Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 22-12-2024, 10:27
BAKI-ELAZIĞ QARDAŞLIĞI ƏBƏDİDİR


Eyni tarixin, eyni dilin, eyni mədəniyyətin, eyni qədərin birləşdirdiyi qardaşlardır Azərbaycan ilə Türkiyə. Necə ki, ədəbiyyat dünyasının yaxından tanıdığı, ünü ilə Türk dünyasının sərhədlərini çoxdan aşan Bəxtiyar Vahabzadə bu könül və mədəniyyət birliyini: "Dinimiz bir, dilimiz bir, Ayımız bir, ilimiz bir, Eşqimiz bir, yolumuz bir, Azərbaycan - Türkiyə!" - sətirləri ilə ifadə etmişdir.. Azərbaycan ilə Türkiyənin qardaşlığı mübahisə, müzakirə edilməz. Ancaq; Elazığın Azərbaycan ilə olan birliyi və qardaşlığının dərinliyi və tale birliyi çox böyük ölçüdədir. Necə ki, Nuri Paşa komandası altında Azərbaycanı işğaldan qurtarmaq üçün gələn, Bakıda həlak olan və burada Şəhidlər xiyabanındakı məzar daşlarında "Harputlu-Elazığlı" yazılmış iki şəhidimizin məzarı vardır. Azərbaycan Yazarlar Birliyinin sədri hörmətli Anar Bəyin dayısı Kamil Bəy, Elazığda uzun illər doktor olaraq vəzifə yerinə yetirmişdir. Sovet rejimi illərində Azərbaycandan çox sayda ailə Elazığda uzun müddət qonaq edilmişdir. Azərbaycanın milli şairi Almas İldırım Elazığda uzun illər yaşamış və burada Beynəlxalq Xəzər Şeir Axşamlarının 13-cüsü Almaz İldırımın xatirəsinə həsr olunmuş, adına kitab nəşr edilmişdir. Ölkəmizin və Türk dünyasının ən önəmli ədəbi fəaliyyətlərindən biri olan Beynəlxalq Xəzər Şeir Axşamlarına Türk dünyasından ilk qonaqlar Azərbaycandan dəvət edilmişdir. Türkiyədə olduğu qədər Elazığda (Harputda) səsi zamanları aşaraq əsərləri günümüzə gələn Türk dünyasının böyük şairi Füzulinin şeirləri əzbərdən bilinməkdə, hətta bir çox qəzəli bəstələnərək əsrlərdən bəri oxunmaqdadır. Rəhmətlik Respublika Prezidenti Heydər Əliyevin dediyi kimi "Türkiyə ilə Azərbaycan iki dövlət, bir millətdir". 1992-ci ildən başlayan Beynəlxalq Xəzər Şeir axşamları münasibəti ilə Azərbaycan ilə Elazığ arasında səpilən mədəniyyət və sənət toxumları, yaşıllaşan dostluq əlaqələri, edilən ədəbi fəaliyyətlər bu qardaşlığı gücləndirmişdir. XI Beynəl¬xalq Xəzər Şeir Axşamlarının Bakıda təşkil edilməsi ilə bu qardaşlıq zirvəyə yüksəlmişdir. Elazığda fəaliyyət göstərən "Manas" nəşriyyatının çap etdiyi çox qiymətli elmi nəşrləri içərisində başda Azərbaycanın milli şairi Almaz İldırımın 100 illik yubileyi münasibətiylə çaplanan "Xəzərdən - Xəzərə. Almaz İldırım" (2007), Prof.Dr.Asif Rüstəmlinin “Cafer Cabbarlı: həyatı, sənəti və mücadiləsi” (2011), Prof.Dr.Gülşən Əliyeva Kəngərlinin “Azərbaycan Füzuli araşdırmaçılığı” (2013) adlı son dərəcə nəfis kitab Türkiyədə böyük maraqla qarşılan¬mışdır. Azərbaycanda Prof. Dr. Asif Rüstemlinin rəhbərlik etdiyi "Ozan" Nəşriy-yatında Elazığda yaşayan şairlərin şeirlərindən ibarət “Elazığ çələngi” (2010) adlı antologiya nəşr etməsi, Türk dünyasının görkəmli ədəbiyyatşünası, yazarı Əhməd Kabaklının “Harput əfsanələri” adlı kitabının Azərbaycan türkcəsində işıq üzü görməsi iki ölkə arasındakı könül birliyinə böyük qatqı, əvəzsiz töhfə vermişdir. Bu qiymətli nəşrlər inanırıq ki, Türkiyə-Azərbaycan arasındakı qardaşlıq bağ¬larını daha da gücləndirəcək, bir-birlərini daha yaxından tanımağa imkan verəcək. Bu duyğular içərisində "Elazığ Çələngi" şeir antologiyasını və Ə.Kabaklının “Harput əfsanələri” kitabını hazırlayan onlara ön söz yazan Prof.Dr. Asif Rüstəmliyə sağlamlıq və şükranlıq dilək¬lərimlə minnətdarlığımı bildirirəm. Muammer EROL Türkiyə, Elazığ Valisi ÇAĞDAŞ ELAZIĞ ŞAİRLƏRİ GÜNERKAN AYDOĞMUŞ 1949-cu ildə Elazığın Ağın mahalında doğulub. 1970-ci ildə Tunceli kişi ilk müəllim məktəbini bitirib. İstanbul Universiteti Ədəbiyyat fakültəsinin sənət tarixi bölməsində iki il təhsil alıb. Elazığın bir çox bölgələrində müəllimlik edib. Dövlət Kitabları Bölgə Şefliyində bölgə şefi olaraq çalışıb. 2008-ci ildən təqaüdə çıxıb. G.Aydoğmuş “Ak Topraklar Üzerinde Bir İlçe - Ağın” (1992), "Şərq Çibanı" (1996), "Harput Mədəniyyətində Din Alimləri" (1998), "Bir Mən Yuxusuz" (2002), "Əyində Cirit Oyunu" (2007) və b. kitabların müəllifidir. AĞLAŞALIM GƏL XƏZƏR (20 yanvar 1990-da Rus tankları altında şəhid olan Azərbaycanlı qardaşlarıma) Səni bir can bilib aldım, bələdim Daş kimi bağrıma batarsan, Xəzər!.. Göy rəngli suyuna azad dilədim, Al qızıl qan ilə yatarsan, Xəzər!. Yorğun gözlərimdə sızı kimisən, Bəxtimə vurulmuş yazı kimisən, Ağlayan soyumun üzü kimisən, Səndəmi yasımı tutarsan, Xəzər!. Şəhid güllərindən çələng eylədim, Suyunu qanımdan öndə yeylədim, Mahnımda, türkümdə səni söylədim, Nədən qaşlarını çatarsan, Xəzər!.. Bilirəm bir müddət düşmüsən dara, Moskva əliylə hər yanın yara, Dost, qardaş gözlərsən, axan bu sıra, Dərdimə çox dərdlər qatarsan, Xəzər!... Bayraqdır Bakıda vurulan canlar, Torpağı eyləyər vətən o qanlar, Kutlu davaları yadlar nə anlar, Gün gələr dərdləri atarsan, Xəzər!.. Sənin adaşındı bu eldə qonşum, Qırçın sularından çox gəlir xoşum, İzin ver əzizim, səndən soruşum, Neyçün böylə qəmli yatarsan, Xəzər?!... R. MİDHƏT YILMAZ 1948-də Elazığda anadan olub. Türkiyənin müxtəlif bölgələrində müəllim işləyib. 2004-cü ildə təqaüdə çıxıb, Elazığda yaşayır. Məhəlli və yurd səviyyəsində bir çox nəşr orqanında yazı və şeirləri çap olunan R.M.Yılmazın Elazığda çıxan "Gün işığı" qəzetində şeir, sənət, mədəniyyət, təhsil mövzularında məqalələri günaşırı nəşr olunur. Şeirlərinin bir qisimini "Quş Dəftəri" (1999) adlı kitabında çap etdirib. "Şeir, Şeir Elazığ" (2006) adlı Elazığ-Harput Şeirləri Antologiyası toplusunun tərtibçi-müəllifidir. ALMAS İLDIRIM Can Azərbaycanın igid övladı, Könüllərə sultan, Almas İldırım! Azadlıq göyünün sönməz ulduzu, Şeiriylə "Çolpan" , Almas İldırım! Qədrini bilirlər, bilərsən neçin? Cümlə Türk elləri istiqlal üçün! Bilər şöhrətini Rus, Pakistan, Çin Qardaşı Türkistan, Almas İldırım! Dostuna dostdur o, kişilikdə mərd, Xəstələrə çarə, xainlərə dərd, Düşmənə çatanda ildırımdan sərt, Möhkəmdir almazdan, Almas İldırım! Məlhəm sürt, duz səpmə mənim yarama, Bilirəm vətənin sənin var, amma, Diyar-diyar gəzib vətən arama; Qəlbim sənə vətən, Almas İldırım! Sözün qiymətlisi düz deyilmidir? "Şeir" dediyin nə; söz deyilmidir? Şəninə bir şeir az deyilmidir; Sənə layiq "Dastan", Almas İldırım! BEDRETTİN KELEŞTİMUR 1956-cı ildə Elazığın Ağın mahalında dünyaya göz açıb. İlk, orta və lisey təhsilini Elazığda tamamlayıb. 1977-də Atatürk Universiteti Kazım Qarabəkir Təhsil İnstitutunu bitirib. 1977-2002-ci illəri arasında çalışdığı Elazığ Firat Hövzəsi Jurnalistlər Cəmiyyətində; fikri, ədəbi və peşə işlərin yanında; Mədəniyyət, Sənət və İqtisadiyyat ağırlıqlı təşkilatlarda çalışıb. Hər gün, Türkiyə, Zaman və Orta şərq kimi Türkiyənin məşhur mətbuat orqanlarında məqalələri nəşr olunan Bedrettin Keleştimurun Türk Ədəbiyyatı, Yenises, Erciyes, Külliyyə, Novruzgülü, Kümbet, Türk Dünyası, Yeni Düşüncə və s. jurnallarda ədəbi yazı, hekayə və şeirləri çap edilmişdir. B.Keleştimur “Düşüncə Xırmanı„ (məqalələri-1993), “Hasat Zamanı„ (məqalələri-1994), “Bərəkətə Doğru„ (şeirləri-1994), “Bayraq Şeirləri Güldestesi„ (1998), “Hüzur, dincliyə çıxan yol„ (1999) və b. kitabların müəllifidir. ÇILĞINLIKLARIN YURDUYAM (İrfan Fəthi Gemuhluoğluya ithaf) Mən fəqir, Mən həqir, Mən kimsəsiz, Bütün çılğınlıkların yurduyam! . Mən sabi, Mən səfil, Mən dərbədər, Bütün divanələrin yurduyam! . Mən məsum, Mən məzlum, Mən əzabkeş, Bütün viranələrin yurduyam! . Mən sınıq, Mən dökük, Mən kövrək, Bütün könüllərin yurduyam! . Bir könül sevindirməyə Gəldim! . Min ah! Eşitdim Mən minlərin ahıyla, Taxt quranların Günahsızların yurduyam… HADİ ÖNAL 1949-cu ildə Elazığın Sivricə mahalında dünyaya gəlib. İlk və orta təhsilini Elazığda tamamladı. 1972-ci ildə Diyarbakir Təhsil İnstitutu türkcə müəllimlik hissəsini bitirib. Türkiyənin müxtəlif bölgələrində müəllim və məmur vəzifələrində çalışıb. 1989-1995-ci illər arasında Milli Təhsil Nazirliyi tərəfindən Belçikada vəzifələndirildi. Türkiyəyə döndükdən sonra təqaüdə çıxan şair Elazığ elindəki xüsusi təhsil təşkilatlarında da vəzifə aldı. Lisey illərindən bəri yaradıcılıqla məşğul olan şairin şeirlərindən bir qismi "Bizim Külliyyə", "Türk Ədəbiyyatı", "Yüzakı" jurnallarında nəşr olunub. "Ömür Bağçası" adlı şeir kitabı var. DOST DEDİYİN Dost dediyin; dost ürəyin səsini, Uzaqlardan hiss edərək, gəlməli. Dost dediyin; dosta aid hissini, Canda açan gül qoxusu bilməli. Dost dediyin; dağ olmalı anında, Duruşuyla sənə güvənc verməli. Dost dediyin; dar günündə yanında, Səni özü bilib, özün görməli. Dost dediyin; kədərin göz yaşını, Dəsmal olub sildirməli, silməli. Dost dediyin; əzizinin başını, Oxşamalı, güldürməli, gülməli. Dost dediyin; həm sirdaşdır, həm yoldaş, İlmə-ilmə cana dinclik hörməli. Dost dediyin; dal ucunda olsa aş, Çiyinləyib dərdirməli, dərməli. Dost dediyin; cana candır, canandır, Onun üçün ta ürəkdən sevməli. Dost dediyin; çətin dərdə dərmandır, İnanmalı, ucaltmalı, öyməli. Dost dediyin; çıxmazlarda, boşluqda, Səbir ilə yola xalça sərməli. Dost dediyin; çətinlikdə, yoxluqda, Bir çörəyi bölüşərək yeməli. Dost dediyin; gələcəkdir, ümiddir, Könül gözü ona "sabah" deməli. Dost dediyin; üfüqdə son hüduddur, Varlığıyla dincliyini verməli. Hadi, yetər! Dost tanı dost olanı, Dost dediyin; yaşatmağı bilməli. Dost aynadır, ayna bilməz yalanı, Dost dediyin; dostu üçün ölməli. TARİX ÖZCAN 1955-ci ildə Yeşilbayırda (İstanbul/Hadımköy) doğulub. Elazığda Murad ibtidai məktəbi, Mezre Orta məktəbi, Atatürk Liseyi və Ankara Qazi Təhsil İnstitutu Türkcə hissəsini bitirib. "Oktay Rifatın Şeirlərinin və Romanlarının Araşdırılması" adlı işini 1999-cu ildə tamamlayaraq doktor elmi dərəcəsi alıb. 2000-ci ildən Firat Universiteti Fənn Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı hissəsində Yeni Türk Ədəbiyyatı Fundamental elm sahəsində dosent, doktor olaraq çalışan Tarix Özcan, Elazığda çıxarılan "Bizim Külliyyə" jurnalının qurucuları arasındadır. Yazılarını "Bizim Külliyyə", "Bilig", "Türk ədəbiyyatı", "Türk Dili", "Milli Folklor" jurnallarında nəşr etməkdədir. BİR HARPUT İQLİMİNDƏ Harputda Hüseyni mahnı, Axır sazəndə zaman, Kül olmuş tarixi bazar. Səssizlik ən böyük karvan. Yarasa can, mərcan ruhum, Yığılma gül və itkin çağ., Ağla içimdəki uşaq, Əhatədə hiyləgərcə bir ağ. Duydum hüznünü Harputun, Yalqızlıq ürəyində mum. Yoxsul yaz sonsuzluğun, Türküsü Kayabaşım. Şəhərin kədərli üzü, Qarşılayarkən bizləri. Zamansa saçlarımda, Yorğun sevda izləri. Ah Tanrım, həsrətimin! Kədəri gül ürəyimdə. Hansı eşq acı deyil, Bir Harput iqlimində. SƏRHƏD KABAKLI 1952-ci ildə Elazığda doğulub. Məmməd Zəki ibtidai məktəbi, Atatürk orta məktəbi və Elazığ Liseyini bitirdikdən sonra Ərzurum Kazım Qarabəkir Təhsil İnstitutunun məzunu oldu. Bitlis-Ahlat Yatılı Bölgə Məktəbi, Baskil Liseyi, 100 il orta məktəbi və Atatürk orta məktəbində müəllimlik etdi. Elazığda Böyük Elazığ Dərsxanasını qurdu. Daha sonra Ankara və İstanbulda 10 il böyük dərsxanalarda çalışdı. 1996-cı ildə Bakırköy Final jurnalı dərsxanasının qurucuları arasında iştirak etdi. Hazırda Bəylikdüzü Final jurnalı dərsxanasının idarəçisi, Türk Ədəbiyyatı Vəqfinin sədr müavinidir. ƏVVƏL GÖYƏRÇİNLƏRİ VURDULAR Öncə yaşılı sildilər tablolardan, Qarayla yudular pəmbə şəfəqi. Hüzn üstümüzdən getməsin deyə, Viranəyə döndərdilər. Gözəlim çiçəklərlə gərinən Bağçanı, bağı. Öncə bülbülləri susdurdular baxçalarda, Mahtab qeyb olsun deyə bir bulud yaratdılar. Ən kiçik su yığınından da dahi Yakamozları silib, Bizi bir kor qaranlığın Göbəyinə atdılar. Öncə "divanə" dedilər Məcnun üçün, Çirkinləşdirdilər xəyalımızdakı Leylini, Dolu könülümüzə özümüz güldük, Qovmağa çalışdıq başımızdan Əsrlər boyu "Sevgi" deyilən bəlanı. Öncə köçən quşları taxdılar mövsümlərin arxasına, Gün oldu, quş mövsümdən qaçar oldu. Məcnuna çölləri gəzdirən ümid, Fərhada dağları dəldirən ümid, "Yavuklu üzünə baxmamış deyə" Karacaoğlanda Naçar oldu… Öncə göyərçinləri vurdular günlər, gecələr boyu, Zeytunun hər budağın ağaca bağladılar… Gün oldu zeytun budağı öz-özünə uçdu, Başlarını əllərinin arasına alıb Hirslərindən Ağladılar!.. MEHMET ŞÜKRÜ BAŞ 1944-cü ildə Elazığda doğulub. İlk orta və lisey təhsilini Elazığda tamamladı. Elazığ Ədli Mühakimə Ədalət Komissiyası Yazı İşləri Müdirliyindən 1998-ci ildə təqaüdə çıxdı. Hazırda Elazığ "Nurhak" qəzetində gündəlik köşə yazıları yazmaqdadır. Üç yüzü aşan şeiri və mindən çox köşə yazıları müxtəlif qəzet, jurnal və antologiyalarda nəşr edilib. HARPUT Qıvrım-qıvrım yollarında, Güllər açar bağlarında, Ta uşaqlıq çağlarımda, Könülümdəki sevda, Harput. Hoyratıyla, mayasıyla, Abu həyat havasıyla, Hələ çayda çırasıyla, Dilimdəki türküm, Harput. At üstündə Balak Qazi, Seyr eyləyər, Elazizi. Dəyərlərin ən əzizi, Tariximdə qürur, Harput. Delilosu, tamzarası, Sanki cənnət mənzərəsi Dörd mövsüm bahar havası, Yaşanacaq diyar Harput. Səhifə-səhifə tarix yatar, Bu qəlbimdə nəbzin atar, Səndə günəş başqa batar, Əcdadımdan miras Harput. Qucağında can qardaşın, Bulunmaz bir başqa işin, Damla-damla tükənişin, Ürəyimdə yara Harput. NEVRİYE BOZDƏMİR 1987-ci ilin iyunun 3-də Balıkəsir şəhər mərkəzində anadan olub. Elazığdakı Firat Universiteti Türk Dili və Ədəbiyyatı bölümünü bitirib. Orta məktəb çağlarından şeir yaradıcılığı ilə məşğul olur. Əsərləri qəzetlərdə, jurnallarda və “Elazığ çələngi” (Bakı, “Ozan”, 2010) şeir antologiyasında nəşr edilmişdir. DƏNİZ Mərmərənin suyunun, Egeyə qarışdığı nöqtədə... İki dəniz sevişərkən doğuldum mən. Mavi bir sudan çıxdı bədənim, Gözlərinə yaşılını yerləşdirərək Qumsala uzanan zeytunların Və indi sən Egeydən uzanırsan Ağ dənizə, Mavilərin sarıldığı yerə... Bir dəniz kimi seviş mənimlə. Şəffaflığını itirmədən, Kristalların qarışspın sularıma, Qitələr qeyb olsun açıqlarımızda. Egeydən uzanar Zevs əllərimizə, Afroditanın saçları suya toxunar, Eşqdə boğular Egey, Bir dəniz kimi seviş mənimlə... EŞQ Yalnız eşq! Lüm-lüt… Pərdə süsünü çıxarmış, Ağır qürur işləməli, Paltarının həsrət düymələri açıq. Yalnız eşq! Lüm-lüt, Saçları tökülür çiyinlərinə, Qara bir tül zərifliyində Günəşə buraxır bədənini İllərin qaranlığından çıxaraq. Yalnız eşq! Lüm-lüt… Qurumuş gözyaşı yağışları, Ehtiras bəzəkli boyunbağısı masaya buraxıldı. Həsrət dolu sırğaları ən gözəl yeri aldı qutuda, Bütün barmaqlarında idi şəhvət üzüyü, Qırmızı bir alov kimi, Soyundu hər şeyindən Eşq qaldı geridə Lüm-lüt…


Paylaş



Bölmə: Turan
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!