20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 13-07-2015, 09:18
Qafqazda erməni şəhəri kimi tanınan ARMAVİR əski ŞAH KİRMAN

Prof.dr.Minaxanım Təkləli

Müasir Armavir Rusiyaya bağlı Krasnodar vilayətində şəhər; Şimali Qafqaz dəmiryolu qovşağı üzərində mühüm stansiya. Kuban nəhri üzərində yerləşir.
... 1783-cü ildə Rusiya və Türkiyə arasında bağlanan sülhün şərtinə görə bütün Kuban çölləri Rusiyaya keçdi. Kırım və noqay tatarlarından Kubanı ayırmaq üçün Stavropoldan Kubanın ağzına kimi 540 verstlik möhkəm hərbi xətt çəkilməli idi.
Rusların istilaçı və Türk-müsəlman qənimi kimi tanıyıb inandıqları Suvorov müharibə boyunca qan gölündə boğulan Kuban torpaqlarını birdəfəlik ram etmək uğrinda böyük işlərə girişdi. İntiqam deyə alışıb-yanan yerli müsəlmanların nəfəsini kəsən qəti tədbirlərə əl atdı. Onlardan biri strateji imkanlara malik nöqtələrdə hərbi qala-istehkamların inşası - rus gücünün dayaq məntəqələrini qurub yaratmaq oldu. Digəri də bu torpaqlarda olduğu 106 gün müddətincə qoruyucu müdafiə xətti çəkməklə bərabər Kuban boylarının Rusiya idarəsinə keçməsilə üsyanlara qalxışan noqayları və çərkəzləri qırıb çatdı;..Kubanı tərk edərkən çoxmənalı şəkildə: bu ölkəni mən tam bir sakitlik içində qoyub çıxıram...
Suvorovun rəhbərliyi altında yenidən tikilib möhkəmləndirilən Şah kirman köhnə adın tərcüməsilə "Çar qalası" (Çaritsın) adlandırılmışdı (1784). Bu qədim bir Türk yaşayış məntəqəsi idi; ərazidəki isgit kurqanlarının 4-5 min il yaşı olduğu söylənilir. İskit-sarmat yaşayışını sübut edən onların düşərgə ev qalıqları indiki Armavirin mərkəzində - Tikinti materiaları kombinatı ərazisində aşkar edilmişdir. Kuban boyu torpaqları Hunlar, Böyük Bulqar, Xəzər xaqanlığı tərkibində olmuş; ardınca peçeneq və uzlara məskən; Altın Orda hakimiyyəti dövründən isə noqay tayfa ittifaqının məskən saldığı yer oldu.
...Şöhrətli knyaz Potyomkin Tavriçeskinin göstərişi ilə isə bir növ çarizmin yeni istila torpaqlarında qoyduğu təkəbbürlü, qoxuducu, “təhlükəli” adlar timsalında "Proçnıy Okop" (Möhkəm səngər) adı verildi. Məntəqə ilk vaxtlar soldat slabodası yerləşən forştadtdan və stanitsadan ibarət idi.
Artiq növbeti Rus-Türk savaşından (1787-1791) sonra Kuban sahili torpaqlarına əməli şəkildə yiyələnmək üçün bura Don və Sarı Qamış (Zaporojye) kazakları köçürülür. Beləliklə, 1794-də qalada 200 kazak ailəsi məskunlaşdırıldı. Peterburq imperator sarayında kinayə ilə “İsti Sibir” adlandırılan Qafqaz sürətlə sürgün və həbs yerinə çevrilir. Hakimiyyətə ağ olan üsyankar ruhlu insanlar, siyasi dustaqlar cəza olaraq Qafqaza göndərirdilər.
Mühüm hərb qalası şöhrətini qazanan Proçnıy Okop (Möhkem Səngər) qalası və onun qışlaları, hospitalı da burada sürgünlük çəkən Mixail Lermontovun məşhur "Zəmanəməzin qəhrəmanı" əsərində dəqiqliklə təsvir edilmiş; əsərin güclü xarakterlərindən olan doktor Vernerin prototipi olan N.Meyer işləyirdi. Bu qala bir çox dekabristlərin sürgün olunduqları, onların xidmət etdikləri yer kimi də şöhrətlənmişdi.(1, 22)
1830-1842-ci illərdə Kuban və Qafqaz xətti komandanı olmuş general fon Zass artıq Qafqazlıları birdəfəlik susdurmaq sərancamı verən I Nikolay hakimiyyəti sərkərdəsi idi və bu istiqamətdə onun başlçca prinsipi müqavimət göstərənlərin, boyun əyməyənlərin qəti cəzalandırılması idi. Buna görə də general fon Zassın paytaxta göndərdiyi “qanla yazılmış” raportları “aul sonuncu nəfərinə qədər məhv edildi” ; “müqavimət göstərilənlər aulları ilə birlikdə oda qalandı”; “yanan kəndin əhalisi də kəndlə birlikdə yandırıldı” və s. kimi bədbəxtlik və mənhusluq saçırdı. Həm də deyirlər, iqamətgahı ətrafı, qapısının ağzı kəsik başlar sancılmış nizə və payalarla əhatələnmişdi .
....Kuban torpaqları yenə müharibə alovlarında yanırdı. General fon Zassın simasında özlərinə böyük tərəfdar görən Çərkəz hayları və ya Dağ erməniləri 1836-da onunla əlaqəyə girdilər və onları himayələrinə almağı, Rusiyaya yaxınlıqda yerləşmək üçün xahişdə bulundular. 1837-ci ildə müharibənin top atəşləri susar-susmaz Kubanın sol sahillərinə ermənilər köçürülməyə başladı. Soydaşlarından fərqli olaraq katolik olan bu ermənilər (2, 31) Qafqaz dağlarından, adıgların, çərkəzlərin içindən çıxıb gəlirdilər. Sevinirdilər ki, xaç altına yığışırlar. Ruslar onları "armyanin" adlandırsalar da, onlar özlərini "hay" bilirdilər. Öncə gələn Erməni böyükləri gözəl Urup çayının Kubana axıb töküldüyü bərəkətli məskəni bəyəndilər. Dağ Ermənilərinin burada məskunlaşdığı məntəqə ilk zaman "Armyanskaya Slaboda"(Erməni aulu) adlanırdı. Köçürmə və məskunlaşmaya indicə boynuna "əzabkeş ermənilərin qəyyumu" yükünü çəkmiş məşhur general Zass rəhbərlik edirdi.
Kubanın hündür sahilinə arabaçılar daş, kərpic, ağac daşıyırdılar. 1840- cı ildə ilk erməni kilsəsi ucaldılır. 1846-ci ildə isə ilk erməni məktəbi...
Artıq sonralar - 1848-ci ildə Stavropoldakı erməni ruhanisi Petros Patkanyanın təşəbbüsü ilə yeni erməni məskəni Armavir adı aldı. Əski və əzəli kuman, qıpçaq türkü yurdu, yenicə yağmalanan torpaqlarda Kuban üzərində yaradılan erməni yaşayış məntəqəsinə Armavir adı verilməsi əsil provakasiya idi. Guya Armavir eramızdan əvvəl I minillikdə mövcud olmuş erməni Ayrarat çarlığının mərkəzi olubmuş. Guya həmin Armavirin xarabalıqları hələ də Oktemberyan (keçmiş Sərdarabad) yaxınlığında qalmaqdadır. Odur ki, daha sonralar, sovetlər vaxtı elə bu qədim paytaxtın şərəfinə Ermənistandakı həmin rayonu da Armavir adlandırmışdılar. Beləliklə, о erməni yaddaşında min ilə qədər susaraq yaşamış, nəhayət 1848-ci ildə dirildilmişdi.

Köçürülmə və məskunlaşdırılmanın uğurları barədə general Zass Astarxanin erməni patriarxina məlumat verərək bildirirdi ki, о 300 erməni ailəsini (2 minədək adamı) toplamağa və onları Kubanın sol sahilində məskunlaşdırmağa nail olmuşdur. Onların asayişi həm mülki, həm də hərbi cəhətdən tam təmin edilmişdir. I Nikolay kimi müstəbid hökmrandan və qaniçən istilaçı generallardan belə ənamlar erməni başbilənlərinin məharəti sayəsində baş tuturdu. Bu erməni köçünün də ilhamvericisi erməni maarifçisi və ruhanisi Varapet Artsivyanın səyləri nəticəsində olmuşdu. О erməniləri müsəlman çərkəzlərdən ayırıb rus təbəəsi kimi cəm halda yaşamağa ruhlandırdı və bu işi layiqincə təşkil etdirə bildi. Qeyd edək ki, onun Armavirdə qəbri müqəddəs sayılır və daim ziyarət edilir. 19-cu əsrdə Mərkəzi Rusiyadan Kubanboyu torpaqlara axın güclənir, bud a əhalinin tərkibinin dəyişməsinə səbəb oldu.
1876-cı ildə Armavirdən Vladiqafqaz dəmir yolu keçməklə artıq aul böyük qəsəbəyə, 1900-cü ildə isə Qafqazda iri ticarət-sənaye mərkəzinə çevrilməkdə idi. Və nəhayət 1914-də Armavir şəhər status qazanır. İndi Krasnodar şəhərindən sonra ölkənin ikinci böyük şəhəridir. XX əsrin əvvəllərində Azərbaycan əhalisinə qarşı vuruşa göndərilən erməni könüllülərinin Krasnodarla bir sırada toplanış məntəqələrindən biri olmuşdu. Şəhərdə tatar cəmiyyəti sədri İdriz Tutayevin və noqay knyazı Atajuk Kaplanovun vəsaiti ilə tikilən (1910) böyük cami 1928-də ibadətə qapanmış, yaşayış evinə çevrilmişdir.
Keçən il-2014-də şəhərin əsasının qoyulmasının 175 illiyi qeyd edildi. Armavir(əski Şah kermen) ətrafında türk əslini hifz edən köyler: Kars, Konak(ovo), Malama, Urup, Kala Girey, Kara Calga, Kurgak, Camlık, Tugan, Sarı yol ves. Bu ezeli Türk yurdunun solmayan yadigarlarıdır.
Kaynak:Minehanım Tekleli. Türk kitabı. Unutulan Tarih. Degiştirilen Adlar, Bakı, Nurlar yayınları, 2009, s. 265-267
1. Армавир, Краснодар, 1983.
2. B.P. Григорян. История Армянских колонии Украини и Польши, Ереван, 1980
Prof.dr.Minaxanım Təkləli


Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!