böyük oğlu olduğum üçün əmim sanki qardaşının ölüm təsəllisini məndə tapırdı, odur ki, mənə böyük bir şəxsiyyət kimi yanaşaraq hara getsə özü ilə aparar və yeri gəldikcə erməni daşnakları haqda söhbətlər edərdi. O, qardaşı Hacının ölümündə erməni həkimləri günahlandırardı. Deyərdi, necə ola bilər ki, II dünya müharibəsinin od-alovundan sağ çıxan insan 50 yaşındakən, çarəsi olan adi xəstəlikdən ölsün. Mən buna inana bilmirəm, qardaş. Burda da erməni xəyanəti var. 14-15 yaşım olanda o sözləri anlamırdım. Bu gün isə erməni terrorunun qurbanları haqqında oxuduqlarımdan belə qənaətə gəlirəm ki, atam da erməni daşnak terrorunun qurbanı olub.
“Xilaskar Nuru Paşa”da Çanaqqala təntənəsi

Əmimdən həmişə soruşurdum: ot biçinində, əkin işlərində qapımızda işləyən bu ermənilərlə nədən acıqlı danışır, onlara hökm edir, bəzən əsəbləşib döymək istəyir. O, deyərdi: qardaş, bu əclaflar bizim millətin başına misli görünməmiş oyunlar açıblar. Biz bunların ucbatından 1905-1915-1919-cu illərdə üç dəfə qaçqın düşmüşük. Qovşud kəndində yaşayan Əlosman Əlmistani və Əhmədin atası türk zabitləri köməyə gəlməsəydi, nəslimizi kəsəcəkdilər. Bu əclaflar Kurud kəndindən Səlimi, Vəlini, Şəmsəddini, Vəliyəddini və başqalarını öldürdülər. Sovetin bu əmin-amanlıq vaxtında da bunlar gizlicə millətçilik edib bizə bəlalar gətirirlər. Heç vaxt unutma, ermənidən bizə dost olmaz. Özün görürsən Qafanda, Zeyvədə kiminlə tanış olursan soruşur: “Hayes, Turkes” onlar bizə azərbaycanlı demirlər. Türk deyirlər, doğrudur, biz əslən də türkük, bunlar bizi qəbul edə bilmirlər. Bütün tarix boyu bizə, türkə xəyanət ediblər.
Andronik 1919-cu ildə Dro, Nijdeh və digərlərilə birlikdə bizim Gığı dərəsinədə faciələr törədiblər. 2 top, 6 pulemyotla hücum edərək Oxçu, Şabadin, Pirdovdan kəndlərini, Buğacığın pəpədən məməyə nəslini kəsiblər. Bibilərimiz Ayna, Mina, Səkinə, Maral və qaça bilənlər Mustafanın rəhbərliyi ilə həmin kənddən gecə ilə qaçıb Naxçıvana- Qoruxlar, Kələki, Çeşməbasar, Camaldın və Əbrəqunus kəndlərinə pənah aparıblar.
Mən soruşardım, bəs nədən qaynaqlanırdı bu savaş? Ziyəddin əmim deyərdi: Dünya savaşı olub, ermənilər Türkiyəyə xəyanət ediblər, orada üsyan qaldırıblar, türklər də görk olsun deyə, Andronikin sağ qulağını kəsib sürgün ediblər. O da öz dəstəsi ilə birlikdə fransızların, ingilislərin verdiyi silahlarla gəlib bizimkiləri qırıblar.
Baban Lətifin arvadı Zinyət, Fərəcin əmisi Səfixan, Tahir müəllimin adı qoyulan Tayır, Rzaqulunun qardaşı İbrahim həmin döyüşlərdə erməni gülləsinin qurbanı olub.
Bu nağıllar məni tarix oxumağa vadar etdi və tarix müəllimi oldum ki, tarixi uşaqlarımıza çatdıra bilim, başımıza açılan oyunlardan hər kəsi xəbərdar edim.
Ağamı (biz və bütün el-oba din xadimi olduğu üçün ona Ağa deyərdi) niyə öldürsünlər ki?!
O, deyərdi ki, Ağam Qafan, Zəngilan, Qubadlı, Ordubad və Naxçıvanda çox tanınır, böyük hörmət və nüfuz sahibidir. Atam Hacının xəstə yatarkən hər gün yanına xəstəxanaya gələn ziyarətçiləri 50-60 nəfəri görüb dəhşətə gəlirdilər ki, Hacı Ağa nə böyük adamdır ki, bu qədər adam onu ziyarətə gəlir.
Hətta onun ziyarətinə ermənilər də gəlirdilər, bu da onun ölümündə şübhələri artırır ki, bilərəkdən iynə ilə zəhərləyib öldürüblər. Bu cür nağılları ilə bərabər əmimin bizim ailəyə göstərdiyi qayğını da qeyd etmək istəyirəm.
Biz təsərrüfat işlərilə məşğul olanda mənə qıymazdı, deyərdi: Neyman, Tamxil işləsin, sən gəl nağıllarıma qulaq as, onlar oğlum, sən qardaşımsan. Səninlə nəfəs alıram. Qardaşım Hacının iyini səndən alıram.O, mənə Stalinqraddan yazmışdı ki, Leninqradın müdafiəsində möhkəm dur, qəhrəman ol, bizə qəhrəmanlıq yaraşır, həm də müharibədən qayıdanda bizi kolxoza qəbul eləsinlər. Axı biz Əbdurrəhimin oğlanlarıyıq, atamız “ Qulaq” edilib.
O zaman əmim və atam bilmirdilər ki, ataları 01 sentyabr 1937-ci ildə üçlüyün qərarı ilə güllələnib. Əmiləri Molla Əbdulsalan erməni daşnakları ilə savaşda öldürülmüşdü və kəndimizin Pireyvət pirində, din alimi olduğu üçün Pirdə dəfn olunmuşdu. Əmim atalarının güllələndiyini 1993-cü ildə bilib, NKVD arxivindən arayış çıxarıb.“Xilaskar Nuru Paşa”da Çanaqqala təntənəsi
Bu hisslərlə yaşayaraq müəllim həyatımda erməni xislətinə şəxsən bələd oldum. Qafan rayonunda Kurud kəndində tarix müəllimi və Çoqadavor (yəni pioner baş dəstə rəhbəri) işləməyə başladım. Şagirdləri komsomola keçirmək üçün Qafan şəhərində şəkil çəkdirən zaman fotoatelyedə Andronikin şəklini görən şagirdlərim bu kimin şəklidir deyə, soruşanda mən daşnak satqını və sağ qulağını türklər kəsmiş tayqulaq cavabını verdiyim üçün fotoqraf Qaro mənə bir sillə vurdu. Məsələ böyüdü və Büronun qərarı ilə töhmət aldım. 1982-ci ilin oktyabrında isə Qafan rayon xəstəxanasında erməni Yegiş anamla məni söyüb təhqir etdi ki, bizi Səncərağılda Mollalar qırdı, qardaşım Yeqor və digər 7 nəfər öldürüldü, mən də qaçıb Gecalana gələ bildim. Həmin savaşdan bir mən sağ qaldım. Mollanın nəslini kəsəcəyik, hamısını tanıyırıq.
Mən 82 yaşlı Yegişlə söhbətdən sonra hər zaman düşunürdum ki, nə zamansa bu tarixi biz yazmalı, bizim yaşamımızı təmin edənləri əbədiləşdirməliyik. Odur ki 20 aprel 2005-ci ildə buranı kafe edərək “Xilaskar Nuru Paşa” adını verdim. Hər ildə onun şərəfinə 15 sentyabrda Bakının Şaumyan və Tomson işğalından azad olunması qeyd olunur, 100 kişiyə bayram süfrəsi açılır.
Bu gün isə “Çanaqqala Zəfəri”ni bayram edirik. Qonaqlıq təşkil etmişik. Süfrəmizdə vətənimizin çiçəkləndiyini göstərən bir çox nemətlər, hər cür salatlar, kabablar, milli yeməyimiz dolma və soyutma, bozartma da var. Bir daha bayramınız mübarək olsun! Allahdan Sizə və hörmətli Ali Baş Komandan cənab Prezidentimiz İlham Əliyevə cansağlığı arzulayıram. Əminəm və inanıram ki, onun əzmkarlıq və möhkəm iradəsi sayəsində Qarabağımız azad olunacaq, biz də gedib Cıdır düzündə təntənəli bayram edəcəyik. İnşallah!
“Bütöv Azərbaycan”


Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!